Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-120/2021 19.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi-vəkil X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMCnə qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair mülki işə 18 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanılmış 21.01.2019-cu il tarixli, DEN-00029-08/19 A saylı əsas kredit müqaviləsinin, 23.01.2019-cu il tarixli, DEN-A0029-08/1A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 18.11.2019-cu il tarixinə olan 149699 manat əsas borc, 15344,04 manat faiz borcu, 18420,39 manat dəbbə borcu, ümumilikdə 183463,43 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılan 21.01.2019-cu il tarixli, DENG-00029-08/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmədə iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə, 21.01.2024-cü il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 200000 (iki yüz min manat) məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 ? Cavabdeh2 21.01.2019-cu il tarixdə iddiaçıyla DENG-00029-08/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0.1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2019-cu il tarixli DEN-A0029-08/19A saylı Əlavə kredit müqaviləsinə əsasən, şəxsi istifadə məqsədi ilə bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 18 (on səkkiz) faiz ödəmək şərti ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən kreditin təminatı qismində 21.01.2019cu il tarixli DENG-00029-08/19A (üç tərəfli) nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş olan 0.1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evi ipotekası ilə təmin olunmuşdur. Cavabdeh4 MMC 23.01.2019-cu il tarixdə iddiaçıyla DENZ- A0029-08/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh3 23.01.2019-cu il tarixdə iddiaçıyla DENZ-00029-08/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan əlavə kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 4.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.nCavabdehlərin 18.11.2019-cu il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 149699 (bir yüz qırx doqquz min altı yüz doxsan doqquz) manat, faizlərin məbləği 15344 (on beş min üç yüz qırx dörd) manat 04 (dörd) qəpik, dəbbə pulu 18420 (on səkkiz min dörd yüz iyirmi) manat 39 (otuz doqquz) qəpik təşkil edir. Beləliklə cavabdehlərin 18.11.2019-cu il tarixinə ümumi borcu 183463 (bir yüz səksən üç min dörd yüz altmış üç) manat 43 (qırx üç) qəpik təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan əlavə kredit müqaviləsinin 2.2-ci bəndinə borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş məbləğdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın keditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdiyi müddətin 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0.5 %-i miqdarında cərimə tətbiq edir. Həmçinin iddiaçı şirkət ekspert rəyləri ilə razıdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi-vəkil X5 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı təşkilat ilə Cavabdeh1 arasında 21.01.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 150 000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq isə Cavabdeh1 qızı Cavabdeh2 məxsus bağ evi ipoteka ilə yüklü edilmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh1 kredit özü üçün deyil cavabdeh Emas COMPANY MMC-nin təsisçisi Yusifov Emin adlı şəxs üçün götürmüş və pulu Yusifov Eminə vermişdir. Yusifov Emin isə cavabdehin inamından sui-istifadə edib, dələduzluq edərək pul ilə Gürcüstana getmişdir. Hazırda isə COVİD-19 pandemiyasını bəhanə edərək ölkəyə gəlməkdən imtina edir. Hesab edir ki, bank tərəfindən faiz borcu həddən artıq şişirdilmiş, bank tərəfindən Cavabdeh1 deyilmişdir ki, əgər 5000 manat ödəniş edilərsə o zaman iddia ərizəsini geri götürəcəklər. İpoteka predmetinin dəyəri müqavilədə 500000 manat olaraq göstərilsə də evin dekorativ işləri hələ də tamamlanmamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə, 21.01.2024-cü il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 200000 (iki yüz min manat) məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. İş materiallarında olan 23.01.2019-cu il tarixli DEN-A0029-08/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, şəxsi istifadə məqsədi ilə "xxxx" ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 150000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23.01.2019-cu il tarixli, DENZ-A0029-08/19A saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh4 MMC bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 23.01.2019-cu il tarixli, DENZ-0029-08/19A saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh3 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 21.01.2019-cu il tarixli, DENG-00029-08/19A saylı ipoteka müqaviləsindən görünür ki, 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi və əlavə müqavilələr üzrə borc alan Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.112015-ci il tarixdə 136 nömrəli reyestr kitabında, 88 nömrəli vərəqində, **********84-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.1373 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini ipoteka qoyan Cavabdeh2 ipoteka saxlayan "xxxx" ASC-a ipoteka qoyur. İş materiallarında olan 18.11.2019-cu il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18.11.2019-cu il tarixə borcu Cavabdeh1 banka 149699 manat əsas borc, 15344,04 manat faiz borcu, 18420,39 manat dəbbə borcu, ümumilikdə 183463,43 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, 9/2861 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış məlumatları və 21.1.2019-cu il tarixli, DEN-A0029-08/19A №-li Əlavə kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 18.11.2019-cu il tarixə banka olan əsas 149698,99 manat, faiz borcu üzrə 15344,03 manat olmaqla, 165043,02 manat məbləğində müəyyən olunur. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 21.01.2019-cu il tarixli, DEN-A0029-08/19 A №-li Əlavə kredit müqaviləsi üzrə cərimə pulu nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş sənədlərdə bank gecikmələrə görə cərimə hesablanmamışdır. Ona görə də hazırki tədqiqatla Cavabdeh1 müqavilə üzrə cərimə hesablanmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 23 iyun 2021-ci il tarixli, 289/E №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Abşeron rayonu, Görədil kəndində 0.1373 ha torpaq sahəsi üzərində 429,9 kv.m sahədən ibarət yaşayış evinin hazırki bazar qiyməti 360000 manat, likvid qiyməti 280000 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini və Cavabdeh1 nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi, 23.01.2019-cu il tarixli DEN-A0029-08/19A saylı əlavə kredit müqaviləsi, 23.01.2019-cu il tarixli, DENZ-A0029-08/19A saylı zaminlik müqaviləsi, 23.01.2019-cu il tarixli, DENZ-0029-08/19A saylı zaminlik müqaviləsi və 21.01.2019-cu il tarixli, DENG-00029- 08/19A saylı ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyil. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-511/2020 saylı, 16.06.2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Ekspertiza Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, 9/2861 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış məlumatları və 23.01.2019-cu il tarixli, DEN- A0029-08/19A №-li Əlavə kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 18.11.2019-cu il tarixə banka olan əsas 149698,99 manat, faiz borcu üzrə 15344,03 manat olmaqla, 165043,02 manat məbləğində müəyyən olunur. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 23.01.2019-cu il tarixli, DEN-A0029-08/19 A №-li Əlavə kredit müqaviləsi üzrə cərimə pulu nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş sənədlərdə bank gecikmələrə görə cərimə hesablanmamışdır. Ona görə də hazırki tədqiqatla Cavabdeh1 müqavilə üzrə cərimə hesablanmamışdır. "xxxx" MMC-nin 23 iyun 2021-ci il tarixli, 289/E №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Abşeron rayonu, Görədil kəndində 0.1373 ha torpaq sahəsi üzərində 429,9 kv.m sahədən ibarət yaşayış evinin hazırki bazar qiyməti 360000 manat, likvid qiyməti 280000 manat müəyyən edilmişdir.Məhkəmə ekspertiza rəylərini tədqiq edib, hesab edir ki, həmin rəyləri təkzib edən digər sübutlar mövcud olmadığından, iddia tələbi həmin rəylər əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi, 23.01.2019-cu il tarixli, DEN-A0029-08/19A №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Cavabdeh1 kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, bağlanılmış 21.01.2019-cu il tarixli DEN- 00029-08/19A saylı əsas kredit müqaviləsi və 23.01.2019-cu il tarixli, DEN-A0029-08/19A №-li əlavə kredit müqaviləsi ləğv olunmalıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 18420,39 manat məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 500 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 21.01.2019-cu il tarixli DEN-00029-08/19A saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh3 və Cavabdeh4 MMC-dən öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə yönəldilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh2 mülkiyyətindəki 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-dən tutulması hissəsində hesab edir ki, iddia bu hissədə də konkret olmadığından və bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən təmin oluna bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, 0.40 manat bank xidməti haqqı və həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 oktyabr 2020-ci il tarixli, 9/2861 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 21.01.2019-cu il tarixli, DEN-00029-08/19 A saylı əsas kredit müqaviləsi, 23.01.2019-cu il tarixli, DEN-A0029-08/1A saylı əlavə kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsindən irəli gələn 18.11.2019-cu il tarixinə olan 149698,99 manat manat əsas borc, 15344,03 manat faiz borcu, 500 manat dəbbə borcu, ümumilikdə 165543,02 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılan 21.01.2019-cu il tarixli, DENG-00029- 08/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilsin, açıq hərracda satılsın, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin və ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti 280000 manat məbləğində müəyyən edilsin. Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evi boşaldılsın. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 oktyabr 2020-ci il tarixli, 9/2861 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. İddia tələbi ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-dən tutulması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-120/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-120/2021
19.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver