Məhkəmə qərarları › İş №2(012)-1489/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1489/2021

08.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1489/2021 08.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Tağıyev Namiq Musa oğlunun katibliyi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şahini MirMahdi MirHossein oğlunun, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Şahini MirMahdi MirHossein oğlunun Cavabdeh qarşı xx.xx.2020-ci il çıxarışa əsasən Abşeron rayon Novxanı bağlar ərazisi, 528 nömrəli bağın boşaldılaraq təhvil verilməsinə dair ilkin, Cavabdeh Şahini MirMahdi MirHossein oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şahini MirMahdi MirHossein oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı Şahini MirMahdi MirHossein oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın evini əldə etdikdən sonra həmin bağ evinə edilmiş yaxşılaşdırmanın əvəzi kimi 13.983 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, həmçinin Cavabdeh vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 20.000 manat məbləğində pul olmaqla, ümumilikdə 34.013 manat məbləğində pulun Şahini MirMahdi MirHossein oğlundan tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şahini MirMahdi MirHossein oğlu məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, hüquqlarının pozulması nəticəsində ona dəymiş 6116,93 manat məbləğində zərərin Cavabdeh alınaraq ona ödənilməsi, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın və evin boşaldılaraq iddiaçı Şahini MirMahdi MirHossein oğluna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində “X5 Mərkəzi” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmış, məhkəmənin xx xxxxxxx 2018-ci tarixli, 2(009)-1952/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən icra vərəqəsi icra edilərək, ona Abşeron rayon Novxanı bağlar ərazisində 528 nömrəli bağ sahəsində yerləşən 97.1 kv.metr ümumi sahəsi olan ev mülkiyyətinə və 0.01215 ha torpaq sahəsinə isə istifadə hüququ verilmişdir. Hal-hazırda cavabdeh sözügedən bağ evini qeyri-qanuni olaraq istifadə edir və onun mülkiyyət hüququnu pozur. İlk iddia ərizəsinin tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh qarşılıqlı iddia ərizəsində etiraf etmişdir ki, 40000 manat pul məbləğini X6 ödəmiş, 0,05 ha torpaq sahəsinin və fərdi yaşayış evinin mübahisəli olduğunu bilmişdir. Belə ki, cavabdeh sözügedən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın və evin mübahisəli olduğunu bilmişdir. Hətta o, İran İslam Respublikasında olan vaxt cavabdehlə əlaqə saxlamış və ona bildirmişdir ki, X1 saxtakarlıq edərək, onu aldatmışdır. Dürdanə öz payını və torpaq sahəsini ona satmışdır. Cavabdeh bildirmişdir ki, Dürdanə onu aldatmaz, çünki onlar qohumdurlar. Səbail Rayon Məhkəməsinin qətnaməsində bu tam aydın şəkildə göstərilmişdir. Hesab edir ki, cavabdeh pul tələbini X3 tələb etməlidir. Cavabdeh Dürdanə Abdulova ilə birlikdə ona xeyli zərər vurmuşlar. Belə ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün bu günə qədər yeddi məhkəmə çəkişməsi olmuş və o, hüquqi xidmət üçün 5000 manat, təkrar çıxarış almaq üçün 160 manat məbləğində, ona məxsus su və elektrik sayğacından istifadə edərək ödənişlər etməmiş 956,93 manat zərər vurmuşdur. Ümumilikdə cavabdeh ona 6116,93 manat zərər vurmuşdur. Hesab edir ki, cavabdeh onun mülkiyyət hüququnu pozmaqla bərabər ona xeyli zərər vurmuşdur. Qanuna görə şəxsin ona dəymiş zərəri tələb etmək hüququ vardır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 əri tərəfindən ona ödənilməli olan aliment öhdəliyi ilə əlaqədar borclu Şahini MirMahdi MirHossein oğlunun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən bağ evinin açıq hərrac vasitəsi ilə satılmaqla tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Bundan sonra Abşeron rayon icra şöbəsinin xx/xx-4712/15-1 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubu əsasında xx xxxxxxx 2015-ci il tarixdə “X10 Mərkəzi” MMC tərəfindən Şahini MirMahdi MirHossein oğlunun və X7 paylı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən bağ evinin satılması üzrə hərrac keçirilmişdir. Sözügedən hərracın qalibi Cavabdeh olmuş və sonuncu tərəfindən bağ evinin alınması üçün 20.000 manat məbləğində pul ödənilmişdir. Həmçinin bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə görə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 əlavə olaraq 20.000 manat məbləğində pul ödəmişdir. Bundan sonra Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən sahəsi 97,1 kv.metr bağ evi, eləcə də bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüququ DƏDRX-də xx.xx.2015-ci il tarixdə qeydiyyata alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarış verilmişdir. Bir neçə il keçdikdən sonra cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məlum olmuşdur ki, qeyd edilən mənzillə bağlı məhkəmə mübahisəsi vardır. Belə ki, D.Abulovanın keçmiş əri Şahini MirMahdi MirHossein oğlu məhkəməyə müraciət edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi xahiş etmiş, Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 528 saylı bağ evinin satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixli, № Y-315 Protokolun etibarsız hesab edilməsi, Cavabdeh Şahədət oğlunun adına verilmiş Azərbaycan Respublikası DƏDRX-nin seriya RX №0777367 saylı, 21 11.2015-ci il tarixli “Çıxarış”ın və buna dair aparılan reyestr qeydinin ləğv edilməsi və iş üzrə tərəflərin hər birinin əqd üzrə aldıqlarının digər tərəfə qaytarılması qət edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Mübahisəli bağ evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsinə baxmayaraq, bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Belə ki, qeyd olunan torpaq sahəsinə görə əlavə 20.000 manat məbləğində pul ödəmişdir. Qeyd olunanlara əsasən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şahini MirMahdi MirHossein oğlunun cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmçinin Cavabdeh xx.xx.2015-ci il tarixdə mübahisəli bağ evinə mülkiyyət hüququ əldə etdiyi vaxtdan hal-hazıradək mübahisəli mənzil onun mülkiyyətində olmaqla istifadə və sərəncamındadır. Mənzil cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən alınarkən həmin mənzilin üzərində hər hansı bir yüklülük və ya məhkəmə mübahisəsi olmamışdır. Bu səbəbdən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin mənzili vicdanlı alıcı kimi əldə etmişdir. Göründüyü kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qanuni əsaslarla əldə etdiyi mülkiyyətindən məhrum edilmişdir. Bununla da cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən sahəsi 97,1 kv.metr bağ evini əldə etdikdən sonra cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin bağ evində bir sıra təmir-tikinti, eləcə də yaxşılaşdırma işləri aparmışdır. Mübahisəli bağ evində təmir-tikinti işlərinin aparılması üçün tikinti materiallarından istifadə edilmiş, müəyyən işlər görülmüş və xərclər çəkilmişdir. Belə ki, kubik, qum (kamaz), sement, oblisovka (üzləmə) daşı, üzüm çardağı (truba, armatur, usta), bindel, qrunt, emulsiya və (fasad içəri), lambir. Habelə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən sahəsi 97,1 kv.metr bağ evini əldə etdikdən sonra cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin bağ evində aşağıdakı təmir-tikinti və yaxşılaşdırma işləri aparmışdır. Peyin, ağac-gül, bağçanın təmizlənib bellənməsi, mühafizə, lak-boya, su motoru, santexnik-elektrik, kley, pəncərəyə şüşə salınması, işıq sayğacı, maşın (material gətirən), fəhlə, həyətdə yay mətbəxi, mətbəx mebeli, zamok, qapının arxasına üz, tutu kəsmək, usta, hasarın 2 kubik qaldırılması, həyətdə gülün yanlarını hörmək, şkatur, boya, hasarın hörgüsü, hasarın şkatur-binder emulsiyası, evin içində köhnə emulsiyasının sökülməsi, binder vurulması, şpaklovka, sonra isə emulsiya divar və padarokpol və pəncərəni şkurkadan sonra laklamaq, evin fasadına emulsiya vurulması, naves və çöldəki otağın hazırlanıb emulsiya vurulmuşdur. Məhkəmə baxışında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, cavabdehin qarşılıqlı iddiası tam əsassızdır və düzgün tərtib edilməmişdir. Belə ki, cavabdeh sözügedən Abşeron rayonu, Novxanı bağlar ərazisində yerləşən 0,05 ha torpaq sahəsində yerləşən bağı və fərdi yaşayış evini hərracda müqavilə bağlayıb alan vaxt Abşeron rayonu, Novxanı bağlar ərazisi 528 nömrəli bağın və evin məhkəmə mübahisəsi olmasını bilmişdir. Bu halda cavabdehin vicdanlı alıcı olması tam absurddur. Digər tərəfdən onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmamış, Səbail Rayon Məhkəməsində hazırki iş üzrə cavabdeh olan Cavabdeh üçüncü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Cavabdeh Səbail Rayon Məhkəməsində 2(009)-1952/2018 saylı mülki iş üzrə müstəqil tələb irəli sürmək hüququna malik idi və dəymiş zərəri tələb edə bilərdi. Cavabdeh qarşılıqlı iddia tələbinin xahiş etdi hissəsində onun iddiasının rədd edilməsini xahiş edir. Lakin eyni zamanda dolayısı ilə onun iddia tələbini qəbul edərək yaxşılaşdırmanın əvəzi kimi 13983 manat, mənəvi zərərə görə isə 20000 manatın ondan tutulmasını tələb edir. Cavabdeh özü-özlüyündə onun iddia tələbini etiraf edir. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə uyğun məzmunda izahat verdi. İlkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi, ilkin iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, usta işləyir. 2015-ci ilin təqribən may ayında Cavabdeh evinin təmir olunması barədə ona müraciət etmişdir. Onlar razılaşmış, o, gedib evə baxmış və evin vəziyyətinin bərbad olduğunun şahidi olmuşdur. Onlar təmir üçün işə başlamış, evdə otaqları təmir etmiş, emulsiya işləri görmüş, evin döşəməsini laklamış, santexnik, elekterik, suvaq işləri görmüş, aqlay daşı vurmuş və hörgü işləri etmişlər. Evin həyətində təmizlik işləri etmişlər. Onlar bir neçə usta olmuşlar. İşlərin görülməsi üçün Rəhim adlı şəxslə razılaşmış və zəhmət haqqını onlara həmin şəxs vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, bağ evində təmir işlərinə başlayarkən evin vəziyyəti bərbad halda olmuşdur. Onlar işə başlamlış, otaqları təmir etmiş, emulsiya işləri görmüş, evin döşəməsini laklamış, santexnik, elekterik, suvaq işləri görmüş, aqlay daşı vurmuş və hörgü işləri görmüşlər. Evin həyətində təmizlik işləri görərək, ağac və güllər əkmişlər. Evdə təmir zamanı mebel və çardaq görməmişlər. Elektrik işini isə başqa ustalar etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağ sahəsi Cavabdeh adına xx.xx.2015-ci il tarixdə **********49-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 iddiası təmin edilərək, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 528 saylı bağ evinin satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixli, Y-315 protokol etibarsız hesab edilməsi, Cavabdeh Şahədət oğlunun adına verilmiş Azərbaycan Respublikası DƏDRX-nin seriyalı RX ******* saylı, xx xxxxxx 2015-ci il tarixli çıxarış və buna dair aparılan reyestr qeydinin ləğv edilməsi, iş üzrə tərəflərin hər bir əqdi üzrə aldıqlarını digər tərəfə qaytarmasının təmin edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-574/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxslər Dürdanə Abdulova, “xxxx” ASC və Cavabdeh apelyasiya şikayətləri rədd edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4074/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından görünür ki, “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-574/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağ sahəsi Shahini Mirmahdinin adına xx.xx.2020-ci il tarixdə **********11-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bağ evinin yerləşdiyi 0,01215 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, istifadədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Mirmahdi Şahiniyə verilmiş xx xxxx 2020-ci il tarixli, **********95 saylı məktubdan görünür ki, Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağ sahəsində yerləşən ona məxsus bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi onun istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 164.1, 164.2 və 165.1-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Hazırki iş materiallarında ona sənədlərdən və qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, X12 mübahisəli Novxanı bağlar ərazisindəki olan 528 saylı bağ sahəsində inşa edilmiş üç otaqlı fərdi yaşayış evinin öz payına düşən hissəsini xx xxxx 2007-ci ildə Şahini Mir X9, həmin payına münasibətdə X4 qeyd edilən evə 2015-ci il tarixə hər hansı hüququ qalmamış və xx xxxx 2007-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmişləşdirilməklə daşınmaz əmlak Şahini MirMahdi MirHossein oğlunun tam mülkiyyətinə verilmişdir. Lakin sözügedən əmlaka dair axırıncının xx xxxx 2007-ci il tarixdən başlayaraq yaranmış hüquqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Şahini MirMahdi MirHossein oğlu 5 il müddətində Azərbaycan Resppublikasının hüdudlarından kənarda olduğu zaman, yəni deportasiya dövründə xx.xx.2015-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-8162015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli qərardadı əsas götürülməklə Abşeron rayon İcra şöbəsinin tapşırığı əsasında “X5 Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş, bağ evi X4 və Şahini MirMahdi MirHossein oğlunun paylı mülkiyyəti kimi təqdim edilmişdir. Halbuki hərrac keçirilən dövrdə X4 qeyd edilən evə hər hansı hüququ qalmamış və daşınmaz əmlak Şahini MirMahdi MirHossein oğlunun tam mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının ərazisinə qayıtmaq üçün qoyulmuş məhdudiyyət müddəti qurtardıqdan sonra Şahini MirMahdi MirHossein oğlu Azərbaycan Respublikasına qayıda bilmiş və pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəmələrə müraciət etmişdir. Həmin vaxt artıq mübahisə predmeti olan bağ evi hərracın nəticələri haqqında Y-315 saylı, xx xxxxxxx 2015-ci il gtarixli protokol əsasında hərracın nəticələri üzrə qalib olan Cavabdeh satılmış və sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüququ xx xxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X8 iddiası təmin edilərək, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 528 saylı bağ evinin satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixli, Y-315 protokol etibarsız hesab edilməsi, Cavabdeh Şahədət oğlunun adına verilmiş Azərbaycan Respublikası DƏDRX-nin seriyalı RX ******* saylı, xx xxxxxx 2015-ci il tarixli çıxarış və buna dair aparılan reyestr qeydinin ləğv edilməsi, iş üzrə tərəflərin hər bir əqdi üzrə aldıqlarını digər tərəfə qaytarması təmin edilmişdir. Həmin qətnamə icra olunaraq Abşeron rayonu, Novxanı bağlar ərazisində yerləşən 528 saylı bağ sahəsi xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Şahini MirMahdi MirHossein oğlunun adına qeydiyyata alınmışdır. Bununla belə həmin əmlak bu günədək cavabdeh tərəfindən mülkiyyətçi Şahini MirMahdi MirHossein oğlunun istifadə və sahibliyinə geri qaytarılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Şahini MirMahdi MirHossein oğlu mülkiyyətində olan Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın və evin boşaldılaraq ona təhvil verilməsi tələbində tamamilə haqlıdır. Hazırki halda cavabdehin hər hansı hüququ olmadığı halda iddiaçının mülkiyyətində olan bağdan və evdən onun iradəsinə zidd olaraq, razılığı olmadığı halda istifadə etməsi və həmin əmlaka sahiblik etməsi qanunsuzdur. Buna görə də iddiaçı Şahini MirMahdi MirHossein oğlunun pozulmuş hüququ bərpa olunmalı, cavabdeh tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağ və ev boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Lakin məhkəmə ilk iddia tələbini hüquqlarının pozulması nəticəsində iddiaçı Şahini MirMahdi MirHossein oğluna dəymiş 6116,93 manat məbləğində zərərin Cavabdeh alınaraq ona ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı ilkin iddia tələbi üzrə ona 6116,93 manat məbləğində zərərin vurulmasını pozulmuş hüquqlarının bərpa edilməsi üçün bu günə qədər yeddi məhkəmə çəkişməsi olması və onun hüquqi xidmət üçün 5000 manat, təkrar çıxarış almaq üçün 160 manat məbləğində, ona məxsus su və elektrik sayğacından istifadə edərək ödənişlər edilməməsi nəticəsində 956,93 manat zərər vurulması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçın hazırki mübahisə üzrə deyil, ümumiyyətlə bu günədək hüquqi xidmət üçün çəkdiyi xərclərin əvəzi olaraq tələb etdiyi 5000 manat məbləğin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı digər mübahisələrə baxılması ilə bağlı məhkəmə çəkişmələri üzrə hüquqi xidmət üçün bu günədək çəkdiyi xərclərin hazırki iş üzrə ödənilməsi tələbində haqlı deyildir. O, digər mübahisələrə baxılan zaman məhkəmədən konkret olaraq ona göstərilmiş hüquqi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb ona ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Hazırki mübahisə üzrə isə iddiaçı tərəfindən hüquqi xidmət üçün xərc çəkilməsini və bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iş üzrə cavabdehdən məhkəmə xərci olaraq tələb etdiyi 5000 manat məbləğin ödənilməsi tələbi əsassızdır. Məhkəmə həmçinin ilk iddia tələbini iddiaçının təkrar çıxarış almaq üçün ödədiyi 160 manat məbləğində, ona məxsus su və elektrik sayğacından istifadə edərək ödənişlər edilməməsi nəticəsində 956,93 manat zərər vurulması ilə bağlı hissəsində də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı təkrar çıxarış almaq üçün 160 manat məbləğində dövlət rüsumu ödədiyini bildirsə də, lakin iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında müəyyən edildi ki, xx xxxx 2007-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmişləşdirilməklə daşınmaz əmlak Şahini MirMahdi MirHossein oğlunun tam mülkiyyətinə verilsə də, lakin sonuncu mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata adırmamışdır. Daha sonra Azərbaycan Respublikası ərazisindən deportasiya olunmuşdur. İddiaçı daşınmaz əmlak üzərində tam mülkiyyət hüququnu ilk dəfə xx.xx.2020-ci il tarixdə qeydiyyata aldırmışdır. Bu hal onun tərəfindən mülkiyyətin qeydiyyata alınması üçün təkrar dövlət rüsumu ödənilməsini istisna edir. Buna görə də həmin məbləğin təkrar ödənilməsi əsası ilə cavabdeh tərəfindən geri qaytarılması tələbində haqlı deyildir. İddiaçı həmçinin ona məxsus su və elektrik sayğacından istifadə edərək ödənişlər edilməməsi nəticəsində ona 956,93 manat zərər vurulmasını iddia etmişdir. İşin hallarından görünür ki, yaranmış borc iddiaçı tərəfindən ödənilməmişdir və o, çəkməli olduğu xərcin əvəzi olaraq, göstərilən məbləğin cavabdehdən tutulmasını tələb edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xəbərdarlıqdan və abonent kartından görünür ki, xx xxxx 2020-ci il tarixinə su xidmətlərindən istifadəyə görə 956,93 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borc yaranmışdır. Lakin sayğac göstəricisinə əsasən həmin borc məbləği 2016-cı ildən 2020-ci il tarixədək olan dövrü əhatə edir. İşin mübahisə edilməyən hallarından görünür ki, həmin dövr ərzində bağ evi Şahini MirMahdi MirHossein oğlunun istifadə və mülkiyyətində olmamış, o, həmin dövrdə kommunal xidmətlərin istehlakçısı olmamışdır. “xxxx” ASC-nin Bağlar Sukanal İdarəsi ilə iddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə xx xxxx 2020-ci il tarixdə bağlanmışdır. Belə olan halda iddiaçı onun istehlakçı olmadığı dövrlər üzrə yaranmış borcun ödənilməsi ilə bağlı su təchizatı və kanalizasiya müəssisəsi qarşısında öhdəlik daşımır və həmin borcun ödənilməsi onun çəkməli olduğu xərclərə aid deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə ilk iddia tələbi 956,93 manat zərərin ödənilməsi hissəsində də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın evini əldə etdikdən sonra həmin bağ evinə edilmiş yaxşılaşdırmanın əvəzi kimi 13.983 manat məbləğində pulun onun xeyrinə tutulmasını, həmçinin 20000 manat mənəvi ziyanın ödənilməsini tələb etmişdir. İlk iddia üzrə iddiaçının iddiaya qarşı etirazında cavabdehin vicdanlı alıcı olmadığı əsası ilə, tələbinin əsassız olduğuna dair göstərdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarlarında bağ evinin mülkiyyətçi Şahini MirMahdi MirHossein oğlunun iradəsinə zidd olaraq, onun ölkədən deportasiya olduğu vaxt sahiblikdən çıxması, bununla da Cavabdeh vicdanlı əldə edən sayılmasının mümkün olmadığı, həmin məsələyə münasibətdə vicdanlı əldən edən olmadığı müəyyən edilsə də, mülki qanunvericiliyin tələblərinə əsasən vicdansız sahibin də öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı bağ evinin yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin 13.983 manat məbləğində olmasını iddia etsə də, məhkəmə araşdırması dövründə çəkilmiş xərclərin həmin məbləğdə olması öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı bağ evinin yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin cavabdeh tərəfindən geri qaytarılması tələbində qismən haqlıdır. Belə ki, məhkəmə araşdırması dövründə Cavabdeh mülkiyyət hüququ əldə etdiyi müddət ərzində Abşeron rayon Novxanı bağlar ərazisi, 528 nömrəli bağ evində tikinti, təmir, yenidənqurma və təmizləmə kimi işlərin görülüb-görülmədiyinin müəyyənləşdirilməsi, sadalanan işlər görüldüyü halda həmin işlərin görülməsi üçün nə qədər vəsait xərclənməsinin müəyyən edilməsi məqsədilə məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə bağlı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2812 saylı, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, baxış zamanı Abşeron rayonu Novxanı bağlar ərazisində yerləşən tədqiqat obyekti olan bağ sahəsində aparılna təmir-tikinti-yenidənqurma işləri olaraq təqdim edilən çəkilmiş xərclərin orta bazar qiyməti 12624,40 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin daha real olması qənaətinə gələrək, hesab edir ki, çəkilmiş xərclərin əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilmiş 12624,40 manat məbləğində pul vəsaiti cavabdehdən qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 20.000 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edir. Məhkəmə iddia tələbinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı halda iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasını cavabdehin hərəkətləri nəticəsində onun qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olması, bunun isə dərəcəsi heç nə ilə ölçülməyən güclü psixoloji təsir göstərməsi və onda əsəb gərginliyi yaratması ilə əsaslandırmağa çalışsa da, lakin onun vicdanlı alıcı hesab edilmədiyi və həmin əmlakı qanuni əsaslarla əldə etmədiyi hazırki məhkəmə araşdırması ilə yanaşı, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə də müəyyən edilmişdir. Belə olan halda iddiaçının göstərilən əsaslarla mənəvi ziyanın ödənilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, ilk iddia tələbini və qarşılıqlı iddianı qismən əsaslı sayır və onların qismən təmin təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağ və ev boşaldılaraq Şahini MirMahdi MirHossein oğluna verilməli, ilk iddia qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın evini əldə etdikdən sonra həmin bağ evinə edilmiş yaxşılaşdırmanın əvəzi kimi 12.624,4 (on iki min altı yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində pul Şahini MirMahdi MirHossein oğlundan alınıb Cavabdeh ödənilməlidir. Qarşılıqlı iddia qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən ilk iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi ilk iddia üzrə cavabdehdən tutulub, ilk iddia üzrə iddiaçıya verilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi ilk iddia üzrə iddiaçıdan tutulub, qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə keçirilmiş məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Şahini MirMahdi MirHossein oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağ və ev boşaldılaraq Şahini MirMahdi MirHossein oğluna verilsin. İlk iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi ilk iddia üzrə cavabdehdən tutulub, ilk iddia üzrə iddiaçıya verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın evini əldə etdikdən sonra həmin bağ evinə edilmiş yaxşılaşdırmanın əvəzi kimi 12.624,4 (on iki min altı yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində pul Şahini MirMahdi MirHossein oğlundan alınıb Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissələrdə rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi ilk iddia üzrə iddiaçıdan tutulub, qarşılıqlı iddia üzrə iddiaçıya verilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Şahini MirMahdi MirHossein oğlundan tutulub dövlət nəfinə keçirilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar