Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1251/2021 18.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilmısi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)1294/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilmə qaydasının dəyişdirilərək övladı xx xxxx 2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)1294/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, onunla Cavabdeh arasında bağlanmış, Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmış, xx xxxxxx 2003-cü il tarixli, 598 saylı nikah qeydi ləğv edilməsi, xx xxxx 2002-ci il tarixdə anadan olmuş X9 və xx xxxx 2004-cü il tarixdə anadan olmuş X8 onun yanında qalması müəyyən edilməsi və Cavabdeh xx xxxx 2002-ci il tarixdə anadan olmuş X9 və xx xxxx 2004-cü il tarixdə anadan olmuş X2 üçün onun xeyrinə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. xx xxxx 2020-ci il tarixdə böyük oğlu X11 18 yaşına çatdığından alimentin ödənilmısi dayandırılmışdır. Cavabdehin daimi iş yerinin olmaması, gəlirinin qeyrimüntəzəm olması alimentin ödənilməsində çətinliklər yaratmışdır. Ona görə də xx xxxx 2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində cavabdehdən alimentin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, dövlətin ona xəstəliyinə görə verdiyi pensiyanın 90 manatını övladı xx xxxx 2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aliment olaraq ödəməyə razıdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 483961 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2004-cü ildə İsmayıllı rayonunun, Qubaxəlilli kəndində doğulmuşdur, atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)1294/2011 saylı, xx xxxxxx 2011ci il tarixli qətnaməsindən görünür ki,X4 iddiasının təmm edilməsi, X6 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmış, xx xxxxxx 2003-cü il tarixli, 598 saylı nikah qeydi ləğv edilməsi, xx xxxx 2002-ci il tarixdə anadan olmuş X9 və xx xxxx 2004-cü il tarixdə anadan olmuş X8 ariası X4 yanında qalması müəyyən edilməsi və Cavabdeh xx xxxx 2002-ci il tarixdə anadan olmuş X9 və xx xxxx 2004-cü il tarixdə anadan olmuş X2 üçün X4 xeyrinə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, cavabdehin 90 manat manat sabit pul məbləğində alimenti ödəməyə razı olması nəzərə alınmaqla xx xxxx 2004-cü il təvəllüdlü X1 üçün hər ay 90 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin dəyişdirilmiş məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012) 1294/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1251/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1251/2021
18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver