Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1103/2021 10.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə rəsmi nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər bir uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin arasında olan nikahın pozulması, birgə nikahlarından anadan olmuş 03.2011ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 ona verilməsi qət edilmişdir. X1 məhkəmə iclası zamanı verdiyi qarşılıqlı iddianın alimentə dair hissəsindən imtina etmişdir. Aliment tələbindən imtina səbəbi kimi isə cavabdehin ailəsi tərəfindən ona verilən vədlər olmuşdur. Belə ki, cavabdeh və ailəsi iddiaçının alimentdən imtina etdiyi təqdirdə artıqlaması ilə uşaqların saxlanması üçün ödənişlər edəcəklərini desələr də, qətnamənin qəbul edildiyi gündən bəri iddiaçıya heç bir maddi yardım göstərməmişdirlər. O, heç bir yerdə işləmir və heç bir yerdən xüsusi bir gəliri yoxdur. Azyaşlıları isə təkbaşına böyütməkdə çətinlik çəkir, habelə onların minimal ehtiyaclarını qarşılaya bilmir. Bu səbəbdən də aliment təyin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh azyaşlıların saxlanması üçün aylıq 10-20 manat pul ödəsə də, başqa heç bir maddi köməklik göstərməmişdir. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edib izahatında bildirdi ki, azyaşlı uşaqların saxlanması üçün iddiaçıya müəyyən köməkliklər göstərib. Onların istehlak malları ilə tədarükünü təmin edir, habelə azyaşlı övladının müalicə xərclərini ödəyir. İmkan daxilində aliment ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarından olan 012865 №-li və 632186 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X5r. Mülki işin materiallarından olan 2(010)-2895/2019 saylı, xx xxxxxx 2019-cu il tarixil qətnamədən müəyyən edilir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilmiş, Cavabdeh və X8 arasında Laçın rayon qeydiyyat şöbəsində bağlanmış, 52 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın pozulması və tərəflərin övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası- X4 yanında qalması qət edilmişdir. Mülki işin materiallarından olan 358999 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və X4 nikahına Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2019-cu il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 426 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Sabahi” soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməli və iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğdə, hər ay hər bir uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1103/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1103/2021
10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver