Məhkəmə qərarları › İş №2(012)-1455/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1455/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1455/2021 09.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X3, Cavabdehin vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun və ona vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, nümayəndəyə etibarnamə verilməsinə görə 11 manat dövlət rüsumunun, şəxsiyyət vəsiqəsinin surətinin notariusda təsdiq edilməsinə görə 5 manat dövlət rüsumunun, ümumilikdə 2046 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X8 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh iddiaçının bacısı Könül Ələsgərovanın keçmiş həyat yoldaşıdır. Cavabdeh iddiaçının bacısı Könül Ələsgərova ilə birlikdə yaşadığı dövrdə kiçik ticarətlə məşğul olmaq məqsədilə cavabdeh iddiaçıdan qaytarmaq şərti ilə 1000 manat pul almışdır. Lakin bir neçə müddət keçməsinə baxmayaraq cavabdeh ticarət qura bilməmiş, nə də aldığı 1000 manat pulu ona geri qaytarmamışdır. Keçən müddət ərzində iddiaçı dəfələrlə cavabdehdən pulu qaytarmasını xahiş və tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək iddiaçının 1000 manat pulunu qaytarmaqdan yayınmışdır. Həmçinin iddiaçıdan əvvəl Hafis iddiaçının bacısı Könüldən də 2000 manat pul almış, sonradan 1000 manatını qaytarsa da, qalan 1000 manatı hissəhissə qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Könül də məcbur olub polis orqanlarına müraciət etmişdir. Könülün müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı nəticəsinə ümid etmədiyi üçün Hafisin bafəsində polisə şikayət etməmişdir. Lakin Könülün verdiyi həmin şikayət araşdırılarkən izahatı alınmış Cavabdeh, iddiaçı ilə kiçik ticarətlə məşğul olmaq məqsədi ilə qarşılıqlı razılıq əsasında iddiaçıdan 1000 manat pul almağını etiraf etmiş və guya ticarət uğurlu olmadığı üçün həmin pulun 500 manatını geri qaytardığını bildirsə də, bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilən bu xüsusatlar Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı Əfqan Əiyevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 mart 2019-ci il tarixli qərarında öz əksini tapmışdır. Cavabdeh həmçinin iddiaçıya mənəvi zərər də vurmuşdur. Çünki bu neçə il ərzində dəfələrlə iddiaçını aldatmış, hər dəfə qaytaracağına söz vermiş, vədinə əməl etməmiş, bu isə iddiaçının əsassız olaraq əsəb və stres keçirməyiylə nəticələnmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh kiçik ticarətlə məğul olmaq məqsədilə İddiaçı 1000 manat məbləğində pul almışdır. Daha sonra ticarət uğurlu olmadığından cavabdeh 500 manat pulu iddiaçıy qaytarmışdır. Odur ki, cavabdehin 500 manat borcu vardır və işin uzadılmasını istəmir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 ifadəsində bildirdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh isə onun keçmiş həyat yoldaşıdır. Cavabdeh qardaşı İddiaçı 1000 manat məbləğində borca pul almış,lakin həmin pulu qaytarmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanaraq 15.02.2019-cu il tarixində əlyazı şəklində tərtib edilmiş izahatdan və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 04 mart 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh izahatından görünür ki, o, Könül Ələsgərova ilə birlikdə yaşadığı dövrdə kiçik ticarətlə məşğul olmaq məqsədilə İddiaçı qaytarmaq şərti ilə 1000 manat pul almışdır. Lakin ticarət uğurlu olmadığından 500 manat pulu İddiaçı qaytarmışdır. Məhkəmə tərəfləri, şahidi dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən faktiki hallarından müəyyən edilir ki, həqiqətən də Cavabdeh 1000 manat məbləğində pulu İddiaçı almışdır.Belə ki, həmin hal digər sübutlarla yanaşı, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatı ilə də tam təstiq olunmuşdur. Lakin, cavabdeh tərəf həmin 1000 manatdan 500 manat qaytarıldığını iddia etsədə, bununla bağlı izahatdan başqa məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə həmin izahata tənqidi yanaşmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 1000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə İddiaçı iddia tələbində əsas borcdan əlavə vurulmuş mənəvi ziyana görə 1000 manat pulun alınaraq ona verilməsi tələbini irəli sürmüş, lakin bununla bağlı əsaslı sübutlar təqdim edilmədiyindən məhkəmə AR MPM-nin 77.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat, nümayəndəyə etibarnamə verilməsinə görə 11 manat dövlət rüsumu və şəxsiyyət vəsiqəsinin surətinin notariusda təsdiq edilməsinə görə 5 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu, nümayəndəyə etibarnamə verilməsinə görə 11 manat dövlət rüsumu və şəxsiyyət vəsiqəsinin surətinin notariusda təsdiq edilməsinə görə 5 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov İş № 2(012)-2735/2019 İşə qiyabi icraat qaydasında baxılmasına dair Q Ə R A R D A D Abşeron Rayon Məhkəməsi Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 avqust 2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ona borclu olduğu 18000 ABŞ dolları pulun ödəndiyi gün manatla ekvivalentinin və dövlət rüsumu qismində ödədiyi pulun əvəzi olaraq 30 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X9 qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün sayır. Belə ki, Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə görə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.5-ci maddəsinin tələbinə görə, işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238.1 və 238.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılsın. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar