Məhkəmə qərarları › İş №2(073)-921/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-921/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-921/2023 30.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı X6 İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X6 İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 hüquq varisləri Cavabdeh4 və Cavabdeh5 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh2 xx.xx.2009-cu ildə öldüyünə görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-921/2023 saylı qərardadı ilə Cavabdeh2 onun hüquq varisləri Cavabdeh4 və Cavabdeh5 ilə əvəz edilmişdir. İddiaçı X6 İddiaçı ASC iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 ilə bağlanmış 1/123 nömrəli, xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 X6 İddiaçı ASC qarşısında 45000 (qırx beş min) manat əsas borc, 5065.50 (beş min altmış beş manat əlli qəpik) manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz ilə hesablanmış 26462.50 (iyirmi altı min dörd yüz altmış iki manat əlli qəpik) manat olmaqla, cəmi 76528 (yetmiş altı min beş yüz iyirmi səkkiz) manat borcun, 30 manat dövlət rüsumunun tutulmasına, tutmanın Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 116.6 kv.m yaşayış, 94.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 məxsus Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.07078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.9 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsinə və həmin əmlakların açıq hərracda satılmasına, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsinə, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tutulmasına, ipoteka predmeti olan əmlakara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq X6 İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 7 faiz olmaqla 45000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixli, 46 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus olan Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 116.6 kv.m yaşayış , 94.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 məxsus Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.07078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.9 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, öhdəliklərini icra etməmiş və nəticədə kredit müqaviləsi üzrə 45000 manat əsas borc, 5065.50 manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faiz olmaqla 26462.50 manat, cəmi 76528 manat borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayarq cavabdeh borcunu ödəməkdən yayılnmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh2 vəfat etdiyindən onun hüquqi varisləri Cavabdeh4 və Cavabdeh5 cavabdeh qismində cəlb edilmişlər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, KP/BA/07-06-05 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 7 faiz olmaqla 45000 (qırx beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, KP/BA/07-06-03 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2006-cı il tarixli, KP/BA/07-06-05 kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 116.6 kv.m yaşayış, 94.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.07078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.9 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH0000716 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndində mülkiyyətində olan 0.63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 116.6 kv.m yaşayış, 94.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH0000723 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndində istifadəsində olan 0.07078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.9 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH N0000331 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək xx.xx.2006-cı il tarixli, KP/BA/07-06-05 kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətindəki Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək xx.xx.2006-cı il tarixli, KP/BA/07-06-05 kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, Bank tutmanın ipoteka predmetinə yönəldilməsinə başlanıldığına dair cavabdehlərə xəbərdarlıq etmişdir. İşdə olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli ərizədən görünür ki, İddiaçı ASC tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2009-cu ildə ölmüşdür. İşdə olan qəbzdən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan “X5” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, LBC-012/2023 saylı rəydən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində 0.63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 210.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 35 000 (otuz beş min) manat, Cavabdeh3 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində 0.7078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 119.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 42 000 (qırx iki min) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 7 faiz olmaqla 45000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixli, 46 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus olan Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 116.6 kv.m yaşayış , 94.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 məxsus Cəlilabad rayonu Uzuntəpə kəndində istifadədə olan 0.07078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.9 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, öhdəliklərini icra etməmiş və nəticədə kredit müqaviləsi üzrə 45000 manat əsas borc, 5065.50 manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faiz olmaqla 26462.50 manat, cəmi 76528 manat borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayarq cavabdeh borcunu ödəməkdən yayılnmışdır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh2 vəfat etdiyindən onun hüquqi varisləri Cavabdeh4 və Cavabdeh5 cavabdeh qismində cəlb edilmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MMnin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu ondan tutularaq LPO İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin müddəti bitikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tələbinə dair hissədə də əsaslıdır. Məhkəmə iddianın tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məlləsinin ipotekanın növlərindən bəhs edən 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildyi kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və daşınmaz əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iddianın kredit müqaviləsi üzrə yaranmış borcun əsas borclu Cavabdeh1 ilə yanaşı digər cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tutulması hissəsinə qiymət verərək, hesab edir ki, mərhum Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə tərəf olmadıqlarından, həmçinin İddiaçı ASC ilə həmin şəxslər arasında kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi zaminlik müqaviləsi bağlanmadığından kredit müqaviləsi üzrə yaranmış borc Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq LPO İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 45000 (qırx beş min) manat əsas borc, 5065.50 (beş min altmış beş manat əlli qəpik) manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26462.50 (iyirmi altı min dörd yüz altmış iki manat əlli qəpik) manat faiz borcu, cəmi 76 528 (yetmiş altı min beş yüz iyirmi səkkiz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq X6 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH0000716 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 0.63 ha torpaq sahəsinə və həmin torpaq sahəsində olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH0000723 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 0.07078 ha torpaq sahəsinə və həmin torpaq sahəsində olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın və satışdan əldə edilmiş vəsait Cavabdeh1 X6 İddiaçı MMC-yə olan kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc Cavabdeh1 ümumi qaydada tutulsun. İpoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti likvid dəyəri ilə 35 000 (otuz beş min) manat məbləğində, Cavabdeh3 mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti likvid dəyəri ilə 42 500 (qırx iki min beş yüz) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlaklar boşaldılaraq X6 İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İpoteka predmeti olan əmlkların qiymətləndirilməsinə görə ödənilməli olan cəmi 600 (altı yüz) manat xidmət haqqı Cavabdeh1 tutularaq «X5» MMC-yə (Benefisiarın VÖEN-i **********, hesab nömrəsi AZ77PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHAAZ22, bank kodu 505141, valyuta AZN, bankın VÖEN-i **********, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar