Məhkəmə qərarları › İş №2(012)-1023/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1023/2021

13.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1023/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Union Lizinq” ASC ilə bağlanmış 08 yanvar 2019-cu il tarixli UNİ-2957 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 08 yanvar 2019-cu il tarixli UNİ-2957 saylı "Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2020-ci il tarixə 596.12 manat gecikdirilmiş əsas, 79.86 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 221.47 m a n a t dəbbə pulu, cəmi 897.45 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli UNİ-2957 saylı “X5”nə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Runna” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE2ET047121 ban, 33833 mühərrik nömrəli, göy rəngli avtomobil verilmişdir. “X5”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 340.48 manat, ümumilikdə isə 12258 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12258 manatın 9550 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Runna” markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı avtomobil 10 iyul 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 22 iyun 2020-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 08 yanvar 2019-cu il tarixli UNİ-2957 saylı “X5” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2020-ci il tarixə 596.12 manat gecikdirilmiş əsas, 79.86 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 221.47 manat dəbbə pulu, cəmi 897.45 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin direktoru X1 məhkəməyə daxil olmuş 15.03.2021-ci il tarixli ərizəsinə əsasən, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Həmçinin iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 01.03.2017-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 27.03.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli, UNİ-2957 saylı X5nin təsdiq olunmuş surətindən görünür ki, Lizinq verən- İddiaçı ASC Lizinq alan- Cavabdeh tərəfindən seçilmiş və onun Ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində, Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyekti – 2014-cü il buraxılışlı, «Runna” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE2ET047121 ban, 33833 mühərrik nömrəli, göy rəngli nəqliyyat vasitəsidir. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvəli (Əlavə 3) müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. Lizinq müddəti 36 ay təşkil edir. Lizinq verənin mükafatı illik 17 % olması şərtilə ödəməyi öhdəsinə götürmüşdür. -UNİ-2957 saylı Lizinq Müqaviləsinə 3 saylı Əlavəsindən görünür ki, Cavabdeh ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit olaraq 340,48 manat (sonuncu ay 340.70 manat), ümumilikdə isə 12258 manat İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. -X5nin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. -X5nin 15.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. -X5nin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. -Müqaviləyə 3 saylı əlavə olunan 07 oktyabr 2019-cü il tarixli Təhvil-təslim aktından görünür ki, bu təhvil-təslim aktı , X6 və Cavabdeh, X3 istifadəsində olan və İddiaçı ASCnin mülkiyyətində olan «Runna” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. -İddiaçı ASC-nin 25.09.2020-ci il tarixli 737 saylı Xəbərdarlıqdan (pretenziya məktubu) görünür ki, Cavabdeh, 10 iyul 2020-ci il tarixə İddiaçı ASC-nə 08 yanvar 2019cu il tarixli, UNİ-2957 saylı X2 əsasən 897,45 manat məbləğində yaranmış, həmçinin lizinq obyekti olan «Runna” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin müddəti bitmişdir. Borcu dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə isə o, “X5”nin 1 ay ərzində birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinə qaytarılması və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. -Məhkəməyə təqdim olunmuş 15.02.2021-ci il tarixli 103 №-li arayışdan görünür ki, Cavabdeh 08 yanvar 2019-cu il tarixli, UNİ-2957 №-li X5 üzrə 10.07.2020-ci il tarixə İddiaçı ASC-yə 596,12 manat əsas, 79,86 manat mükafat və həmin günə hesablanmış 221,47 manat cərimə pulu, cəmi 897,45 manat borcu vardır. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 17374319 - Şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MARS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin müəyyən edilən hallarına əsasən əsas borclu, Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, borclu Cavabdeh İddiaçı ASC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi onun üzərinə 499.25 məbləğində dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrəöhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Məhkəmə hazırkı iddia tələbi üzrə 596,12 manat məbləğində əsas borc üzrə hesablanmış 221,47 manat məbləğində dəbbə (cərimə) pulunun azaldılaraq 10 manat məbləğində hesablanmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Eyni məcəllənin 747-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin məcəllənin 750-ci maddəsinə əsasən lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilərkən tələblər müəyyənləşdirilən zaman lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tərəflər araşında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, lizinq alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, İddiaçı ASC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi müqavilə şərtlərinə uyğundur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib qanunun tələblərini rəhbər tutub hesab edir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli, UNİ-2957 saylı X5nin ləğv edilsin, Cavabdeh 08 yanvar 2019-cu il tarixli, UNİ-2957 №-li X2 əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2020-ci il tarixə, 596,12 manat gecikdirlmiş əsas, 79,86 manat gecikdirlmiş mükafat və həmin günə hesablanmış 10 manat dəbbə pulu, cəmi 685,98 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli, UNİ-2957 saylı X5 ləğv edilsin. Cavabdeh 08 yanvar 2019-cu il tarixli, UNİ-2957 №-li X2 əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2020-ci il tarixə, 596,12 (beş yüz doxsan altı manat on iki qəpik) manat əsas, 79,86 (yetmiş doqquz manat səksən altı qəpik) manat mükafat və 10 (on) manat dəbbə pulu, cəmi 685,98 (altı yüz səksən beş manat doxsan səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar