Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-130/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair mülki işə 04 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 74469 (yetmiş dörd min dörd yüz altmış doqquz) ABŞ Dolları 31 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 416 manat 60 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4 kredit razılaşması üzrə ümumilikdə cəmi 74469.31 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-5753/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 03M000000947 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, M. Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu, Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X3 notariat kontoruna ərizə təqdim edərək həmin əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə və satıldıqda onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, iddia tələbi birtərəfli maraqlar əsasında yazılmışdır. İş üzrə alınmış mütəxəssis rəyləri arasında ziddiyyət vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və cavabdehlərin vəkilinümayəndəsinin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək, işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2012-ci il tarixli, 03R000019647 saylı Kredit Razılaşması üzrə 2752.85 ABŞ dolları məbləğində kredit borcu, 481.74 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3284,59 (üç min iki yüz səksən dörd dollar əlli doqquz sent) ABŞ dolları məbləğində borc; xx.xx.2013-cü il tarixli 03R000021851 saylı Kredit Razılaşması üzrə 1564.32 ABŞ dolları məbləğində kredit borcu, 309.47 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1923,79 (min doqquz yüz iyirmi üç dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində borc; xx.xx.2014-ci il tarixli, 003R********** saylı Kredit Razılaşması üzrə 41303.25 ABŞ dolları məbləğində kredit borcu, 6153.12 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47556,37 (qırx yeddi min beş yüz əlli altı dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borc; xx.xx.2015-ci il tarixli, 003R********** saylı Kredit Razılaşması üzrə 18733.35 ABŞ dolları məbləğində kredit borcu, 2871,21 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21704,56 (iyirmi bir min yeddi yüz dörd dollar əlli altı sent) ABŞ dolları məbləğində borc; Ümumilikdə dörd Kredit Razılaşması üzrə cəmi 74469,31 (yetmiş dörd min dörd yüz altmış doqquz dollar otuz bir sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5753/2021 saylı qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1327/2021 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi 0.10 ha torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə ünvana çatdırılmasını diqqətinizə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almasını xahiş etmişdir. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201.11 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi, 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2011-xx.xx.2019cu ildən başlayaraq 120 ay müddətinə İddiaçı QSC-nin Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2011-ciil tarixdə qeydiyyata alınmışdır. İddiaçı QSC ilə X2 arasında xx.xx.2011-ci il tarixli, 03M000000947 nömrəli İpoteka müqaviləsindən görünür ki, X2 öz mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi, 0.10 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan 124.27 kv.m yaşayış sahəsi, 76.84 kv.m yardımçı sahə, 201.11 kv.m ümumi sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 37 nömrəli fərdi yaşayış evi İddiaçı QSC ilə X2 arasında 27 aprel 2009-cu il tarixli 03L000002801 saylı Kredit Xətti Müqaviləsi (bundan sonra «Kredit Xətti Müqaviləsi») və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir: Kredit Xəttinin məbləği: 500,000 (beş yüz min) ABŞ dollar Kredit Xəttinin müddəti: 120 (bir yüz iyirmi) ay Ödənişlərin dövriliyi: bir aydan bir bərabər hissələrlə. İpoteka predmetinin Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Seriya MA 0125176 İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 95.688 (doxsan beş min altı yüz səksən səkkiz yeni manat) manat. İddiaçı QSC tərəfindən Cavabdeh1 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı QSC ilə bağladığınız ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsi 0.10 ha torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İcrası yuxarıda qeyd olunan ipoteka ilə təmin olunmuş xx.xx.2009-cu il tarixli 03L000002801 saylı Kredit Xətti Müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borc 18752.35 ABŞ Dolları təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Bununla ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə xəbərdar edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətlədirmə Məlumatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin bazar dəyəri 400000 (dörd yüz min) manat, likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat müəyyən edilmişdir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 300 (üç yüz) manat) “X6” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə Hesabatından görünür ki, X1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, M.Araz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki 37 saylı fərdi yaşayış evinin likvid dəyəri 280000 (iki yüz səksən min) manat müəyyən edilmişdir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 350 (üç yüz əlli) manat) İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 210000 (iki yüz on min) manat, likvid dəyəri 180000 (yüz səksən min) manat təşkil edir. (Qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı cəmi: 300 (üç yüz) manat) Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən Abşeron rayonu, Masazır kəndi, M. Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən qeydiyyata alınmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə qət edilmiş borcun tutulmasının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 95.688 (doxsan beş min altı yüz səksən səkkiz yeni manat) manat müəyyən edilsə də, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qiymətlədirmə Məlumatında bazar dəyəri 400000 (dörd yüz min) manat, likvid dəyəri 320000 (üç yüz iyirmi min) manat, “X6” MMC-nin xx.xx.2023-cü il tarixli Qiymətlədirmə Hesabatında likvid dəyəri 280000 (iki yüz səksən min) manat, İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatda xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 210000 (iki yüz on min) manat, likvid dəyəri 180000 (yüz səksən min) manat müəyyən edildiyindən, məhkəmə ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 95.688 (doxsan beş min altı yüz səksən səkkiz yeni manat) manat müəyyən edilməsini və ipoteka müqaviləsinin bağlandığı 27 yanvar 2011-ci il tarixdən ötən müddət ərzində əmlakın bazar dəyərinin dəyişməsini və müvafiq mütəxəsis rəylərini müqayisəli tədqiq edərək "xxxx" MMC tərəfindən verilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli Hesabatda xx.xx.2023-cü il tarixinə olan likvid dəyəri 180000 (yüz səksən min) mütəxəssis rəyi üzrə əmlakın likvid dəyərinin göstərilməsini məqsədəmüvafiq hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutuma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılmalı, əmlak boşaldılmaı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Eləcə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 416.6 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 30 manat xidməti haqqı olmaqla, ümumilikdə 456.6 manat məhkəmə xərcinin 30 manat məbləğindəki hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə qiymətləndiricinin xərci, cəmi 960 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutulub, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 74469 (yetmiş dörd min dörd yüz altmış doqquz) ABŞ Dolları 31 sent məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 416 manat 60 qəpik dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcu ödənilməli, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılmalı, əmlak boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 180 000 manat müəyyən edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək 960 manat məhkəmə xərci iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-232/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 74469 (yetmiş dörd min dörd yüz altmış doqquz) ABŞ Dolları 31 sent məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 416 manat 60 qəpik dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcu ödənilsin, Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Abşeron rayonu Masazır kəndi M.Araz küçəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 180 000 manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək 960 manat məhkəmə xərci İddiaçı QSC-nin xeyrinə tutulsun. ü Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-130/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-130/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver