Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1105/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh AAAF-İnşaat MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh AAAF-İnşaat MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə dаir iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh AAAF-İnşaat MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə dаir iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 22.04.2021-ci il tarixli iclasına tərəflər qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, İddiaçı isə üzürsüz səbəbdən gəlməmişdir. Hazırki iş üzrə məhkəmə iclası 22.04.2021-ci il tarixə saat 10:30-a təyin edilmiş, lakin iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh AAAF-İnşaat MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək, iddiаçının məhkəmə iclasında iştirak etmədiyini, bu səbəbdən də iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi, mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş cavabdeh isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh AAAF-İnşaat MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1105/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1105/2021
22.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver