Məhkəmə qərarları › İş №2(011)-97/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-97/2022

07.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-97/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 28 dekabr 2021-ci il tarixdə rəy verilmişdir. Keçirilmiş ekspertiza tədqiqatının xərci 50 manat təşkil etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar