Məhkəmə qərarları › İş №2(011)-987/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-987/2025

15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-987/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh ilə olan xx.xx.2009-cu il tarixli nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1609/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə birgə nikahdan olan iki övladı - xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X14 onun himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır və onların saxlanılması üçün təyin edilən aliment məbləğini vaxtında ödəmir. Məsələ ilə bağlı Xətai Rayon İcra Şöbəsinə şikayət etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1609/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsində Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin tutulması qət edilsə də, müəyyən aylarda 800 manata yaxın ödəniş edir, əksər aylarda isə heç bir məbləğ ödəmir. Alimenti ödəyən zaman isə özü kart hesabına ödəniş edir, yəni bütün gəlirlərindən tutulmur. Hal-hazırda cavabdehin nə qədər qazancı və gəliri olduğunu bilmirəm. Beləki Cavabdeh aldığı müharibə veteranı pulu, həmçinin pensiyaya çıxarkən hərbiçilərə ödənilən birdəfəlik müavinətdən və başqa gəlirlərindən aliment tutulmur. Belə ki xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017- ci il təvəllüdlü X1 əlavə xərclər mövcuddur və Cavabdeh nə alimenti vaxtında ödəmir, nə də ki, uşaqların saxlanılmasında əlavə xərclərdə köməklik göstəmir. O təkbaşına bütün xərcləri qarşılaya bilmir. Beləki uşaqların geyim, yol və digər məişət xərcləri, həmçinin hər iki uşağın psixoloji xidmət almasında çəkilən xərcləri özü təkbaşına ödəmişdir. Hal-hazırda da X15 və X9 "Loqos Psixoloji və Nitq Mərkəzində" müalicəsi davam edir. O uşaqların psixoloji seansları üçün ödənişləri özü edir. Cavabdeh bu ödənişlərin heç birində ona köməklik göstərmir. Ödəniş qəbzləri məhkəməyə təqdim edilir. Beləki sentyabr, oktyabr və noyabr aylarında ən azı 2000 (iki min) manat uşaqların təhsili və psixoloji seanslarına xərclənmişdir. Sadəcə bunlar deyil, digər xərclər də nəzərə alınmalıdır. Həmçinin qeyd edir ki, təvəllüdlü X12 1050 (min əlli) manat dəyərində kreditə telefon götürülmüşdür. Və onunda pulunu hər ay o özü ödəyir. Ödənişlərlə bağlı qəzblər məhkəməyə təqdim edilir. Məhkəməyə müraciət etməkdə məqsədi X10 X15 və X2 üçün alimentdən əlavə olaraq digər xərclərə cəlb edilməsi ilə bağlıdır. İddiaçının tələbi:

2. xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X1 əlavə çəkilmiş xərclər üçün 3000 (üç min) manatın və məhkəməyə müraciət üçün çəkmiş olduğu xərclərin əvəzinin 150 (yüz əlli) manatın, ümumilikdə isə 3150 (üç min yüz əlli) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh tərəfindən iddia tələbinə heç bir yazılı etiraz təqdim edilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

4. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, uşaqla ünsiyyət tələbinə dair məhkəmə qətnaməsinin icrası zamanı uşaqlar strest keçirdiyindən ilk öncə uşaqların psixoloqa getdiyi daha sonra orada çıxdıqdan sonra görüşə gəldiklərini, lakin cavabdehin bu prosesdə iştirak etmədiyini, bununla bağlı akt tərtib edildiyini, ailədə psixoloji və fiziki zorakılığa məruz qaldığını, uşağın travma yaşadığını, "xxxx" MMC-nin qeydiyyatda olan rəsmi qrum olduğunu, özünün arayışını təqdim etdiyini, psixoloji yardımda pulsuz yardım olduğundan xəbərdar olmadığını, uşaqları həkimə apardığını, həkimin psixoloq yanına gedilməsini tövsiyyə etdiyini, ata obrazının zədələnməməsi üçün uşaqları psixoloq yanına apardığını, 2019-cu ilin yayından cavabdeh ilə ayrı yaşadığını, anasının dinini qəbul etməklə bağlı cavabdehin mübahisə yaratdığını, cavabdehin zorakılıq tətbiq etməyəcəyi ilə bağlı söz verdiyini, hətta psixoloqa gedəcəyini bildirdiyini, daha sonra isə vədlərinə əməl etmədiyini, 2023-cü ilin noyabr ayında boşanmaqla bağlı məhkəməyə müraciət etdiyini, 2024-cü ilin fevral ayında nikahın pozulduğunu, uşaqla ünsiyyət hüququnu təmin etdiyini, uşağın tədbirində cavabdehi dəvət etdiyini, həmin vaxtdan dəvət etməyinə baxnayaraq uşaqlarla gəlib görüşmədiyini, uşaqların 1 il yarım müddət olar ki, psixoloqa apardığını, hazırda qızının yerini batırmadığını, oğlunun isə dırnaqlarını yemədiyini bildirmişdir.

5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil öz izahatında cavabdehin heç bir aliment borcunun mövcud olmadığını, məhkəmə qətnaməsi ilə uşaqla ünsiyyət hüququ müəyyən edildiyini, lakin iddiaçı tərəfindən qətnamənin icrasından yayınıldığını, görüş hüququ saat 12:00-da müəyyən edilməsinə baxmayaraq iddiaçının 16:00-da görüşlə bağlı məlumat verdiyini, qəbzlərin əksəriyyətinin surət olduğunu, əsillərinin 420 manat məbləğində olduğunu, iddiaçının süni şəkildə xərcləri artırdığını, daha sonra xərclərlə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. AZ-V № 039124 saylı “Doğum haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2012-ci il təvəllüdlü X11 anası İddiaçı, atası Cavabdehdur.

7. AZ-V № 029623 saylı “Doğum haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2017-ci il təvəllüdlü X9 anası İddiaçı, atası Cavabdehdur.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1609/2024 saylı qətnaməyə əsasən iddia təmin edilmiş, X8 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində 458 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X14 anaları X4 yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutularaq X5 ödənilməsi, qətnamənin aliment hissədə dərhal icra edilməsi qət edilmişdir.

9. AZ-İ №491235 saylı “Nikahın pozulması haqqında” Şəhadətnamə.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli ödəniş cədvəli.

11. X17.

12. Ödəniş Kartı üzrə Çıxarış.

13. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərci ödəmişdir.)

14. 14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, № 031 saylı psixoloji rəyə əsasən xx.xx.2017-ci il təvəllüdlü X14 "xxxx" MMC-yə müraciət edib. Mərkəzin baş uşaq psixoloqu tərəfindən ilkin dəyərləndirmə zamanı və verilən məlumatlara əsasən pasiyentdə birinci dərəcəli ailədaxili mövcud problemlərin əmələ gətirdiyi sosial fobiya tipli simptomlar olan özgüvən əksikliyi, həyəcan, təşviş pozuntuları əlamətləri müşahidə edilib. X14 ile terapiyaya başlanılıb, hal-hazırda psixoloq Aynur Şiralıyevanın yanında terapiya keçir. Qeyd edir ki, seanslar ərzində pasiyentdə özgüvən əksikliyi, həyəcan, təşviş çətinliklərində azalma müşahidə olunur, lakin simptomların daha da ağırlaşmaması üçün ailədaxili problemlərin həll olunması mütləqdir. X9 psixoloji terapiyalara davam etməsi tövsiyə olunur.

15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, № 032 saylı psixoloji rəyə əsasən xx.xx.2012-ci il təvəllüdlü X15 "xxxx" MMC-yə müraciət edib. Mərkəzin baş uşaq psixoloqu tərəfindən ilkin dəyərləndirmə zamanı və verilən məlumatlara əsasən pasiyentdə birinci dərəcəli ailədaxili mövcud problemlərin əmələ gətirdiyi sosial fobiya tipli simptomlar olan özgüvən əksikliyi, həyəcan, təşviş pozuntuları əlamətləri müşahidə edilib. X15 ilə terapiyaya başlanılıb, hal-hazırda psixoloq Aynur Şiralıyevanın yanında terapiya keçir. Qeyd edirlər ki, seanslar ərzində pasiyentdə özgüvən əksikliyi, həyəcan, təşviş çətinliklərində azalma müşahidə olunur, lakin simptomların daha da ağırlaşmaması üçün ailədaxili problemlərin həll olunması mütləqdir. X10 psixoloji terapiyalara davam etməsi tövsiyyə olunur.

16. xx.xx.2024-cü il tarixli resept blankı.

17. xx.xx.2025-ci il tarixli, № 21 saylı Sərəncamdan çıxarışa əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh həmin ünvanında qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan xx.xx.1988-ci il təvəllüdlü bacısı X7 üzərində qəyyum təyin edilmişdir.

18. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabdan çıxarışı.

19. xx.xx.2023-cü il tarixli, № 11718 saylı arayış.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/252 saylı məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən ailədaxili qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik uşaqlar - X15 və X9 emosional-iradi sferasına və ataları Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X9 bir-birinə bağlılıqları, hissi-emosional tələbatları yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferasına neqativ təsir göstərə bilər. Uşaqlar - X15 və X9 normal psixi inkişafı baxımından hər iki valideyni ilə ünsiyyətinin və görüşlərinin təmin edilməsi psixoloji cəhətdən məqsədəmüvafiqdir.

21. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, № 53705/2024-19 saylı məktuba əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1609/2024-019 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutularaq X5 ödənilməlidir. Borclu Cavabdeh pensiya hesabından hər ay aliment ödənişi tələbkar X3 hesabına köçürülür. Hal-hazırki tarixə borclu Cavabdeh ödənilməyən aliment borcu yoxdur.

22. Qəzlər.

23. “Whatssapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalar.

24. İş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Konstitusiyası: 12.1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

26. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 9.3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir. 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

27. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:

8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir

28. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. 19.Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı:

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

35. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

36. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

37. Məhkəmə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində (§26) istifadə edilmişdir Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§27) dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

38. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

39. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir.

40. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

41. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, xüsusilə də uşaqların inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır.

42. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri).

43. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

44. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

45. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

46. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

47. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

48. Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. Bu Məcəllənin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

49. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir.

50. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Bunun davamı olaraq, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin məqsədi yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan və gəlir əldə etmək imkanı obyektiv olaraq olmayan övladlara onların valideynlərinin öz imkanları daxilində maddi yardımının təmin edilməsidir.

51. Ailə Məcəlləsinin 80 və 81-ci maddələrində “əmək qabiliyyəti olmayan” və 81-ci maddəsində “göstərilən kənar xidmət”, “və digər hallarda” ifadələrində nəyin nəzərdə tutulması ilə bağlı ünvanlanan müraciətə dair aşağıdakıların qeyd edilməsi zəruridir.

52. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

53. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

54. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

55. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir.

56. Məhkəmə qeyd edir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində yetkinlik yaşına çatmayan şəxslər üçün dövlət hesabına psixoloji yardım xidməti təşkil olunur. Belə ki, iddiaçının əlavə xərc olaraq tələb etdiyi pul vəsaitləri iddiaçının seçimi ilə birbaşa əlaqəlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunması barədə məlumatlı olmadığını qeyd etmişdir.

57. Məhkəmə qeyd edir ki, uşaqların qayğısına qalmaq hər iki valideyinin vəzifəsidir və aliment öhdəliyi gələcəkdə valideyn olan şəxslərinin hüquqlarının əsassız məhdudlaşmasına, onların övladları ilə sərbəst ünsiyyət hüququna maneə törətməməlidir. Tərəflərin birgə nikahdan olan övladlarına psixoloji yardım xidmətinin ödənişli əsaslarla göstərilməsi iddiaçının seçimidir.

58. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, mülki iş materiallarını hərtərəfli, obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olmadığında iddia tələbi rədd edilməlidir.

Məhkəmə xərcləri:

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

60. Həmçinin iddia tələbi rədd edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də iddiaçıdan tutulmalıdır.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar