Məhkəmə qərarları › İş №2(012)-1681/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1681/2025

02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1681/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(018)-1082/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X1 ilə 2012-ci ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2016-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri cavabdehin günahı üzündən pozulmuş və rəsmi olaraq ayrılmışlar. İddiaçı 2019-cu ildən uşaqlarının saxlanılması üçün aliment ödəyir. Həmin vaxtdan uşaqlar iddiaçının yanında yaşasalar da iddiaçı cavabdehə alimenti ödəmişdir. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-ci il təvəllüdlü X9 2 ildir ki, iddiaçının yanında yaşayırlar. X11 şəhəri, C.Babayev adına 3 nömrəli tam orta məktəbin Vİ A sinifində, həmçinin Amin Əbilov həmin məktəbin İİİ A sinifində təhsil alırlar. Cavabdeh isə Bakı şəhərində yaşayır. Hesab edir ki, saxlanılması üçün aliment qət edilmiş uşaqlar 2 ildir ki, iddiaçının yanında yaşayırlar, onların bütün xərclərini, tələblərini iddiaçı ödəyir. Bu səbəbdən o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 3177/2024 saylı arayışdan görünür ki, X8 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X2r. -Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 3178/2024 saylı arayışdan görünür ki, X9 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X2r. -Astara Rayon Məhkəməsinin 2(018)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdeh İddiaçı hər ay hər uşaq üçün 85 manat olmaqla, ümumilikdə 170 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik çatanadək saxlanılması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. -Astara Rayon Məhkəməsinin 2(018)-1082/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin miqdarının artırılması, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olundu ki, Astara Rayon Məhkəməsinin 2(018)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı hər ay hər uşaq üçün 85 manat olmaqla, ümumilikdə 170 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik çatanadək saxlanılması üçün Cavabdeh ödənilməsi qət olunmuş, Astara Rayon Məhkəməsinin 2(018)-1082/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin 2(018)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı uşaqların 2 ildir ki, onun yanında qaldıqlarını və hələ də cavabdehə aliment ödədiyini bildirmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Astara rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(018)-1082/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Astara Rayon Məhkəməsinin 2(018)- 426/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, uşaqlar analarının himayəsinə verilmiş, İddiaçı alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin qətnaməsi ilə uşaqların analarının yanında qalması müəyyən edildiyi təqdirdə, uşaqların hazırda iddiaçının yanında qalmaları, iddiaçının aliment ödəməkdən azad edilməsinə əsas vermir. Belə ki, məhkəmə qətnaməsinin hazırda qüvvədə olması, lakin icra olunmaması diigər valideynin bundan istifadə edərək uşağın onun tərəfindən qulluq edilməsi əsasında aliment borcundan azad edilməsinə əsas olmamalıdır. Atanın uşaqları yanında saxlaması könüllü saxlama kimi qiymətləndirilməli, qətnamənin icra olunmaması nəticəsində yaranmış hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin normasından göründüyü kimi iddiaçının aliment ödənilməsindən azad olunması əsasları hazırkı maddənin tələbləri daxilinə düşmür Ailə və Maddi vəziyyətində dəyişiklik olması ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı bunula əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1. maddəsindən görünür ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində (ailə üzvlərinin aliment öhdəlikləri) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndində göstərilir ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçı dövlət rüsumu məbləğini tələb etmədiyindən və iddia təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar