Məhkəmə qərarları › İş №2(012)-1535/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1535/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1535/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 50000 manat, mənəvi zərərə görə isə 200000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, cinayət işi üzrə İddiaçı "xxxx" MTK tərəfindən inşa edilmiş özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 12-də yerləşən 15 saylı mənzilin satılmasına etiraz etməməsinə dair keçmiş həyat yoldaşı X1 adından hüquq verən razılıq ərizəsinin naməlum şəraitdə qanunsuz hazırlanması və Bakı Şəhəri 20 saylı notariusda qeydiyyata alınmasını saxtalaşdıraraq xx.xx.2018-ci il tarixi həmin sənəddən istifadə edilməsi faktı ilə əlaqədar Abşeron rayon məhkəməsinin hakimi Şövkət Nəcəfovanın xx.xx.2018-ci il tarixli xüsusi qərardadı əsasında toplanmış material üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi adlanacaq) 320.1-ci maddəsi ilə barəsində cinayət işi başlanılaraq istintaqı aparılmışdır. İş üzrə Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs İddiaçı barəsində xx.xx.2019-cu il tarixdə axtarış elan edilərək, iş üzrə icraat dayandırılmışdır. İş üzrə şübhəli şəxs İddiaçı istintaqa xx.xx.2020-ci il tarixdə istintaqa təqdim edildiyindən həmin tarixdə təzələnmiş və iddiaçı Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə xx.xx.2020-ci il tarixdə İddiaçı törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələrinə tövsif edilərək, iddiaçı həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, həmin maddələrdə nəzərdə tutulmuş ittiham iddiaçıya elan olunmuş və barəsində Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənovun xx.xx.2020-ci il tarixli qərarına əsasən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ibtidai istintaq müddəti Azərbaycan Respublikasının Baş prokurorun sabiq 1-ci müavini Ramin Usubovun xx.xx.2020-ci il tarixli qərarına əsasən 2 ay, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənovun xx.xx.2020-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, ev dustaqlığı qətimkan tədbirin müddətini xx.xx.2020-ci il tarixədək müəyyən etmişdir. Cinayət işinin ibtidai istintaq müddəti Azərbaycan Respublikasının Baş prokurorun sabiq 1-ci müavini Ramin Usubovun xx.xx.2020-ci il tarixli qərarına əsasən 2 ay, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş üzrə Abşeron rayon məhkəməsinin hakimi Şövkət Nəcəfovanın xx.xx.2020-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirin müddətini xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş üzrə təqsirləndirilən şəxs İddiaçı istintaqdan gizləndiyinə görə xx.xx.2021-ci il tarixdə barəsində axtarış elan edilərək, icraat dayandırılmışdır. Abşeron rayon prokurorun müavini, baş ədliyyə müşaviri Aslan Surxayevin xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edildiyindən, cinayət işi üzrə istintaq aparılaraq, xx.xx.2021-ci il tarixdə Cinayət Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş üzrə təqsirləndirilən şəxs İddiaçı xx.xx.2021-ci il tarixdə istintaqa təqdim edildiyindən həmin tarixdə icraat təzələnərək, təqsirləndirilən şəxs İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixində Cinayət Prosessual Məcəllənin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2021-ci il tarixdə təzələnmişdir. Abşeron rayon məhkəməsinin 1(012)- 168/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə (hakim Vaqif Həsənov) İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq İddiaçı 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq iddiaçının üzərində qəti olaraq 03 il 07 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə zalında həbs edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış, X1 adına olan xx.xx.2018-ci il tarixli saxta sənəd hesab edilən ərizə cinayət işi materiallarında saxlanılmışdır. Mülki iddia qismən təmin edilmişdir. Mülki cavabdeh İddiaçı 26000 manat pul alınaraq mülki iddiaçı X4 verilmişdir. Mülki iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-396/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Abşeron rayon məhkəməsinin 1(012)- 168/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü qismən ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 396/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli yekun qərarında yol verilmiş anlaşılmazlıq aradan qaldırılmış, qərarın nəticə hissəsinə “Hökmdən Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar xaric edilsin və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət çıxılsın və üzərində qəti olaraq 3 il 1 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın” məzmununda 3-cü abzas əlavə edilsin. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-620/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-318/2023 saylı, xx.xx.2023-ci il tarixli Hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə aid hissədə ləğv edilmiş, İddiaçı əməlində cinayət tərkibinin olmaması əsası ilə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə İddiaçı bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və İddiaçı dərhal həbsdən azad edilmiş, İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. X3 mülki iddiası baxılmamış saxlanılmış, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmiş, müdafiəçisi X2 apellyasiya şikayəti təmin edilmişdir. Hökm elan olunduğu gündən qanuni qüvvəyə minmiş, hökmdən kassasiya şikayəti və kassasiya protesti verilməmişdir. Belə ki, iddiaçı heç bir əsas olmadan olaraq 1 (bir) il, 05 (beş) ay, 10 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçının şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı qeyd olunan müddət ərzində mənəvi sarsıntı keçirmiş və iddiaçıya vurulmuş mənəvi ziyana görə 200000 manat pul tələb edir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 tərəfindən iddia ərizəsinə etiraz ünvanlanmış və bildirmişdir ki, iddia tələbinin rədd edilməli olduğunu hesab edirlər. Belə ki, iddiaçı hansı əmək fəaliyyəti ilə məşğul olması və aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan kompensasiya ödənilməsini tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” AR Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir. Mənəvi zərərin ödənilməsi ilə bağlı bildirilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — 330 manat, ona qarşı ağır cinayət törədildikdə — 165 manat, ona qarşı az ağır cinayət törədildikdə — 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — 11 manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Az Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesin həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən kompensasiya ödənilməsini tələb edir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləni rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon məhkəməsinin 1(012)-168/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə (hakim Vaqif Həsənov) İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq İddiaçı 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq iddiaçının üzərində qəti olaraq 03 il 07 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə zalında həbs edilmiş, təqsirləndirilən şəxs İddiaçı cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, iş üzrə maddi sübut kimi tanınmış, X1 adına olan xx.xx.2018-ci il tarixli saxta sənəd hesab edilən ərizə cinayət işi materiallarında saxlanılmış, mülki iddia qismən təmin edilərək mülki cavabdeh İddiaçı 26000 manat pul alınaraq mülki iddiaçı X4 verilmiş və mülki iddia qalan hissədə rədd edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-396/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Abşeron rayon məhkəməsinin 1(012)- 168/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü qismən ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-396/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli yekun qərarında yol verilmiş anlaşılmazlıq aradan qaldırılmış, qərarın nəticə hissəsinə “Hökmdən Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar xaric edilsin və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət çıxılsın və üzərində qəti olaraq 3 il 1 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın” məzmununda 3-cü abzas əlavə edilmişdir. -Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 620/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-318/2023 saylı xx.xx.2023-ci il tarixli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə aid hissədə ləğv edilmiş, İddiaçı əməlində cinayət tərkibinin olmaması əsası ilə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə İddiaçı bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və İddiaçı dərhal həbsdən azad edilmiş, İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. X3 mülki iddiası baxılmamış saxlanılmış, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmiş, müdafiəçisi X2 apellyasiya şikayəti təmin edilmişdir. . Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Abşeron rayon məhkəməsinin 1(012)-168/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə (hakim Vaqif Həsənov) İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq İddiaçı 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq iddiaçının üzərində qəti olaraq 03 il 07 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-396/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Abşeron rayon məhkəməsinin 1(012)- 168/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü qismən ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-620/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 318/2023 saylı xx.xx.2023-ci il tarixli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə aid hissədə ləğv edilmiş, İddiaçı əməlində cinayət tərkibinin olmaması əsası ilə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə İddiaçı bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və İddiaçı dərhal həbsdən azad edilmiş, İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı heç bir əsas olmadan olaraq 1 il, 05 ay, 10 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçının şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 50000 manat, mənəvi zərərə görə isə 200000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. -68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. -180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının qanunun; 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın əsası barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalmasıdır. 4-cü maddəsinə əsasən şəxsin vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. 5-ci maddənin 5-ci bəndinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Mülki Məcəllənin: 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş məhkəmə hökmü və qərarlarından müəyyən olunduğu kimi iddiaçı cinayət təqibinə məruz qalmış, müxtəlif vaxtlarda azadlıqdan məhrum olmuş, azadlığı məhdudlaşdırılmış və məhkəmənin qanuni qüvvəyə minmiş yekun Qərarına əsasən barəsində ittiham olunmuş maddə ilə bəraət almışdır. Bununla da şəxsin etmədiyi əmələ görə azadlıq hüququ pozulmuş, ona maddi ziyan dəymişdir. Bütün bunlar öz təsdiqini tapmışdır. Bununla belə iddiaçı iddia tələbində ona dəymiş maddi ziyan məbləğini 50000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə həmin məbləği yüksək olduğu üçün əsaslı hesab etmir, işin həqiqi hallarına uyğun olmadığı qənaətinə gəlir. Belə ki, şəxs qanunsuz həbs edilməsinə baxmayaraq, uzun müddət müvəqqəti saxlama müəssəsində saxlanılmamış və bəraət alaraq azad olunmuşdur. Göründüyü kimi şəxsin saxlandığı müddətə görə tələb olunan pul məbləği ona adekvat deyildir. Odur ki, məhkəmə daxili inamına əsaslanaraq hesab edir ki, iddianın maddi ziyan hissəsi 5000 manat məbləğində müəyyən edilməli, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 200000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, lakin qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindan 5000 (beş min) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar