Məhkəmə qərarları › İş №2(012)-1335/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1335/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1335/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə iddia tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları- 06.08.2012-ci il təvəllüdlü X3 və 10.10.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarının müəyyən edilərək həmin mənzilə köçürülmələri və oradan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh1 19.04.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 06.08.2012-ci il təvəllüdlü X3 və 10.10.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)- 936/2020 saylı, 06.03.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikahın ləğv olunması, azyaşlı uşaqların ananın yanında qalması müəyyən edilmiş və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 300 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı hazırda övladları ilə birlikdə atasıgilin yanında- ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. Həmin mənzil ailə tərkibinə uyğun deyil və bu onlara bir sıra çətinliklər yaşadır. İddiaçının qayınatası- Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil isə kifayət qədər geniş mənzildir və mənzilin təmirinə iddiaçı da kifayət qədər vəsait xərcləmişdir. Bu səbəbdən də iddiaçının övladları- 06.08.2012-ci il təvəllüdlü X3 və 10.10.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarının müəyyən edilərək həmin mənzilə köçürülmələri və oradan istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və uşaqlarının yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanındakı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin onun mənzil qeydiyyatından çıxarılması üçün əsas olmasını qətnamədə qeyd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 19.04.2011-ci il tarixdə rəsmi nikaha giriblər, lakin ünvan 1 ünvanındakı mənzil isə nikahdan əvvəl, yəni 14.04.2011-ci il tarixdə etibarnamə əsasında alınıb. İddiaçının hazırda yaşadığı və qeyd etdiyi ünvan 2 ünvanında yerləşən mənzil isə kifayət qədər genişdir və həyətdə ayrıca hər şəraiti olan bir otaqlı mənzil də vardır. İddiaçı ünvan 1 ünvanındakı mənzildən 2019-cu ilin 15 oktyabrından çıxmış və bir daha geri qayıtmamışdır. Bu qədər müddət keçdiyi üçün onun həmin mənzildən istifadə hüququ çoxdan itmişdir. Mənzil onun öz iddia ərizəsində qeyd etdiyindən fərqli olaraq Cavabdeh2 yox, onun yoldaşı Rəna xanıma məxsusdur və etibarnamə ilə alınıb. Əlavə olaraq iddiaçının boşandıqdan sonra cavabdehlərin yaşadığı mənzilə köçürülməsi məqsədəmüvafiq deyil. Belə ki, həmin mənzildə hazırda Cavabdeh1 faktiki nikaha daxil olduğu yoldaşı və bir övladı, atası və anası ilə birlikdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia tələbini qəbul etmədiklərini bildirib, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçıların, ilkin iddia üzrə cavabdehlərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilən 31038 №-li Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq Y/M küçəsində 1-ci keçid, 2-ci döngə, 55 saylı yaşayış sahəsi- 26,5 m2, köməkçi sahəsi 16,7 m2, iki otaqdan ibarət yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1-ci D.N.K-nın 04 oktyabr 2005-ci il tarixli, 40/2085 saylı a/s müqaviləsi əsasında qeydə alınmışdır. Mülki işin materiallarında olan 14 aprel 2011-ci il tarixli etibarnamədən müəyyən edilir ki, X1 X12 həmin etibarnamə ilə Azərbaycan Respublikası Abşeron rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilimş 31038 №-li Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq Y/M küçəsində 1-ci keçid, 2-ci döngə, 55 saylı yaşayış sahəsi- 26,5 m2, köməkçi sahəsi 16,7 m2, iki otaqdan ibarət yaşayış evi üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, özəlləşdirməyi, çıxarış və 1 saylı arayış aldıqdan sonra satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, buna dair müqavilələr bağlamağı, imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq digər hərəkətlər etməyi etibar edir. Həmin etibarnamə 50 il müddətinə verilir və 14 aprel 2061-ci ilədək qüvvədədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçının cavabdehlə nikahı pozulduqdan sonra övladları ilə birgə atasıgildə qaldığını, iş üzrə digər cavabdeh olan qayınatasının adına olan ünvan 1 ünvanında yerləşən mənzili öz şəxsi vəsaiti hesabına təmir etdirdiyini, həmin evə istifadə hüquqlarının müəyyən edilərək övladları ilə birgə oraya köçürülmələrini və oradan istifadə qaydalarının müəyyən edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar isə həmin mənzilin nikahdan öncə etibarnamə əsasında alındığını, habelə mənzilin Rəna xanımın adına olduğunu qeyd edərək, cavabdehin həmin mənzildən 2019-cu ilin 15 oktyabrdan çıxıb getdiyini, bunun üçün də onun həmin mənzilə istifadə hüququnu itirdiyini, onların həmin mənzildə birgə yaşamasının qeyri-mümkün olduğu üçün ilkin iddianın təmin edilməməsini, cavabdehin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edirlər. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən ev X8 adlı şəxsin mülkiyyətindədir. Həmin ev barəsində mülkiyyətçi tərəfindən iş üzrə Cavabdeh2 adına 2011-ci il tarixdə ümumi etibarnamə verilmişdir. Etibarnamə verilən vaxtdan cavabdehlər ailə üzvləri ilə birlikdə köçüb orada yaşayırlar.Cavabdehlərin izahatına görə Firuz Bağırov həmin evi almışdır, lakin bu vaxta qəədər həmin ev üzərində hüquqlarını rəsmiləşdirməmişdir. İlkin iddiaçı isə cavabdeh Ağacavad Bağırovla ailə qurduqları 19.04.2011-ci il tarixdən 2019-cu ilin oktyabrınadək orada yaşamışlar, ailə münasibətlərinin pozulması zəminində ilkin iddiaçı mübahisəli evi tərk etmişdir, indi isə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, bir tərəfdən iddia tələbi bu iddiaya cavabverməli olan şəxsə qarşı verilməmişdir. Belə ki, mübahisəli evin mülkiyytçisi cavabdehlər yox, X8 adlı səxdir.Həmin şəxs isə iddia tələbi üzrə cavabdeh kimi qoyulmamışdır.Yəni iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Bundan başqa, iş materiallarınadn göründüyü kimi mübahisəli ev xüsusi mülkiyyətdə olan evdir, mülkiyyətçi isə cavabdeh-qarşılıqlı iddiaçı Firuz Bağırovaiddiaçının keçmiş qaynatasına evlə bağlı ümumi səlahiyyətlərini vermişdir.Firuz Bağırov isə ilkin iddia tələbini qəbul etmir.Qeyd edilən etibarnamə ilə ona belə bir səlahiyyət verilməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçılar da hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyillər. Belə ki, mülkiyyətçi tərəfindən qarşılıqlı iddiaçıya verilmiş səlahiyyətin dairəsi yuxarıda qeyd edilmiş məzmunda olmaqla yalnız evin özgəninkiləşdirilməsi və bununla bağlı məslələri əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi mübahisəli ev xüsusi mülkiyyətdə olan ev olduğundan həmin evdən istifadə hüququ qanunla müəyyən edilmiş qaydada mülkiyyətçi ilə bağlanan saziş əsasında müəyyən edildiyindən ilkin iddia tələbi əsassız olmaqla təmin edilə bilməz.Cavabdeh –qarşılıqlı iddiaçıların isə hazırkı halda ilkin iddiaçılara qarşı qeyd edilən iddianı qaldırmaqda subyektiv hüquqları olmadığından qarşılıqlı iddia əsassız olmaqla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə barədə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar