Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1391/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin məruzəsi və sədrliyi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Şahini MirMahdi MirHossein oğlunun Cavabdeh qarşı xx.xx.2020-ci il çıxarışa əsasən Abşeron rayon Novxanı bağlar ərazisi, 528 nömrəli bağın boşaldılaraq təhvil verilməsinə dair ilkin, Cavabdeh Şahini MirMahdi MirHossein oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şahini MirMahdi MirHossein oğlu tərəfindən Abşeron Rayon Məhkəməsinə verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Şahini MirMahdi MirHossein oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın və evin boşaldılaraq mənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı Şahini MirMahdi MirHossein oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağın evini əldə etdikdən sonra həmin bağ evinə edilmiş yaxşılaşdırmanın əvəzi kimi 13.983 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, həmçinin, Cavabdeh vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 20.000 manat məbləğində pul olmaqla, ümumilikdə 34.013 manat məbləğində pulun Şahini MirMahdi MirHossein oğlundan tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şahini MirMahdi MirHossein oğlu Abşeron Rayon Məhkəməsinin tərkibinə etiraz etmişdir. Şahini MirMahdi MirHossein oğlu etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh qarşılıqlı iddiasına etirazı edərək bildirmişdir ki, ona məxsus Abşeron rayonu, Novxanı bağlar ərazisi, 528 nömrəli bağ evi qanunsuz yollarla saxta sənədlər hazırlanmaqla X3 tərəfindən hərrac yolu ilə Cavabdeh satılmışdır. Hətta o, İran İslam Respublikasından Cavabdeh həmin alqı-satqının qanunsuz olduğunu bildirsə də, cavabdeh onun iradına məhəl qoymamışdır. Belə ki, cavabdeh qanunla vicdansız alıcı olmaqla saxta sənəd hazırlayan X3 ilə birlikdə cinayət əməli törətmişdir. (cavabdehlə X3 arasında qohumluq əlaqələri vardır) xx.xx.2020-ci il tarixdə qanuna müvafiq olaraq X1 üçüncü şəxs qismində məhkəməyə cəlb edilməsi barədə vəsatət qaldırmış, lakin vəsatəti geri qaytarılmışdır. İlkin iddia ərizəsinə xx.xx.2018-ci il tarixli, 2(009)-1952/2018 saylı qətnamə əlavə edilmişdir. Sözügedən qətnamədə X3 və Cavabdeh mübahisə predmeti olan Abşeron rayonu, Novxanı Bağlar ərazisi, 528 nömrəli bağ evinin hərracda qanunsuz alqısatqısını etdikləri sübuta yetirilmiş və məhkəmə tərəfindən hərracın nəticələri etibarsız hesab edilərək, cavabdehin adına olan çıxarış ləğv edilmiş və tərəflərin əqd üzrə aldıqlarının geri qaytarmaları qət edilmişdir. Abulovanın məhkəməyə cəlb edilməsi məhz ona görə labüddür. Məhkəmə öz təşəbbüsü ilə Abulovanı üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb etməli idi. Onun vəsatəti təmin edilmədən və hər hansı hüquqi qiymət verilmədən geri qaytarılmışdır. Lakin, iddiaçı qismində məhkəməyə təqdim etdiyi vəsatətlərinə, etirazlarına və çıxışlarına məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş və keçirilən məhkəmə proseslərində hakim daim ona qarşı qərəzli mövqe tutmuşdur. O, xarici vətəndaş olsa da, Azərbaycan Respublikası qanunlarına tabedir və Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində öz hüquqlarını müdafiə etməlidir. Yuxarıda qeyd etdiyi hallar maddi və prosessual hüquq normalarının pozulmasıdır. Keçirilən bütün məhkəmə proseslərində ona qarşı qərəzli mövqedə olmasını sübut edən, tərəfindən verilən vəsatət və etirazın qəbul edilməməsi və qərəzli ekspert qərardadı çıxarılmasıdır. Cavabdeh Babayev X4 rayonu, Novxanı Bağlar ərazisi, 528 nömrəli bağ evində yaşadığı müddətdə sudan istifadə etdiyi üçün 1000 manat borcu yaranmış və həmin borcu ödəməməklə ona zərər vurmuşdur. O, iddia tələbinə etdiyi dəyişiklikdə 6116,93 manat ziyan vurulduğunu bildirmişdir. X3 ilə birlikdə sözügedən bağ evini hərrac yolu ilə alqı-satqı etməklə onun bu günə kimi kirayələrdə qalmasına və mənəvi əzab çəkməsinə səbəb olmuşlar. X3 məhkəmə qətnaməsi əsasında verilmiş 14 hissədə olan payını xx xxxx 2007-ci il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında tərəfindən nağd ödəmə yolu ilə ona satmışdır. Sözügedən bağ evi tərəfindən təmir edilmiş və iki ildən artı müddətdə həmin evdə yaşamış, lakin, məlum səbəbdən 5 il müddətində Azərbaycandan deport edilmişdir. Cavabdeh həmin bağ evini 2015-ci ildə əldə etmiş və yüngül təmir işi apararaq 6 il istifadə etmişdir. Cavabdeh ondan yox, onu aldadaraq bağ evini satan X2 qarşı pul tələbi irəli sürə bilər. Bütün bu halları məhkəmə iclasında verdiyi izahatlarında qeyd etsə də, verdiyi izahata hüquqi qiymət verilməmişdir. Qeyd edilən hallar məhkəmənin ona qarşı qərəzli mövqeyini açıq ifadə edir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsini rəhbər tutaraq, 2(012)-1489/2021 saylı mülki işə Abşeron Rayon Məhkəməsinin hakimi cənab Elçin Kazımov tərəfindən baxılmasına etiraz edir və X6 Rayon Məhkəməsinin sədri olmasını nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinə etiraz edir. Azərbaycan Respublikası MPM-nin 19.2.2 və 19.2.3-ü maddələrinə əsasən hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmənin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsas olmadığından və etirazın əsasları barədə heç bir sübut təqdim edilmədiyinə görə etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şahini MirMahdi MirHossein oğlu tərəfindən Abşeron Rayon Məhkəməsinə edilmiş etiraz təmin edilməsin. Şahini MirMahdi MirHossein oğlunun Cavabdeh qarşı xx.xx.2020-ci il çıxarışa əsasən Abşeron rayon Novxanı bağlar ərazisi, 528 nömrəli bağın boşaldılaraq təhvil verilməsinə dair ilkin, Cavabdeh Şahini MirMahdi MirHossein oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1391/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1391/2021
09.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver