Məhkəmə qərarları › İş №2(012)-1093/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1093/2022

14.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1093/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı yığılmış aliment məbləğinin silinməsi və aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı yığılmış aliment məbləğinin silinməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tələb edilən yığılmış 5.000 (beş min) manat aliment məbləğinin silinməsi, 46 ay ərzində ödənilməmiş 5.520 (beş min beş yüz iyirmi) manat aliment məbləğinin və ödənilmiş 142 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində cavabdeh qismində Cavabdeh2 göstərilsə də, iddia ərizəsində Cavabdeh2nə qarşı yönələn tələb qoyulmamışdır. İddiaçı iddia ərizəsində Cavabdeh2 ondan yığılmış 5.000 (beş min) manat aliment məbləğini tələb etdiyini qeyd etsə də, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16 mart 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ödəməli olduğu 5.000 (beş min) manat məbləğində yığılmış aliment borcu vardır və iddiaçı həmin məbləğin silinməsini tələb edir. Qanunvericiliyə əsasən İcra və probasiya şöbələri məhkəmə qərarlarının icrasını həyata keçirən orqandır. Göründüyü kimi hazırki iddia Cavabdeh2nə qarşı yönəlmiş tələb deyildir, Cavabdeh1 qarşı yönəlmiş ödənilməli olan yığılmış 5.000 (beş min) manat aliment borcunun silinməsi ilə bağlıdır. Həmçinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, birinci tələb - İddiaçı Cavabdeh1 borclu olduğu yığılmış 5.000 (beş min) manat aliment borcunun silinməsi ilə, ikinci tələb - 03 iyun 2017-ci il tarixdən 20 mart 2021-ci il tarixədək 46 ay müddətinə hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, 5.520 (beş min beş yüz iyirmi) manat aliment məbləğinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, tələblər bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı tələblərdir. Ona görə də məhkəmə hesab edir ki, hər bir tələb üzrə ayrıca iddia ərizəsi verilməlidir və iddia ərizəsi hazırki formada icraata qəbul oluna bilməz. Eyni zamanda qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən Abşeron Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iş materiallarına əlavə edilən iddia ərizəsindən və Azərbaycan Respubikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanı isə ünvan 2ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir; 149.2.2-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 152.1.1, 152.1.3 və 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən, bir-biri ilə əlaqədar olmayan tələblər bir iddia ərizəsində birləşdirildiyindən və iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı yığılmış aliment məbləğinin silinməsi və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35.1,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı yığılmış aliment məbləğinin silinməsi və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar