Məhkəmə qərarları › İş №2(012)-1275/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1275/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1275/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Murtuzayeva Yeganə Hüseyn qızının, ilkin iddia tələbi və müstəqil tələb irəli sürən 3-cü şəxs LPO "xxxx"ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi üzrə cavabdehlər Cavabdeh4,Cavabdeh5,Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs LPO "xxxx"ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəfzadə Anar Ziya oğlunun iştirakları ilə hər iki iddia tələbi olan müqavilənin etibarsız hesab edilməsi və s barədə tələblərə dair mülki işə 20 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və başqalarına qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 2,61 ha torpaq sahəsinə dair X6 və Cavabdeh1 arasında bağlanmış 17.07.2012-ci il tarixli “Alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** №-li “Çıxarış”ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsi ilə iddiaçıya verilmiş səlahiyyətdən istifadə edərək iddianın həcmini artıraraq

1. (İddiaçının mərhum atası) X1 adından Cavabdeh4 verilmiş və Abşeron rayonu 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 23.12.2010-cu il tarixli etibarnamə (reyestr nömrəsi 7E-13420) etibarsız hesab edilməsini,

2. (İddiaçının mərhum atası) X1 adından Cavabdeh5 oğluna verilmiş və Abşeron rayonu 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 24.06.2012-ci il tarixli, A R-İ seriyalı, 175933 nömrəli etibarnamə (reyestr nömrəsi 7E-8410) etibarsız hesab edilməsini,

3. (İddiaçının mərhum atası) X4 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 2,61 ha torpaq sahəsinə dair onun adından çıxış edən Cavabdeh5 oğlu və iş üzrə digər Cavabdeh1 arasında bağlanmış 17.07.2012-ci il tarixli “Alğı-satqı müqaviləsi” etibarsız hesab edilməsini,

4. Cavabdeh5 oğlu və iş üzrə digər Cavabdeh1 arasında bağlanmış 17.07.2012-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı “Çıxarış” ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs LPO "xxxx"ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müqavilələrin cavabdeh Həsənov Anar Rafiq oğlu və q. qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələblə məhkəməyə müraciət edərək iddia ərizəsinin təmin edilməsini, Cavabdeh5 oğlu və iş üzrə digər Cavabdeh1 arasında bağlanmış 17.07.2012-ci il tarixli “Alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı “Çıxarış” ləğv edilməsini və İskəndərov Yaşar Həsənqulu oğluna məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 2,61 ha torpaq sahəsi üzərində bankın yüklülüyü DƏDRX-nin 4 saylı Əİ tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər razılığa gələrək barışıq sazişi bağlamış,iddia tələbindən imtina etmişlər və barışıq sazişini təsdiq edilməsi üçün məhkəməyə vermişlər. Barışıq sazişinin şərtləri belədir: Biz aşağıda imza edənlər, İddiaçı səlahiyyətli nümayəndəsi X7 (şəxsiyyət vəsiqəsi AA2131303), Cavabdeh1 (ş/v_AA 0933248), Cavabdeh4 (ş/vAA2156599), X14 (ş/v AZE ********) və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru X2 Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 və başqalarına qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi imzalayırıq:

1. Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli “Çıxarışa” əsasən mülkiyyətində olan və Abşeron rayonu, Masazır kəndində yerləşən 2.61 ha torpaq sahəsi (bundan sonra “Torpaq sahəsi”) üzərindəki mülkiyyət hüququndan, həmin torpaq sahəsini İddiaçı xeyrinə özgəninkiləşdirilməklə və alqı-satqı müqaviləsi bağlanması yolu ilə imtina edir, “Torpaq sahəsi”ni 10 sentyabr 2021-ci il tarixədək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını öhdəsinə götürür.

2. “Torpaq sahəsi” ilə bağlı Cavabdeh1 və İddiaçı arasında alqı-satqı müqaviləsi üzrə alıcı, yəni İddiaçı satıcıya, yəni Cavabdeh1 ödəməli olan pulu ödəmir və bununla bağlı Cavabdeh1 gələcəkdə İddiaçı qarşı hər hansı iddia tələbi və ya şikayət irəli sürməyəcəyini öz öhdəsinə götürür.

3. Xəzər Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli 2(003)-3224/2020 saylı qərardadı ilə “Torpaq sahəsi” üzərinə qoyulmuş həbsin götürülməsi və “Torpaq sahəsi”nin İddiaçı adına özgəninkiləşdirilməsi, onunla alqı-satqı müqaviləsinin bağlanması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması eyni vaxtda icra edilir.

4. Cavabdeh4 tərəfindən “Torpaq sahəsi”ndə kanalizasiya xətlərinin çəkilməsi və nasosxananın tikilməsi məqsədilə LPO "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 14.04.2015-ci il tarixli, 25.05.2015-ci il tarixli və 15.12.2015-ci il tarixli kredit müqavilələri ilə bağlı məhkəmə qətnamələri üzrə mövcud olan 156102,19 manat borc məbləğinin Sazişin 6-cı bəndində göstərilən qaydada ödənilməsini X14 öz öhdəsinə götürür.

5. “Torpaq sahəsi”nin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra X14 və LPO "xxxx" ASC arasında bağlanmış 12.03.2009-cu il tarixli 330 №-li kredit müqaviləsi ilə bağlı məhkəmə qətnaməsi üzrə mövcud olan 511331,27 manat borc məbləğinin Sazişin 6-cı bəndində göstərilən qaydada ödənilməsini X14 öhdəsinə götürür.

6. LPO "xxxx" ASC ilə X14 arasında bağlanmış 12.03.2009-cu il tarixli 330 №-li kredit müqaviləsi ilə bağlı məhkəmə qətnaməsi üzrə mövcud olan 511331,27 manat və Cavabdeh4 arasında bağlanmış 14.04.2015-ci il tarixli, 25.05.2015-ci il tarixli və 15.12.2015-ci il tarixli kredit müqavilələri ilə bağlı məhkəmə qətnamələri üzrə mövcud olan 156102,19 manat, ümumilikdə 667433,46 manat borc məbləğindən barışıq sazişi qərardadla təsdiq edildiyi gündən 10 gün müddətində 67433,46 manat birdəfəlik ödənilməsini, qalan borc məbləğinin 01.10.2021-ci il tarixdən etibarən 48 ay müddətinə bərabər hissələrə bölünməklə, aylıq 12500 manat olmaqla ödənilməsini X14 öz öhdəsinə götürür.

7. Barışıq sazişinin 6-cı bəndində göstərilən ilkin ödəniş və (və ya) aylıq ödənişlər X14 tərəfindən ardıcıl olaraq 3 ay gecikdirildiyi halda, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq “Torpaq sahəsi”ni LPO "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etməyi İddiaçı öz öhdəsinə götürür.

8. “Torpaq sahəsi”nin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan və Sazişdə qeyd olunan kredit müqavilələri ilə bağlı məhkəmə qətnamələri üzrə mövcud olan borc məbləğləri tam ödənildikdən sonra bu “Barışıq sazişinin” şərtləri yerinə yetirilmiş hesab olunur və bundan sonra Sazişi imzalayan tərəflər “Torpaq sahəsi” ilə bağlı bir-birinə qarşı hər hansı iddia və tələb irəli sürmür.

9. LPO "xxxx" ASC hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi irəli iddia tələblərindən imtina edir və bu tələblərlə bağlı gələcəkdə cavabdehlərə qarşı tələb və şikayətinin olmayacağını öz öhdəsinə götürür.

10. Bu “Barışıq sazişi” hazırda mübahisəyə baxan məhkəməyə təqdim edilir və məhkəmə tərəfindən qərardadla təsdiq edilir.

11. Bu “Barışıq sazişi” hər biri eyni hüquqi qüvvəyə malik olan 6 nüsxədə tərtib olunur, imzalanır və imzalandığı andan qüvvəyə minir. Nüsxələrdən hər biri tərəflərə və qərardadla təsdiqlənməsi üçün Məhkəməyə təqdim edilir. İmza tərəflər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında razılaşma olduğundan, bu əsasda iddiadan imtina etdiklərindən, bu imtinalar tərəflərin və digər şəxslərin hüquq və mənafeyinə zidd olmadığından, barışıq sazişi olduğu kimi təsdiq edilməsi və hər iki iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının xahişini nəzərə alaraq, hazırki iş üzrə iddianın təmin tədbiri barədə iş üzrə Xəzər rayon Məhkəməsinin 2(003)-3224/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərardadı da ləğv edilməli, Məmmədov Elməddin Nurəddin oğluna məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən **********94 reyestr saylı nömrəsi olan ********** olan 2.61 ha. torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməliudir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə

QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və başqalarına qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs LPO "xxxx"ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müqavilələrin cavabdeh Həsənov Anar Rafiq oğlu və q. qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələblərinə dair mülki iş üzrə iddiaçıların iddia tələbindən imtina etmələri qəbul edilsin.İşin icraatına xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

12. Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli “Çıxarışa” əsasən mülkiyyətində olan və Abşeron rayonu, Masazır kəndində yerləşən 2.61 ha torpaq sahəsi (bundan sonra “Torpaq sahəsi”) üzərindəki mülkiyyət hüququndan, həmin torpaq sahəsini İddiaçı xeyrinə özgəninkiləşdirilməklə və alqı-satqı müqaviləsi bağlanması yolu ilə imtina edir, “Torpaq sahəsi”ni 10 sentyabr 2021-ci il tarixədək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını öhdəsinə götürür.

13. “Torpaq sahəsi” ilə bağlı Cavabdeh1 və İddiaçı arasında alqı-satqı müqaviləsi üzrə alıcı, yəni İddiaçı satıcıya, yəni Cavabdeh1 ödəməli olan pulu ödəmir və bununla bağlı Cavabdeh1 gələcəkdə İddiaçı qarşı hər hansı iddia tələbi və ya şikayət irəli sürməyəcəyini öz öhdəsinə götürür.

14. Xəzər Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli 2(003)-3224/2020 saylı qərardadı ilə “Torpaq sahəsi” üzərinə qoyulmuş həbsin götürülməsi və “Torpaq sahəsi”nin İddiaçı adına özgəninkiləşdirilməsi, onunla alqı-satqı müqaviləsinin bağlanması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması eyni vaxtda icra edilir.

15. Cavabdeh4 tərəfindən “Torpaq sahəsi”ndə kanalizasiya xətlərinin çəkilməsi və nasosxananın tikilməsi məqsədilə LPO "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 14.04.2015-ci il tarixli, 25.05.2015-ci il tarixli və 15.12.2015-ci il tarixli kredit müqavilələri ilə bağlı məhkəmə qətnamələri üzrə mövcud olan 156102,19 manat borc məbləğinin Sazişin 6-cı bəndində göstərilən qaydada ödənilməsini X14 öz öhdəsinə götürür.

16. “Torpaq sahəsi”nin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra X14 və LPO "xxxx" ASC arasında bağlanmış 12.03.2009-cu il tarixli 330 №-li kredit müqaviləsi ilə bağlı məhkəmə qətnaməsi üzrə mövcud olan 511331,27 manat borc məbləğinin Sazişin 6-cı bəndində göstərilən qaydada ödənilməsini X14 öhdəsinə götürür.

17. LPO "xxxx" ASC ilə X14 arasında bağlanmış 12.03.2009-cu il tarixli 330 №-li kredit müqaviləsi ilə bağlı məhkəmə qətnaməsi üzrə mövcud olan 511331,27 manat və Cavabdeh4 arasında bağlanmış 14.04.2015-ci il tarixli, 25.05.2015-ci il tarixli və 15.12.2015-ci il tarixli kredit müqavilələri ilə bağlı məhkəmə qətnamələri üzrə mövcud olan 156102,19 manat, ümumilikdə 667433,46 manat borc məbləğindən barışıq sazişi qərardadla təsdiq edildiyi gündən 10 gün müddətində 67433,46 manat birdəfəlik ödənilməsini, qalan borc məbləğinin 01.10.2021-ci il tarixdən etibarən 48 ay müddətinə bərabər hissələrə bölünməklə, aylıq 12500 manat olmaqla ödənilməsini X14 öz öhdəsinə götürür.

18. Barışıq sazişinin 6-cı bəndində göstərilən ilkin ödəniş və (və ya) aylıq ödənişlər X14 tərəfindən ardıcıl olaraq 3 ay gecikdirildiyi halda, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq “Torpaq sahəsi”ni LPO "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etməyi İddiaçı öz öhdəsinə götürür.

19. “Torpaq sahəsi”nin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan və Sazişdə qeyd olunan kredit müqavilələri ilə bağlı məhkəmə qətnamələri üzrə mövcud olan borc məbləğləri tam ödənildikdən sonra bu “Barışıq sazişinin” şərtləri yerinə yetirilmiş hesab olunur və bundan sonra Sazişi imzalayan tərəflər “Torpaq sahəsi” ilə bağlı bir-birinə qarşı hər hansı iddia və tələb irəli sürmür.

20. LPO "xxxx" ASC hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi irəli iddia tələblərindən imtina edir və bu tələblərlə bağlı gələcəkdə cavabdehlərə qarşı tələb və şikayətinin olmayacağını öz öhdəsinə götürür.

21. Bu “Barışıq sazişi” hazırda mübahisəyə baxan məhkəməyə təqdim edilir və məhkəmə tərəfindən qərardadla təsdiq edilir.

22. Bu “Barışıq sazişi” hər biri eyni hüquqi qüvvəyə malik olan 6 nüsxədə tərtib olunur, imzalanır və imzalandığı andan qüvvəyə minir. Nüsxələrdən hər biri tərəflərə və qərardadla təsdiqlənməsi üçün Məhkəməyə təqdim edilir. İmza tərəflər. Hazırki iş üzrə iddianın təmin tədbiri barədə iş üzrə Xəzər rayon Məhkəməsinin 2(003)-3224/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərardadı da ləğv edilsin. Məmmədov Elməddin Nurəddin oğluna məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən **********94 reyestr saylı nömrəsi olan ********** olan 2.61 ha. torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün Bu hissədə qərardadın icra DƏDRX-nin 4 saylı Əİ-nə tapşırılsın.

Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar