Məhkəmə qərarları › İş №2(012)-1001/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1001/2022

22.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1001/2022 22.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı qızının və Cavabdeh iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 10.01.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər hər ay bir uşaq üçün 175 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan ərizə təqdim edərək, iddia ərizəsində uşağın adı, soyadı, ata adı və doğum tarixi səhv yazıldığından nəzərə alaraq uşağın 18.01.2017-ci il təvəllüdlü X3 qeyd olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə 2016-ci ildən qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Onların bu münasibətlərindən bir qız övladı dünyaya gəlmişdir. Rəsmi nikahları olmadığı üçün Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.02.2017-ci il tarixli, 11 saylı X10 haqqında şəhadətnamə verilmişdir.Atalıq faktı müəyyən edildikdən sonra 18.01.2017-ci il təvəllüdlü X8 doğum haqqında şəhadətnamə alınmışdır. 18.01.2017-ci il təvəllüdlü X11 hazırda onun himayəsindədir. Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən evdə birlikdə yaşayırlar. İddiaçı azyaşlı uşağına qulluq etdiyinə görə işləmir və tək ana kimi övladının tələbatını ödəməyə çətinlik çəkir. Ona görə də, cavabdehdən qanunla müəyyən olunmuş alimenti almağa ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, cavabdehdən 18.01.2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən 150 manat miqdarında alimentin tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçı ilə 14 ildir ki, qeyri-rəsmi nikah münasibətlərinin olduğunu, həmin münasibətlərindən beş yaşlı qız övladının doğulduğunu bildirdi. Qeyd etdi ki, onun rəsmi nikahından hazırda iki yetkinlik yaşına çatan qız övladı və dörd nəvəsi var. 4-5 aydır ki, iddiaçı ilə münasibətləri kəsilmişdir. İddiaçıya evin tikilməsində maddi yardım etmişdir. Artıq 1 ildir ki, heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır, heç bir yerdən gəliri yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə almaqla iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ № 323200 nömrəli X10 Haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 18 yanvar 2017-ci il tarixdə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə X10 haqqında akt qeydləri kitabında 2017-ci ilin fevral ayının 7-də 11 № ilə qeyd edilmişdir. -Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə verilmiş AZ- İİİ № 898582 nömrəli X4 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 18.01.2017-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qızıdır. -X5 iştirak edilməsi barədə 16.12.2021-ci il tarixli MŞİH-07203 nömrəli arayışdan görünür ki, bu Arayış İddiaçı ilə Cavabdeh arasında aliment tələbinə dair mübahisə üzrə 16.12.2021-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan X5 Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən yaşadığı ünvana məktub göndərilməklə məlumatlandırılmışdır. X9 X5 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdehdən 18.01.2017-ci il təvəllüdlü X1 üçün cavabdehlə aralarında hər ay sabit pul məbləğində 150 manat alimentin tutulmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4 maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1. maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, оnlаrı tərbiyə еtmək vаlidеynlərin həm hüququ, həm də bоrcudur. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.12.2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikahından olan uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, Cavabdeh 23.12.2021-ci il tarixdən başlayaraq 18.01.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı tərəfindən tələb olunan hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehdən dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18.01.2017-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulsun. Aliment tutulmasının əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablansın. Cavabdeh tərəfindən 30 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar