Məhkəmə qərarları › İş №2(012)-302/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-302/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-302/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «Abşeron-A 1» Mənzil Tikinti Kooperativinın vəkili-nümayəndəsi Vəkil2 Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı «Abşeron-A 1» Mənzil Tikinti Kooperativinə qarşı «yaşayış sahəsinin təhvil verilməsi, həmin mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması» tələbinə dair ilkin iddia və «Abşeron-A 1» Mənzil Tikinti Kooperativinın İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Abşeron A 1» Mənzil Tikinti Kooperativi ilə onun arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61,5 kv.m olan, 1 otaqlı 28 nömrəli mənzilin ona təhvil verilməsi və həmin mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Abşeron-A 1» Mənzil Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü blokun, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61,5 kv.m olan, 1 otaqlı 28 nömrəli mənzilin ona təhvil verilməsi və həmin mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması barədə iddiasının rədd edilməsi və xx xxxx 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda tərəflər- İddiaçı və «Abşeron-A 1» Mənzil Tikinti Kooperativi xx xxxx 2021-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı və «Abşeron-A 1» Mənzil Tikinti Kooperativi aşağıdakı şərtlərlə razılaşırlar. Tərəflər razılaşırlar ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx xxxx 2017-ci il tarixli koperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.5 kv.m olan, 1 otaqlı 28 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzildən istifadə ediləsinə dair maneələrin aradan qaldırılması iddia tələbindən imtina edir. Tərəflər razılaşırlar ki, cavabdeh olan “xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.5 k.m olan. 1 otaqlı 28 nömrəli mənzilin əvəzinə gələcəkdə MTK tərəfindən tikiləcək 6-cı blokun 7-ci mərtəbəsində yerləşən 80 kv.m mənzili iddiaçıya ilkin ödəniş 18.000 ( on səkkiz min) manat ödəniş olmaqla 40 ay müddətinə kreditlə verməyi öz öhdəsinə götürür. Həmin mənzilin iddiaçıya verilməsinə dair müqavilə barışıq sazişi qanuni qüvvəyə mindikdən sonra imzalanacaqdır. Tərəflər razılaşırlar ki, cavabdeh hal-hazırda Abşeron rayonu. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.5 k.m olan, 1 otaqlı 28 nömrəli mənzili 18.000 manat məbləğində qiymətləndirir. Həmin 18.000 (on səkkiz min) manatı tərəflər arasında gələcəkdə tikiləcək 6-cı blokun 7-ci mərtəbəsində yerləşən 80 kv.m mənzilin ilkin ödənişi kimi qəbul edir. Tərəflər razılaşırlar ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa ediləcək 6-cı blokda iddiaçıya verilməli olan mənzilin 1 kv.m -nin dəyəri 700 manat olacaqdır. Tərəflər razılaşırlar ki, iddiaçı gələcəkdə mənzili öz adma rəsmiləşdirməkdən imtina edərsə, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək ərizəsində göstərdiyi və qeyd etdiyi 6-cı bənddə göstərilən şərtləri qəbul edən şəxsin adma rəsmiləşdiriləcəkdir. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Tərəflər təsdiq edirlər ki, X1 özləri tərəfindən imzalanır. X1 imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər hər vərəqəsini imzaladıqda qüvvəyə minir. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir. Nüsxələrin biri “İddiaçı”da, ikincisi isə “Cavabdeh”də saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunur. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «Abşeron-A 1» Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı «Abşeron-A 1» Mənzil Tikinti Kooperativinə qarşı «yaşayış sahəsinin təhvil verilməsi, həmin mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması» tələbinə dair ilkin iddia və «Abşeron-A 1» Mənzil Tikinti Kooperativinın İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış xx xxxx 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Tərəflər razılaşırlar ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx xxxx 2017-ci il tarixli koperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.5 kv.m olan, 1 otaqlı 28 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzildən istifadə ediləsinə dair maneələrin aradan qaldırılması iddia tələbindən imtina edir. Tərəflər razılaşırlar ki, cavabdeh olan “xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.5 k.m olan. 1 otaqlı 28 nömrəli mənzilin əvəzinə gələcəkdə MTK tərəfindən tikiləcək 6-cı blokun 7-ci mərtəbəsində yerləşən 80 kv.m mənzili iddiaçıya ilkin ödəniş 18.000 ( on səkkiz min) manat ödəniş olmaqla 40 ay müddətinə kreditlə verməyi öz öhdəsinə götürür. Həmin mənzilin iddiaçıya verilməsinə dair müqavilə barışıq sazişi qanuni qüvvəyə mindikdən sonra imzalanacaqdır. Tərəflər razılaşırlar ki, cavabdeh hal-hazırda Abşeron rayonu. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilmiş yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.5 k.m olan, 1 otaqlı 28 nömrəli mənzili 18.000 manat məbləğində qiymətləndirir. Həmin 18.000 (on səkkiz min) manatı tərəflər arasında gələcəkdə tikiləcək 6-cı blokun 7-ci mərtəbəsində yerləşən 80 kv.m mənzilin ilkin ödənişi kimi qəbul edir. Tərəflər razılaşırlar ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa ediləcək 6-cı blokda iddiaçıya verilməli olan mənzilin 1 kv.m -nin dəyəri 700 manat olacaqdır. Tərəflər razılaşırlar ki, iddiaçı gələcəkdə mənzili öz adma rəsmiləşdirməkdən imtina edərsə, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək ərizəsində göstərdiyi və qeyd etdiyi 6-cı bənddə göstərilən şərtləri qəbul edən şəxsin adma rəsmiləşdiriləcəkdir. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Tərəflər təsdiq edirlər ki, X1 özləri tərəfindən imzalanır. X1 imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər hər vərəqəsini imzaladıqda qüvvəyə minir. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir. Nüsxələrin biri “İddiaçı”da, ikincisi isə “Cavabdeh”də saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunur. İddiaçı «Abşeron-A 1» Mənzil Tikinti Kooperativinə qarşı «yaşayış sahəsinin təhvil verilməsi, həmin mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması» tələbinə dair ilkin iddia və «Abşeron-A 1» Mənzil Tikinti Kooperativinın İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası ilə əlaqədar 2(012)-302/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar