Məhkəmə qərarları › İş №2(012)-1044/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1044/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1044/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment qalığının ödənilməsi və azyaşlı uşağın cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi barədə iddiası üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin qalığının ödənilməsi və azyaşlı uşağın cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş aliment qalığının, toplanmış 4144 manatın ödənilməsi və azyaşlı övladı X1 cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2657/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikahın pozulması və birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması və xx.xx.2019-cu il tarixdən başlayaraq həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh aliment ödənişlərini vaxtı-vaxtında etmir. Belə ki, bu günədək cəmi 1400 manat məbləğində pul ödəsə də, 4144 manat ödənilməmiş aliment borcu vardır. Bundan başqa, xx.xx.2016-cı il təvəllüdlü X3 görüş bəhanəsi ilə cavabdeh iddiaçıdan almış, geri qaytarmamışdır. Bu barədə müvafiq polis orqanına müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin nikahları məhkəmə qaydasında pozulduqdan sonra, birgə nikahdan anadan olmuş azyaşlıların ananın yanında qalması müəyyən olunmuş, lakin xx.xx.2016-cı il təvəllüdlü X4 cavabdeh tərəfindən görüş məqsədilə 2020-ci ilin may ayında götürülsə də, geri qaytarılmamışdır. Ailə Məcəlləsinin 63.1. maddəsinə görə valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 63.2. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin aliment qalığının ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, qeyd edilən tələbi icra etmək səlahiyyəti məhkəməyə yox, İcra və Probasiya şöbəsinə aiddir. Bu səbəbdən də iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar