Məhkəmə qərarları › İş №2(012)-1618/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1618/2021

16.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1618/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və cavabdehə başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və cavabdehə başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə fəaliyyət qabiliyyəti olmayan X22 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair 24 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evinə dair çıxarışının etibarsız hesab edilməsi və Cavabdeh başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X22 onun qardaşı X13 oğludur. X22 2002-ci ildən ruhi-əsəb xəstəsidir və ona Psixi Sağlamlıq mərkəzində “F20.0 X16" diyaqnozu qoyulmuş və İİ qrup əlildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə qardaşı oğlu X22 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 25 dekabr 2020-ci il tarixli 225 saylı sərəncamı ilə X14 üzərində əmisi kimi o, qəyyum təyin olunmuşdur. X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair bacısı X20 məhkəmədə iddia qaldıran zaman qardaşı oğlu onların xəbəri olmadan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan iki mərtəbəli (birinci mərtəbə tam təmirli, ikinci mərtəbə isə qismən təmirli) fərdi yaşayış evini Cavabdeh 20 000 manata satmış, 24 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində alqı-satqını rəsmiləşdirmişlər. Həmin alqı-satqı müqaviləsi etibarsızdır. Aydının deməsinə görə cavabdeh ona beh kimi 500 manat vermiş, aralarında olan razılığa əsasən o, evi 38 000 manata satmışdır. Cavabdeh ilkin ödəniş kimi 20 500 manatı ödəmiş, yerdə qalan 17500 manat pulu isə qısa zaman ərzində ona ödəyəcəkdir. Cavabdeh avtomobil şüşələrinin alışı-quraşdırılması işi ilə məşğuldur. Əlində pulu qalsın deyə 17 500 manatı sonra ödəyəcəyini bildirmişdir. Həmin ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ucuz qiymətə satılması real deyildir. Həmin sözügedən evin bugünkü gündə bazar qiyməti 60 000 – 70 000 manat təşkil edir. Beləliklə, qəyyumu təyin olunduğu Aydını cavabdeh aldadaraq, xəstəliyindən sui-istifadə edərək iki mərtəbəli fərdi yaşayış evini ucuz qiymətə əldə etmişdir. Artıq Aydın pulun ödənmədiyini görüb ona iki mərtəbəli evi satması barədə bildirmişdir. Aydın hal-hazırda onun və bacısının himayəsindədir. Aydının hazırda yaşamağa başqa yeri yoxdur. Hesab edir ki, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 24 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi tamamilə etibarsızdır. Eyni zamanda, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2021-ci il tarixli 2004 saylı rəyi ilə o, razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 05.02.2021-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmiş Cavabdeh vəkili və nümayəndəsi X2 etirazında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı müqavilənin, çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh başqa yaşayış sahəsi verilmədən çıxarılmasına dair iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, Cavabdeh ilə iddiaçı X22 arasında qeyd olunan fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə 24.08.2020-ci il tarixdə bağlanaraq, Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş, hazırda həmin yaşayış sahəsində cavabdeh və onun qızı X23 qeydiyyatdadırlar. Həmçinin, iddia ərizəsindən görünür ki, alqı-satqı müqaviləsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Belə ki, müqavilə bağlanan zaman X22 fəaliyyət qabiliyyətli şəxs olmuş, yaşayış evi alınarkən onun həyat yoldaşı da həmin prosesdə iştirak edərək öz münasibətini bildirmişdir. Aydın Rəhimov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Abşeron rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2020-ci il tarixli 225 saylı sərəncamı ilə onun üzərində əmisi İddiaçı qəyyum təyin edilmişdir. Yəni alqı-satqı müqaviləsi bağlanan zaman Aydın Rəhimov fəaliyyət qabiliyyətli olmuşdur. Ona görə də məhkəmədən iddianın rədd olunması, habelə, hazırkı iddiaya baxılması ilə əlaqədar Cavabdeh tərəfindən hüquqi yardım və məhkəmədə müdafiə üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun İddiaçı aid edilməsi və ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2021-ci il tarixli 2004 saylı rəyinə etirazını məhkəməyə təqdim etmiş Cavabdeh etirazında göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi cavabdehlə iddiaçı X22 arasında qeyd olunan fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə 24.08.2020-ci il tarixdə bağlanaraq, cavabdehə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş, hazırda həmin yaşayış sahəsində o və qızı X23 qeydiyyatdadırlar. Alqı-satqı müqaviləsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq notariat kontorunda bağlanmışdır. Belə ki, müqavilə bağlanan zaman X22 fəaliyyət qabiliyyətli şəxs olmuş, yaşayış evi alınarkən onun həyat yoldaşı da həmin prosesdə iştirak edərək öz münasibətini bildirmişdir. X26 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Abşeron rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2020-ci il tarixli 225 saylı sərəncamı ilə onun üzərində əmisi İddiaçı qəyyum təyin edilmişdir. Yəni alqı-satqı müqaviləsi bağlanan zaman Aydın Rəhimov fəaliyyət qabiliyyətli olmuşdur. Həmin fərdi yaşayış evini ev alqı-satqısı ilə məşğul olan makler vasitəsi ilə tapmışdır. Belə ki, Masazır qəsəbəsində ev alqı-satqı ofisində olarkən qeyd olunan evin satışa qoyulduğunu ona bildirmişlər. Həmin evin 40000 manata alınması ilə razılaşdıqdan sonra, Xırdalan şəhərindəki notariat kontoruna getmiş, Aydın orada ona maklerlərə evin 38 000 manata satılmasını bildirmişdir. Belə ki, 2000 manat ondan, 2000 manat isə X10 istənilmişdir. Aydın ona 38 000 manata başqa yerdə alqı-satqı müqaviləsini bağlamaq təklifini vermişdir. Əlavə olaraq, pulun 20 000 manatını notariusa verməyi, qalan 18 000 manatı isə ona verməyi bildirmişdir. Həmçinin, o, 500 manat Aydına beh şəklində vermişdir. Bir neçə gün sonra o, Aydının təşəbbüsü ilə Sumqayıt şəhər 4 saylı notarius kontoruna gedib 20 000 manat verərək alqı-satqı müqaviləsini bağladıqdan sonra, notariat kontorunun həyətində öz maşınında Aydına 17 500 manat pulu sayaraq vermişdir. Daha sonra Aydın ona maklerlərin ondan 800 manat müqavilə pulunu tələb etdiyini bildirmiş, o isə öz növbəsində halallıq olsun deyə 400 manat verərək Aydına 400 manatı da onun özü tərəfindən maklerlərə verməsini təklifini vermişdir. Onun dediklərini həmin maklerlər də təsdiq edə bilər. O, bu işin onlar tərəfindən əvvəlcədən ona qarşı qurulmuş bir oyun olduğunu hesab edir. Necə ola bilər ki, Aydın bu evi satanda onun həyat yoldaşı Aydının əqli cəhətdən xəstə olduğunu deməmiş və ya həmin evin satılması ilə bağlı Aydının yaxın qohumlarına bu barədə məlumat verməmişdir. Onun azsavadlı və hər şeyə tez inanan adam olmağından istifadə edərək, guya 2000 manat az pul ödəməklə onu şirnikləşdirərək alqı-satqı müqaviləsini onun istəyinə uyğun olaraq bağlatmaqla sonradan ona qarşı əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X30 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının 27.05.2021-ci il tarixli 1131 saylı rəyi ilə əsassız olaraq X17 9 ay əvvəl apardığı alqı-satqı zamanı onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi barədə qənaətə gəlinmişdir. Həmin rəyi qəbul etmir və aşağıda göstərilənlərə əsasən qərar qəbul edərkən həmin rəyi mötəbər sübut kimi qiymətləndirilməməsini xahiş edir. Həmin rəydən görünür ki, Aydın Rəhimov 2002-ci ildən psixi xəstəliklə əlaqədar qeydiyyatdadır, İİ qrup əlildir. O, qeydiyyatda olduğu müddətdə 27.05.2002-ci il tarixdən 01.06.2002-ci il tarixədək 2 saylı X11, 29.08.2003-cü il tarixdən 01.10.2003-cü il tarixədək və 12.01.2004-cü il tarixdən 23.02.2004-cü il tarixədək, 12.05.2005-ci il tarixdən 30.05.2005-ci il tarixədək isə Bakı Baş Səhiyyə İdarəsinin “X31"ndə müalicə almış və 14.03.2020-ci il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “X16" diaqnozu ilə qeydiyyatdadır. Həmin rəyin nəticə hissəsində həkim psixiatr N.K.Hüseynova öz rəyini formal cəhətdən əsaslandırmaq üçün guya X14 qeyd olunan alqı-satqı müqaviləsi imzalanan ərəfədə (30.06.2020-ci il tarixdə) və sonra (25.08.2020-ci il tarixdə) ambulator qaydada poliklinikaya müraciət etmiş və ona psixi xəstəliyinə uyğun olaraq preparatlar təyin olunmuşdur. Göründüyü kimi Aydın Rəhimov 2005-ci ildə Bakı Baş Səhiyyə İdarəsinin “X31”ində müalicə alıb evə buraxılandan sonra bir dəfə də olsun müalicə almamış, yəni özünü normal hiss etdiyinə görə müalicə olunmamışdır. Bunu həmin vaxtlarda onunla bir məhəllədə yaşayanlar da təsdiq edə bilərlər. 06.04.2021-ci il tarixdə 274/2021 saylı vəkil sorğusu ilə Abşeron rayon Mərkəzi xəstəxanasına müraciət edilərək X14 həmin xəstəxanada qeydiyyatda olub-olmaması, əgər qeydiyyatdadırsa nə vaxtdan və hansı diaqnozla qeydiyyatda olması və hansı vaxtlarda müayinə və müalicəsi alması ilə bağlı ətraflı arayış verilməsi xahiş edilmişdir. Həmin sorğuya verilən 22 aprel 2021-ci il tarixli 577 saylı arayışdan görünür ki, Aydın Rəhimov başqa ərazidən köçüb gəldiyi üçün 14.03.2020-ci il tarixdən Abşeron Rayon Poliklinikasında “F20.0 X16 natamam remissiya" diaqnozu ilə ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır. İİ qrup əlildir. Göründüyü kimi, Aydın Rəhimov sonuncu dəfə 12.05.2005-ci il tarixdən 30.05.2005ci il tarixədək Bakı Baş Səhiyyə İdarəsinin “X31"ndə müalicə almış, bundan sonra səhhətində ciddi problemlər olmadığından heç bir müalicə müəssisəsinə müraciət etməmişdir. Daşınmaz əmlakın dövlət reyestr xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi 03 mart 2021-ci il tarixli **********85 saylı məktubdan görünür ki, Aydın Rəhimovun adına satdığı yaşayış evindən başqa da həmin evə bitişik başqa bir yaşayış sahəsi və Bakı şəhəri Binəqədi rayonu, X27 küçəsi, 3L ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/6 hissəsi qeydiyyatdan keçmişdir. Həmin qeyri-yaşayış sahəsinin 1/6 hissəsinə dair X4 ilə X14 arasında 12 saylı DNK-nın 4Ə\647 reyestr nömrəli 05.08.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sözügedən müqavilə dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa, Aydın Rəhimov hazırda aktiv vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə İdarəsində qeydiyyatdadır. Aydın Rəhimovun nə vaxtdan vergi ödəyicisi kimi qeydiyyatda olması və hazırkı vaxta kimi hansı əməliyyatları aparması barədə vəkil sorğusuna İqtisadiyyat nazirliyinin yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin verdiyi 11 avqust 2021-ci il tarixli, **********431100 nömrəli sorğuya cavab məktubunda X14 (VÖEN: **********) fərdi sahibkar kimi 27.05.2011-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğunu və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdə olması qeyd olunmuş, digər məlumatların isə Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya sirri olduğu üçün həmin məlumatların təqdim edilməsinin mümkünsüz olduğu qeyd olunmuşdur. Bütün bunları deməklə onu diqqətə çatdırmaq istəyir ki, Aydın Rəhimov onunla alqı-satqı müqaviləsi bağlayarkən tam anlaqlı olmuş və öz hərəkətlərinin mənasını dərk etmişdir. Rəydən də göründüyü kimi, Aydın Rəhimov əsəblərində müəyyən pozuntular olduğu dövrlərdə könüllü olaraq xəstəxanaya gedərək müalicə almış və sağaldıqdan sonra xəstəxanadan evə buraxılmışdır. Məhkəmə isə şəxsin fəaliyyət qabiliyyətli olması məsələsinə baxan zaman faktiki olaraq onun psixi-emosional vəziyyətini nəzərə almadan, guya qonşuların Aydının hərəkətlərindən şikayət etməsini və s. nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilmişdir. Hansı ki, qonşuların hamısı Aydından razıdırlar və onun hərəkətləri barədə heç bir şikayət olmamışdır. Bundan əlavə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxılmalı olduğu halda, məhkəmə bu qaydaya da riayət etməmişdir. X28 aldığı ev tam təmirsiz olmuşdur. Alandan sonra o, Aydının özünün tapdığı ustalar vasitəsi 20 000 manatlıq təmir işləri aparmışdır. Beləliklə, həmin ev ona 60 000 manata başa gəlmişdir. Odur ki, yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X30 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının 27.05.2021-ci il tarixli 1131 saylı rəyini əsassız və qanunsuz olduğuna görə mötəbər sübut kimi qiymətləndirilməsi və təkrar kompleks Ambulator Məhkəmə Psixiatrik ekspertizasının keçirilməsini təmin edib, rəy alındıqdan sonra bu barədə obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi X2 14.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Covid-19 testinin nəticəsi pozitiv olduğuna görə 16.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda məhkəmə, cavabdehin vəkili və nümayəndəsi tərəfindən həmin halı sübuta yetirəcək sənəd təqdim edilmədiyindən və prosessual müddəti nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -22.01.2016-cı il tarixli 254817 saylı vəsiqənin surətindən görünür ki, X18 Bakı şəhəri Binəqədi rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumi xəstəlik səbəbindən İİ qrup əlillik verilmişdir. -10 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 22.05.2012-ci il tarixli 10/87 saylı arayışdan görünür ki, 1973-cü il təvəllüdlü X18 F20.0 X16 diaqnozu qoyulmuş və həmin diaqnoz ilə (A/K 1231/02) psixiatr qeydiyyatındadır. -Bakı şəhəri Nəsimi rayon Poliklinikası tərəfindən verilmiş 19.02.2016-cı il tarixli arayışdan görünür ki, İİ qrup əlil olan 1973-cü il təvəllüdlü X18 Şizofreniya, paranoid forma diaqnozu qoyulmuşdur. -Təbib Tibbi Ərazi X8 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X36 tərəfindən verilmiş 21.07.2020-ci il tarixli 1206 saylı məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 2002-ci ildən ruhi-əsəb xəstəsidir və xəstəyə Psixi Sağlamlıq Mərkəzində “F20.0 X16” diaqnozu qoyulmuşdur. X25 rayonunda yaşadığı ərazidə poliklinikanın ruhi-əsəb kabinetində dispanser qeydiyyata alınmışdır. Başqa ərazidən köçüb gəldiyi üçün 14.03.2020-ci il tarixdən Abşeron Rayon Poliklinikasında “F20.0 X16” diaqnozu ilə ruhi-əsəb kabinetində dispanser qeydiyyatdadır. İİ qrup əlildir. -Abşeron rayon Poliklinikası tərəfindən verilmiş 22.01.2021-ci il tarixli ambulator kartadan çıxarışdan görünür ki, 1973-cü il təvəllüdlü X18 Şizofreniya, paranoid forma diaqnozu qoyulmuşdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 22.02.2020-ci il tarixli X14 qəyyumluğa verilməsi barədə Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsi tərəfindən qardaşı oğlu X22 30 oktyabr 2020-ci il tarixli 2(001)- 4384/2020 saylı qətnaməyə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. İddiaçı X14 üzərində qəyyum təyin olunmasını xahiş etmişdir. Vətəndaş İddiaçı müraciətini, mövcud sənədləri, məhkəmənin qətnaməsini, xəstənin hüquq və mənafeyini, Qəyyumluq və Himayəçilik Komissiyanın 22.12.2020-ci il tarixli 149 saylı rəyini, Azərbaycan Respublikası MM-nin 33, 34 və 38-ci maddələrinə və yerli İcra Hakimiyyəti haqqında əsasnaməyə uyğun alaraq 04.08.1973-cü il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan X14 üzərində əmisi xx.xx.1938-ci il təvəllüdlü İddiaçı qəyyum təyin olunması qərara alınmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli 2(001)- 4384/2020 saylı qərardadından görünür ki, 04.08.1973-cü il təvəllüdlü X14 barəsində məhkəmə psixiatriya ekspertizası təyin edilərək mülki iş üzrə icraat dayandırılmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(001)- 4384/2020 saylı qətnaməsindən görünür ki, ərizə qismən təmin edilmiş, 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, ərizənin qalan hissədə rədd edilməsi qət edilmişdir. -X6 ilə alıcı Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evini alıcıya 20 000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.09.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və X5 rayonu Masazır Ərazi Dairəsi Masazır kəndi Q.B.Zakir küçəsi 9B saylı evdə qeydiyyatdadır. -E-manat 05.02.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, hüquqi yardıma görə Sumqayıt Regional Vəkil Bürosunun hesabına 700 manat və 800 manat olmaqla cəmi 1500 manat ödəniş edilmişdir. -Bakı-Binəqədi RPŞ tərəfindən verilmiş 18.01.2003-cü il tarixli AZE № 00****** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7 MKR ½ saylı evin 24 saylı mənzilində qeydiyyatdadır. -AA 963148 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 04.08.1973-cü il təvəllüdlü X22 Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Masazır Ərazi Dairəsi Masazır kəndi Q.B.Zakir küçəsi 9B saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -İddiaçının vəsatətinə əsasən Abşeron Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 2(012)-1618/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.05.2021-ci il tarixli 1131 saylı rəyindən görünür ki, İ.Motivləşdirici hissə. yoxlanılan şəxs X15 “X16, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu mülki iş materialları, anamnestik məlumatlar (deməsinə görə 2002-ci il tarixdən psixi xəstəliklə əlaqədar qeydiyyatda olması, dəfələrlə psixiatrik xəstəxanalarda stasionar müalicələr alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 613560 saylı arayışında İİ qrup əlil olduğunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X3 dəfələrlə “X16” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-nın poliklinikasında “X16, natamam remissiya” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 10 saylı poliklinikasında “X16” diaqnozu ilə qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, xarici görünüşünə görə qəribə geyim tərzinin olması, ünsiyyətə formal daxil olması, verilən suallara qısa cavablar verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, eşitmə hallüsinasiyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu və s.) sübut edir. İİ. Yekun hissəsi. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 04.08.1973-cü il təvəllüdlü X22 24.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 95.5 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair AN-İ ******* saylı müqavilənin bağlanması zamanı həmin tarixdə fəaliyyət qabiliyyətli olmuşdurmu və yaxud fəaliyyət qabiliyyətsiz ola bilərdimi? Cavab: X15 uzun müddətdir ki, “X16, psixi qüsur halı” xroniki psixi xəstəlik qeyd edilir. Ekspertiza zamanı tədqiq edilmiş ambulator xəstənin tibbi kartasından məlum olur ki, X22 2002-ci ildən “X16" diaqnozu ilə Bakı şəhər RƏXD-in, sonra da 20 №-li şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olmuş, vəziyyətinin kəskinləşməsi ilə əlaqədar psixiatriya stasionarlarında müalicə olunmuşdur. Qeyd olunmalıdır ki, ambulator qaydada müayinələr zamanı X1 fikirləri, eşitmə hallüsinasiyaları və digər psixotik pozuntular təsvir edilmiş, psixi vəziyyətində tam yaxşılaşma (remissiya) qeyd olunmamış, xəstəliyin fasiləsiz gedişli olduğu göstərilmiş, əmək qabiliyyətini itirildiyi və son dövrlərdə psixi qüsur halı yarandığı göstərilmişdir. Ambulator xəstənin tibbi kartasına əsasən X22 qeyd olunan alqı-satqı müqaviləsi imzaladıqdan əvvəl (30.06.2020-ci il tarixdə) və sonra (25.08.2020-ci il tarixdə) ambulator qaydada poliklinikaya müraciət etmiş və ona psixi xəstəliyinə uyğun olaraq psixotrop preparatlar təyin olunmuşdur. Beləliklə, təqdim olunmuş tibbi sənədin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, X22 uzun müddət “X16” xəstəliyindən əziyyət çəkmiş, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmamış, xəstəliyi son nəticədə psixi qüsur halına çatmışdır. Buna əsasən belə nəticəyə gəlmək olar ki, 24.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsini imzalayarkən X22 onda qeyd olunan “X16” xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. X22 24.08.2021-ci il tarixdə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı qardaşı oğlu 24.08.1973-cü il təvəllüdlü X15 “X16, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə, 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 22.02.2020-ci il tarixli X14 qəyyumluğa verilməsi barədə Sərəncamı ilə 04.08.1973-cü il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan X14 üzərində əmisi yəni xx.xx.1938-ci il təvəllüdlü İddiaçı qəyyum təyin olunması qərara alınmışdır. X6 ilə alıcı, hazırki iş üzrə Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evini alıcıya 20000 manata satmışdır. Fəaliyyət qabiliyyəti olmayan hesab olunmuş X14 qəyyumu, hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı A.İddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə satılmış daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin və həmin əmlaka dair cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

342. maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 346.1. maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.2. maddəsinə əsasən sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3. maddəsinə əsasən şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 346.4. maddəsinə əsasən ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Məhkəmə qanunvericiliyin tələblərini, mülki iş materiallarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.05.2021-ci il tarixli 1131 saylı rəyini paralel şəkildə qiymətləndirərək belə hesab edir ki, X22 uzun müddət “X16” xəstəliyindən əziyyət çəkmiş, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmamış, xəstəliyi son nəticədə psixi qüsur halına çatmışdır. Buna əsasən 24.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsini imzalayarkən X22 onda qeyd olunan “X16” xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında olmadığından, bu hal onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına zəmin yaratmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı X22 ilə Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı müqavilə Sumqayıt şəhər 4 saylı Notariat ofisində bağlanarkən müqavilənin 21-ci bəndi ilə müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane olan xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirsələr də, həmin halların notarius tərəfindən araşdırılmadığı aşkar edilmişdir. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəmə Plenum Qərarını, mülki iş materiallarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.05.2021-ci il tarixli 1131 saylı rəyini paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməli, X22 ilə Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı müqavilə bağlanan zaman X14 “X16” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması, həmçinin, tədqiq olunmuş sübutlara əsasən həmin müqavilənin bağlandığı tarixdən öncə və sonra X14 müalicələr alması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə müqavilə tərəfləri arasında bağlanmış 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının iddia tələbinin 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsi əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış 11.09.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissədə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında cavabdehin adına qeydə alınmış çıxarış etibarsız deyil, ləğv edilməlidir. Belə ki, cavabdehin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsi alqı-satqı müqaviləsi əsasında qanunla nəzərdə tutulmuş qaydada olduğundan müqavilə etibarsız sayıldığı halda onun nəticəsi olaraq verilmiş çıxarış ləğv olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, X6 ilə alıcı Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən cavabdehin bu müqavilə üzrə satıcıya ödədiyi 20000 manat ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəməyə etiraz ərizəsi ilə müraciət edən Cavabdeh etirazında X18 müqavilə üzrə 20 000 manat pul vəsaitindən savayı 17 500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab edib təmin edir. Məhkəmə iddia tələbinin “Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən ona başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması” hissəsində qeyd edir ki, həmin fərdi yaşayış evinə dair müqavilə və çıxarış etibarsız hesab edildiyindən və bununla da, fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüquqları olmadığından, yaşayış sahəsi ilə təmin edilmə cavabdehin mülkiyyət hüquqlarına aid olduğundan və mülkiyyət hüquqlarının qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudlaşdırılması yol verilmədiyindən məhkəmə iddia tələblərini bu hissədə qismən təmin edərək cavabdehin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən çıxarılması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1. maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia tələbi qismən təmin edildiyindən və məhkəmə xərclərinin tutulmasını iddiaçı öz tələbində irəli sürmədiyindən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair X22 ilə Cavabdeh arasında bağlanmış 24.08.2020ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh adına verilmiş 11.09.2020-ci il tarixli çıxarış ləğv edilməli, 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmalı, 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 20 000 manat pul vəsaiti İddiaçı Cavabdeh geri qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı snİ˝аn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı snİ˝аn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X12 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. nasnİ˝ hüquqlarının və X12 haqqında˝ Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair X22 ilə Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh adına verilmiş 11.09.2020-ci il tarixli çıxarış ləğv edilsin. 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən Cavabdeh çıxarılsın. 24.08.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 20000 (iyirmi min manat) manat pul vəsaiti İddiaçı Cavabdeh geri qaytarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar