Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1153/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızının vəkili və nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızının cavabdehlər Progress-2016 MTKya və X5 qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızı cavabdeh Progress-2016 MTK-ya qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94,78 kv.m olan iki otaqdan ibarət 2 saylı mənzilin Turabova (Nəsibova) Həbibə Rafiq qızına təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızının vəkili və nümayəndəsi X12 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, cavabdehlər Progress-2016 MTK-ya və X5 qarşı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 2 saylı mənzilin ümumi sahəsinin neçə kv.m təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci giriş 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 2 saylı mənzilə dair cavabdeh Proqress-2016 MTK ilə cavabdeh X6 arasında 10.12.2016-cı il tarixdə bağlanmış 196 saylı müqavilənin etibarsız sayılması, X4 mübahisəli mənzildən çıxarılması, 23.07.2008-ci il tarixdə mübahisəli mənzilə dair bağlanmış müqavilə üzrə ödənilməmiş 8000 manat qalığın aylar üzrə ödənişini həyata keçirmək üçün aylıq qrafik verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəyişdirilməsinə dair ərizəsində “Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 2 saylı mənzilin ümumi sahəsinin neçə kv.m təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilsin” hissəsində iddia tələbinin həcminin azaldılması, iddia tələblərinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızının vəkili və nümayəndəsi X12 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızı 23 iyul 2008-ci il tarixdə Hayan-E Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 347 saylı müqavilə bağlamış, həmin müqavilənin şərtinə əsasən Hayan-E MMC Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda, 12 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə yerləşən ümumi sahəsi 88,8 kv.m olan iki otaqdan ibarət 2 saylı mənzili Hayan-E MMC 28416 manata iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilkin ödəniş olaraq Hayan-E MMC-yə 20416 manat ödəniş etmiş, 8000 manat isə ödənilməmiş qalmışdır. Ödəniş barədə müqavilənin özündə qeyd olunmuş və möhürlə təsdiq edilmişdir. Binanın tikintisi uzun müddət dayandığına və MMC-nin rəhbərliyinin bir mənzili bir neçə nəfərə satdığı üçün barələrində cinayət işi başlandığına görə və uzun illər binanın rəhbərliyini həyata keçirən şəxslərin kriminal hərəkətlərə yol verdiyi səbəbindən iddiaçı qalan borcu ödəmək risqindən ehtiyat edərək binanın tikintisinin başa çatması və rəhbərlikdə sabitlik yaranması naminə qalıq borcu ödəməmişdir. Bina bu gün də tikilib başa çatdırılmamışdır. MMC müqavilənin bağlanmasından 12 il müddət keçməsinə baxmayaraq müqavilənin 2-ci bəndində göstərilən öhdəlikləri hələ də yerinə yetirməmişdir. Bundan başqa, iddiaçıya satılan mənzilin inşasının başa çatdırılmasını yoxlamaq üçün iddiaçı mənzilə baxmaq istəsə də ona icazə verilməmişdir. Nəhayət, 2020ci ilin iyul ayının əvvəllərində həmin binanı inşa edən Hayan-E MMC-nin hüquqi varisi olan Proqress-2016 MTK-nın rəhbərliyi ilə iddiaçı danışıqlara başlamışdır. İddiaçı Hayan-E MMC ilə bağladığı müqavilənin notariat qaydasında təsdiq edilmiş surətini MTK-nın direktoruna təqdim etmiş, MTK-nın direktoru isə iddiaçıya mənzilin açarlarını ona təqdim edəcəyinə, iddiaçının əlavə sahənin dəyərinə görə hər ay 420 manat olmaqla qalıq borc kimi 19391 manatı ödəyəcəyini bildirmişdir. İddiaçı cəmi artıq olan 7 kv.m sahəyə ilkin ödənişə bərabər ödəniş etməyə məcbur olunmuş və bununla razılaşmışdır. Bu razılaşmadan sonra, iddiaçı 06 iyul 2020-ci il tarixdə Proqress-2016 MTK ilə həmin mənzilə dair təkrar olaraq 652 saylı müqavilə bağlamışdır. Müqavilənin şərtinə görə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94,78 kv.m olan iki otaqdan ibarət 2 saylı mənzili Proqress-2016 MTK iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində hər ay 420 manat olmaqla 19391 manatı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni bağladıqdan sonra iddiaçı mənzilin açarlarını tələb etdikdə direktor vədinə əməl etməyərək, həmin mənzilin başqa şəxsə satıldığını bildirmişdir. İddiaçıya həmin şəxsin rəhbər vəzifədə işləməsi məlum olmuş, lakin həmin şəxs barədə məlumat almaq üçün cavabdehə müraciət etsə də cavab verməkdən imtina edilmişdir. Hətta dəfələrlə tələb olunmasına baxmayaraq cavabdeh cavab verməkdən yayınmış, “bu gün, sabah” cavab veriləcəyini bildirmişdir. Pretenziya cavabdehin nümayəndəsi tərəfindən 29 oktyabr 2020-ci il tarixdə alınsa da cavabı verilməmişdir. Göstərilən səbəblərdən dolayı iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi, qanunun tələbinə uyğun olaraq bütün hallarda mənzil daha əvvəl iddiaçıya satılmışdır. Bu səbəbdən də mənzil iddiaçıya təhvil verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir. Lakin cavabdeh tərəfindən mübahisəli mənzilin 10 dekabr 2016-cı il tarixdə, 196 saylı müqavilə əsasında başqa şəxsə ikinci dəfə satılması aşkar olmuşdur. Nəhayət ki, məhkəmənin dəfələrlə təkidindən sonra cavabdeh məhkəmə sorğusuna cavab verərək həqiqətə uyğun olmayan cavablar verərək göstərmişdir ki, guya iddiaçı Hayan-E MMC-yə ödədiyi pul məbləğini geri almış, ona müqavilənin bərpa olunmasından imtina edilmişdir, 29 iyun 2020-ci il tarixdə əvvəlki müqavilənin notariatda təsdiq edilmiş surətini təqdim etmiş, dəfələrlə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, bundan sonra heç bir hüquqmüəyyənedici sənəd olmadan məcburiyyət qarşısında qalaraq onunla 06 iyul 2020-ci il tarixdə mübahisəli mənzilə dair 652 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 19391 manat pul öhdəliyi götürmüş, lakin pulu ödəməmişdir. Lakin göstərilən halları-iddiaçının pulu geri alması, məcburi müqavilə bağlamağı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, 10 dekabr 2016-cı il tarixli, 196 saylı müqaviləyə əsasən həmin mübahisəli 2 saylı mənzil öncədən X2, 18 aprel 2018-ci il tarixli maliyyə arayışı verilmişdir. Göründüyü kimi mübahisəli mənzil hələ 23 iyul 2008-ci il tarixdə iddiaçıya satılmasına baxmayaraq cavabdeh həmin mənzilə dair saxta yolla 10.12.2016-cı il tarixdə başqa şəxslə-ikinci cavabdehlə müqavilə bağlamışdır. Mübahisəli mənzilə dair bağlanmış 23 iyul 2008-ci il tarixli, 347 saylı müqavilədə və sonradan bağlanmış 10.12.2016-cı il tarixli, 196 saylı müqavilədə mənzillərin sahəsi 88,8 kv.m göstərilsə də, iddiaçı ilə ikinci dəfə bağlanmış 06 iyul 2020-ci il tarixli müqavilədə mübahisəli mənzilin ümumi sahəsi 94,78 kv.m göstərilmiş və iddiaçı bunun müqabilində 19391 manat ödəniş etməyə məcbur edilmişdir. Bundan başqa mübahisəli mənzilə dair X6 ilə cavabdeh arasında 10.12.2016-cı il tarixdə bağlanmış 196 saylı müqavilə etibarsız sayılaraq, həmin şəxs mübahisəli mənzildən çıxarılmalıdır. Göründüyü kimi qanunun tələbinə uyğun olaraq bütün hallarda mənzil daha əvvəl iddiaçıya satılmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 31.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş cavabdeh Progress-2016 MTK-nın nümayəndəsi X18 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Progress-2016 MTK-ya qarşı mənzilə köçürmə tələbinə dair iddia tələbi ilə bağlı bildirir ki, İddiaçı ilə bağlanmış 23 iyul 2008-ci il tarixli müqavilənin əsli mövcud deyildir. Həmin müqaviləyə əsasən iddiaçıya ünvan 3 ünvanda 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 88.8 kv.m olan 2 otaqlı 2 saylı mənzili satmışdır. Hayan-E MMC-nin hüquqi varisi hazırda Proqress-2016 MKT-dır. Sonradan MTK-nın layihə sənədlərində dəyişikliklər edilmiş, belə ki, tikinti fəaliyyətini həyata keçirən MTK 12 mərtəbəli yaşayış binasının mərtəbələrinin sayını artıraraq 15 mərtəbəli yaşayış binasının inşasına başlamış, nəticədə mənzillərin ölçülərində də dəyişikliklər olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş həmin müqavilədə 8000 manat borcunun olduğu qeyd edilmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə mənzilin ödənişi tam şəkildə həyata keçirilməmiş, müqavilənin əsli itdiyinə görə onun ərizəsi əsasında Proqress-2016 MTK İddiaçı ilə yeni şərtlərlə 06 iyul 2020-ci il tarixli, 652 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı həmin ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 94.78 kv.m olan 2 otaqlı 2 saylı mənzili satılmışdır. Hazırda iddiaçının müqavilə üzrə borcu 19391 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Müqavilənin 1.2-ci bəndinə əsasən payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürməsi qeyd edilmişdir. İddiaçı öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən mənzil üzərində hər hansı hüquqları yaranmadığından mübahisəli 2 saylı mənzilin İddiaçı təhvil verilməsi və həmin mənzilə köçürülməsi barədə tələbi rədd edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Progress-2016 MTK-ya və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Progress-2016 MTK-nın nümayəndəsi və X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: -İcraçı Hayan-E MMC-nin direktoru X9 ilə payçı İddiaçı arasında bağlanmış 23.07.2009-cu il tarixli 347 saylı müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.m olan izolə olunmuş İ blok 2 otaqdan ibarət 2 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri hər bir kv.m sahə üçün 320 manat təşkil edir. Sahəsi 88.8 kv.m mənzil üçün cəmi 28416 manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndindən görünür ki, payçı ilkin ödənişi gecikdirərsə, cəmiyyətin ixtiyarı var ki, bu müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqlar 40 gündən artıq gecikdirilərsə icraçının müqaviləni birtərəfli qaydada ləğv etmək ixtiyarı vardır. Bu halda ödənilmiş pul payçıya cəmiyyət tərəfindən yalnız mənzil başqasına satıldıqdan sonra qaytarılır. -İcraçı Progress-2016 MTK-nın sədri X16 ilə payçı X6 arasında bağlanmış 10.12.2016-cı il tarixli 196 saylı müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İ blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 2 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 400 manat təşkil edir. Sahəsi 88.8 kv.m mənzil üçün cəmi 35520 manat ödənilməlidir. -Progress-2016 MTK-nın 18.04.2018-ci il tarixli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, Progress-2016 MTK-ya məxsus olan ünvan 5 ünvanda inşa olunan yaşayış binasının İ blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan 2 otaqdan ibarət 2 saylı mənzilin pay dəyəri payçı X6 tərəfindən 44400 manat olmaqla ödənilmiş, MTK-ya heç bir borcu yoxdur. -İddiaçı Progress-2016 MTK-nın sədri X10 ünvanladığı 10.04.2019-cu il tarixli ərizədən görünür ki, payçı 23.06.2008-ci il tarixli 347 saylı müqavilə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsidə inşa edilmiş hündürmərtəbəli yaşayış evinin 1-ci blok 1-ci mərtəbəsindən aldığı ümumi sahəsi 88.8 kv.m olan 2 saylı mənzilə aid olan sənədləri itirdiyi üçün yenidən həmin sənədlərin bərpasını xahiş etmişdir. -İcraçı Progress-2016 MTK-nın sədri X13 ilə payçı İddiaçı arasında MTK-nın hüquqi varisi olan Hayan-E MMC ilə əvvəllər bağlanmış 23.07.2008-ci il tarixli 347 saylı müqavilə əsasında yeni şərtlərlə bağlanmış 06.07.2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 5 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 1-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.78 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 2 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 420 manat təşkil edir. Sahəsi 94.78 kv.m mənzil üçün cəmi 39807 manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndindən görünür ki, 15 mart 2016-cı il tarixli kooperativ üzvlərinin ümumi yığıncağının növbədənkənar iclasının 02 saylı protokolunun çıxarışının 4-cü bəndinə müvafiq olaraq hər kv.m mənzil sahəsi üçün əlavə 100 manat, qeyri-yaşayış sahəsi üçün 300 manat olmaqla ödənilməlidir. -Turabova (Nəsibova) Həbibə Rafiq qızının Progress-2016 MTK-nın sədri X10 ünvanladığı 26.10.2020-ci il tarixli pretenziyadan görünür ki, N.H.Turabova Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci mərtəbə, 1-ci girişində yerləşən ümumi sahəsi 94,78 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin ona təhvil verilməsini, əks halda payçı olaraq hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edərək eyni zamanda mənzilin kvadratının və qiymətinin hansı əsaslarla artırılmasına aydınlıq gətirilməsini xahiş etmiş, pretenziya 29.10.2020-ci il tarixdə Progress-2016 MTK-nın “Əhmədova” soyadlı nümayəndəsi tərəfindən imza edilərək təhvil alınmışdır. -Progress-2016 MTK-nın 26.05.2021-ci il tartixli 26/05 saylı sorğuya cavab məktubundan görünür ki, Hayan-E Məhdud Məsuliyyəli Cəmiyyətinin 28.04.2016-cı ildən hüquqi varisi Progress-2016 Mənzil Tikinti Kooperatividir. İddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızının cavabdehlər Progress-2016 MTK-ya qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə zərurət yarandığından İddiaçı ilə Progress- 2016 MTK arasında ünvan 6 ünvanda inşa olunan yaşayış binasından 1 blok, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 94.78 kvadrat metr olan 2 saylı mənzilə dair bağlanmış 06.07.2020-ci il tarixli müqavilə üzrə aşağıdakıları bildirilir. İddiaçı Turabova (Nəsibova) Həbibə Rafiq qızı əvvəlki Hayan-E MMC-nin direktoru Elman Tağıyev arasında mübahisələndirilən mənzilə dair 23 iyul 2008-ci il tarixdə 347 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 20416 manat pulun ilkin olaraq müqavilədə ödənildiyi göstərilmişdir. Həmin ödənişə dair hər hansı qəbz təqdim etməmişdir. Hər ay 800 manat olmaqla 10 ay müddətinə yerdə qalan 8000 manat pul ödənilməli idi. Buna baxmayaraq iddiaçı həmin müddətdə qalıq məbləği ödəməmiş, əksinə ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Cavabdehdə olan məlumata görə həmin məbləğ geri qaytarılmış və bağlanmış müqavilə ləğv edilmişdir. Həmin sənədlər E.Tağıyev tutulduqdan əvvəl naməlum istiqamətdə aparılmış və bu gün də onlar barədə məlumat yoxdur. X9 (əvvəlki direktor) həbs edildikdən sonra iddiaçı onda olan müqavilənin surətini göstərərək mənzilini tələb etmişdir. Ona müqavilənin ləğv edildiyi bildirilmişdir. Payçı İddiaçı 10.04.2019-cu il tarixdə Progress-2016 MTK-nə rəsmi müraciət edərək müqaviləni itirdiyindən onun bərpa edilməsini xahiş etmişdir. Müqavilə barədə hər hansı təsdiqedici sənədlər olmadığından onun bərpa edilməsindən şifahi imtina edilmişdir. Buna baxmayaraq İddiaçı şirkətə təqdim etdiyi 29 iyun 2020-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən sənədin əsli ilə düzgünlüyü təsdiq etmişdir. Baxmayaraq ki, öncə onun itirildiyini bildirmişdir. Həmin sənədin əslinin mövcud olması şübhəli olmaqla yanaşı hansı yolla onun əldə edilməsi araşdırılmalıdır. İddiaçı dəfələrlə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər etmişdir. Bundan sonra heç bir hüquqmüəyyənedici sənəd olmadan onunla məcburiyyət qarşısında qalaraq 06 iyul 2020-ci il tarixdə mübahisəli mənzilə dair 652 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 36 ay müddətinə hər ay 538 manat olmaqla 19391 manat pul öhdəliyi götürmüşdür. Lakin bu günədək hər hansı pul ödəməmişdir. Digər tərəfdən, 10 dekabr 2016-cı il tarixli 196 saylı müqaviləyə əsasən həmin mübahisəli 2 saylı mənzil öncədən X1. 18.04.2018-ci il tarixli müvafiq maliyyə arayışı verilmişdir. -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli AZ-İ № 370378 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı nikahı 07.08.2020-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 244 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Turabova soyadı verilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X15 Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Hayan-E MMC ilə İddiaçı arasında bağlanmış 23.07.2008-ci il tarixli 347 saylı müqaviləyə əsasən MMC iddiaçıya Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrənin kəsişməsində yerləşən 12 mərtəbəli yaaşyış evinin 1-ci blok 1-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 88.8 kv.m olan 2 saylı mənzili dəyəri 28416 manat olmaqla iddiaçıya satmış, iddiaçı mənzilin dəyərindən ödənişlər etməklə 8000 manat borcu qalmışdır. Hayan-E MMC-nin direktorunun həbs edilməsi ilə əlaqədar olaraq 27 noyabr 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnamənin 1.1-ci bəndinə əsasən Progress-2016 Mənzil Tikinti Kooperativi Hayan-E MMC-nin hüquqi varisi olmuşdur. Tikinti fəaliyyətini həyata keçirən MTK-nın layihə planlarında dəyişikliklər edilərək 12 mərtəbəli binanın mərtəbə sayının artırılaraq 15 mərtəbəli yaşayış binasının inşası qərara alınmışdır. İddiaçı tərəfindən müqavilə əsli itirildiyindən ərizəsi əsasında Progress-2016 MTK ilə iddiaçı arasında əvvəllər bağlanmış 23.07.2008-ci il tarixli 347 saylı müqavilənin şərtləri əsasında 06.07.2020-ci il tarixdə 652 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən alıcıya satılmış mənzilin ölçüsündə dəyişiklik edilərək həmin ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.78 kv.m olan mənzilin dəyəri 39807 manat olmaqla iddiaçıya satılması razılaşdırılmışdır. Mübahisəli mənzillə bağlı iddiaçı cavabdeh Progress-2016 MTK-nın hüquqi xələfi Hayan-E MMC ilə daha əvvəl müqavilə bağlamasına baxmayaraq Progress-2016 MTK göstərilən müqavilə əsasında mənzili iddiaçıya təhvil verməli olmasına baxmayaraq öz vəzifələrini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi adlanacaq) 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Tərəflər, yəni Hayan-E MMC ilə Turabova (Nəsibova) Həbibə Rafiq qızı arasında hüquq münasibətlərinin yarandığı dövrdə (mənzilə dair müqavilə 23.07.2008-ci il tarixdə bağlanmışdır) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin: 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mənzil Məcəlləsinin: 8-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 112.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. İş materiallarından göründüyü kimi, iddiaçının müqavilə üzrə öhdəliyini qismən icra edərək mənzilin dəyərini MMC-nin hesabına köçürmüş, mənzilin təhvil verilməsi öhdəliyini isə öz üzərinə götürmüş MMC müqavilə üzrə öhdəliyini icra etməmiş, iddiaçının ərizəsi əsasında sonuncu ilə 06.07.2020-ci il tarixdə əvvəl bağlanmış 23.07.2008-ci il tarixli müqavilə şərtlərini tanıyaraq həmin müqavilə əsasında iddiaçıya Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.78 kv.m olan 2 saylı mənzili satmaqla tərəflərin iradə ifadələrinə uyğun müqavilənin bağlanmasına nail olmuşlar. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 6, 389-390-cı maddələri) Mülki Məcəllənin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Hayan-E MMC-dən dəyərini qismən ödəməklə hələ 2008-ci ildə aldığı mənzilə dair yaranmış hüquqlarını özünün bağladığı 06.07.2020-ci il tarixli müqavilə ilə tanıyan, qəbul edən Proqress-2016 MTK 10.12.2016-cı il tarixdə bağlanmış 196 saylı müqaviləyə əsasən ilkin olaraq iddiaçıya satılmış eyni mənzili cavabdeh X8 oğluna satmaqla həmin mənzilin sahibi olan iddiaçının iradə ifadəsinə uyğun hərəkət etmədiyindən mülki qanunvericiliyin əqdin etibarlı hesab edilməsi üçün müəyyən etdiyi şərtlərə əməl etməmişdir. Belə ki, 10.12.2016-cı il tarixdə bağlanmış 196 saylı müqavilənin etibarsız hesab olunması üçün əsaslar onların bağlandığı andan mövcud olmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış müqavilənin tarixindən görünür ki, həmin müqavilə cavabdehlə bağlanmış müqavilədən çox əvvəl bağlanmış və beləliklə də iddiaçı ilə Hayan-E MMC (hazırda Progress MTK) arasında mülki hüquq və vəzifələr əvvəl yaranmışdır. Ona görə də məhkəmə iddiaçının Proqress-2016 MTK ilə cavabdeh X6 arasında bağlanmış 10.12.016-cı il tarixli 196 saylı müqavilənin etibarsız hesab edilməsinə və cavabdehin həmin mənzildən çıxarılmasına dair iddia tələbini əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Məhkəmə cavabdehin etirazında 23 iyul 2008-ci il tarixdə 347 saylı müqaviləyə əsasən iddiaçıya satılmış mənzilə dair iddia tərəfindən ödənilmiş məbləğin müqavilə ləğv olunmaqla iddiaçıya qaytarılmasını qeyd etsə də cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə etirazda istinad edilmiş həmin halları sübuta yetirəcək sənədlərini məhkəməyə təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Mülki Məcəllənin: 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə İddiaçı 23.07.2008-ci il tarixli müqaviləyə əsasən müqavilə üzrə ödənilməmiş 8000 manat pul qalığının aylar üzrə ödənişin həyata keçirilməsi üçün aylıq qrafik verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqavilənin şərtləri əsasında bağlanmış yeni – 06.07.2020-ci il tarixli 652 saylı müqaviləyə əsasən satılmış mənzilin ölçüləri və dəyəri dəyişdirildiyindən, həmin müqavilə hazirda da qüvvədə olduğundan və iddiaçı qeyd olunan müqaviləni imzalamaqla mənzilin yeni dəyərinin ödənilməsinə dair MTK qarşısında könüllü öhdəlik götürdüyündən, həmçinin bağlanmış yeni müqavilənin tərəflərin hüquq və mənafelərinə zidd olmayan, onların iradə ifadələrinə uyğun bağlandığı müəyyən edildiyindən məhkəmə iddiaçının iddia tələblərinin bu hissədə əsassız hesab edilib təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Məhkəmə eyni zamanda hesab edir ki, Proqress-2016 MTK ilə X6 arasında ünvan 5 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.m olan 2 otaqlı 2 saylı mənzilin satılmasına dair bağlanmış 10.12.2016-cı il tarixli 196 saylı müqavilə etibarsız hesab edildiyindən cavabdehin bu müqavilə üzrə MTK-ya ödədiyi və cavabdehin MTK-ya heç bir borcunun olmamasına dair 18.04.2018-ci il tarixli maliyyə arayışına əsasən ödənilmiş 44400 manat ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X11 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 5 ünvanda inşa olunmuş 15 mərtəbəli yaşayış binasının İ blok 1-ci mərtəbəsində ümumi sahəsi 88.8 kv.m olan 2 otaqlı 2 saylı mənzilə dair X6 ilə Proqress- 2016 MTK arasında bağlanmış 10.12.2016-cı il tarixli 196 saylı müqavilə etibarsız hesab edilsin. 10.12.2016-cı il tarixli 196 saylı müqavilə əsasında X2 ünvan 5 ünvanda inşa olunmuş 15 mərtəbəli yaşayış binasının İ blok 1-ci mərtəbəsində ümumi sahəsi 88.8 kv.m olan 2 otaqlı 2 saylı mənzildən X6 çıxarılsın. Proqress-2016 MTK-dan 44400 manat X4 xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1153/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1153/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver