Məhkəmə qərarları › İş №2(012)-1347/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1347/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1347/2024 21.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 üçün aliment barədə tərəflər arasında mediasiya nəticəsində barışıq sazişi bağlandığından İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Bakı 13 saylı Mediasiya Təşkilatında tərəflərin bağladığı xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01095 saylı barışıq sazişinin 3-cü bəndindən görünür ki, birgə nikahdan anadan olan xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat aliment məbləğini, xx.xx.2023-cü il tarixindən başlayaraq, Cavabdeh könüllü olaraq İddiaçı aid kart hesabına, bank hesabına ödəyir, icra etməsini öz öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, azyaşlı uşağın saxlanılması üçün tərəflər arasında aliment barədə saziş imzalandığından hazırki aliment tələbinə məhkəmədə baxılmalı deyil. Bununla belə, məhkəmə İddiaçı izah edir ki, Cavabdeh qeyd edilən sazişə əməl etmədiyi təqdirdə onun məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizə vermək hüququ mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar