Məhkəmə qərarları › İş №2(012)-1148/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1148/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1148/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 hazırki mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 24846 nömrəli qəbzdən görünür ki, İddiaçı1 Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 360 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Abşeron Filialı vasitəsilə xx.xx.2023-cü ildə saat 15:42-də Dövlət Büdcəsinə ödəmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1148/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1148/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı1 iddia tələbinin baxılmamış saxlanıldığı hissəyə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzinin qaytarılması barədə ərizəsi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi 2(012)-1148/2024 saylı mülki iş üzrə "xxxx" ASC Abşeron Filialı vasitəsilə xx.xx.2023-cü il tarixli, 24846 nömrəli qəbz ilə ödəmiş olduğu 360 manat məbləğində dövlət rüsumunun 180 manat məbləğində hissəsinin dövlət büdcəsindən İddiaçı1 qaytarılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş Cavabdeh1 münasibətdə də baxılmamış saxlandığından İddiaçı1 "xxxx" ASC Abşeron Filialı vasitəsilə xx.xx.2023-cü il tarixli, 24846 nömrəli qəbz ilə ödəmiş olduğu 360 manat məbləğində dövlət rüsumunun qalan 180 manat məbləğində hissəsi də dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi 2(012)-1148/2024 saylı mülki iş üzrə "xxxx" ASC Abşeron Filialı vasitəsilə xx.xx.2023cü il tarixli, 24846 nömrəli qəbz ilə ödəmiş olduğu 360 manat məbləğində dövlət rüsumunun qalan 180 manat məbləğində hissəsi dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar