Məhkəmə qərarları › İş №2(012)-1726/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1726/2022

05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1726/2022 05.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 25.09.2007-ci il təvəllüdlü X4 və 09.08.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun Cavabdeh ilə faktiki nikah münasibətlərindən 25.09.2007-ci il təvəllüdlü X6 və 09.08.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Uşaqlar hazırda onun yanında qalır və uşaqların saxlanılması üçün cavabdeh heç bir köməklik göstərmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını demək olar ki, o, çəkir. Uşaqların həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Həmçinin, böyük qızı ali məktəbə hazırlaşdığı üçün repetitor xidmətinə o, hər ay 300 manat pul ödəyir. Uşaqların saxlanılması üçün 193 manat pul vəsaiti çox azdır və hesab edir ki, uşaqların hərtərəfli inkişafını təmin etmək üçün cavabdeh hər ay hər uşağa görə 300 manat ödəməlidir. Bu səbəbdən də o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin rəsmi nikah münasibətlərindən 3 uşağı var və onunla faktiki nikah münasibətlərindən anadan olmuş uşaqlarına münasibətdə atalığı müəyyən olunmuşdur. Cavabdeh əvvəllər uşaqların saxlanılması üçün maddi yardım etsə də, sonradan ödənişlər etməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 09.03.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun İddiaçı ilə faktiki nikah münasibətlərindən 25.09.2007-ci il təvəllüdlü X6 və 09.08.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. O, uşaqların saxlanılması üçün davamlı olaraq maddi yardım etmişdir. Lakin iş yerində əmək haqqının nə vaxt gələcəyini tam olaraq dəqiq bilmədiyindən, vaxtlı-vaxtında maddi yardım edə bilmirdi. Belə ki, maddi yardımın ayın əvvəli deyil, ayın sonu ödəməsi də istisna deyildir. Uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat aliment ödəyə bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.09.2008-ci il tarixli AZ-İ № 115522 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 25.09.2007-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmiş və bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında 12.09.2008-ci il tarixdə 267 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.10.2012-ci il tarixli AZ-İ № 218403 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 09.08.2012-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmiş və bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında 16.10.2012-ci il tarixdə 401 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.09.2008-ci il tarixli AZ-İİ № 143166 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 25.09.2007-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 747 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.10.2012-ci il tarixli AZ-İİ № 670899 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 09.08.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2107 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 01.11.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 3 saylı evin 1/2 saylı mənzilində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq):

43. maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

48. maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Tərəflərin izahatından və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətinə daxil olmuş və onların həmin münasibətlərindən 25.09.2007-ci il təvəllüdlü X6 və 09.08.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Faktiki nikah münasibətindən doğulmuş uşaqlara münasibətdə cavabdehin atalığının müəyyən olunması barədə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 12.09.2008-ci il tarixli AZ-İ № 115522 saylı və 16.10.2012-ci il tarixli AZ-İ № 218403 saylı şəhadətnamələr verilmiş və həmin şəhadətnamələrə əsasən, Cavabdeh faktiki nikah münasibətlərindən anadan olmuş uşaqların atası hesab edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçı ilə cavabdeh arasında alimentin ödənilməsinə dair qarşılıqlı razılıq olmamasını, eyni zamanda, cavabdehin məhkəmə iclasında hər ay hər bir uşağa görə 200 manat aliment ödəyə bilməsi barədə şifahi etirafını nəzərə аlаrаq, 25.09.2007-ci il təvəllüdlü X4 və 09.08.2012-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən alimentin iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan başlayaraq tutulmalı olduğu tarixdən, yəni 15.02.2022-ci il tаriхdən bаşlаyаrаq Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 200 mаnаt olmaqla, cəmi 400 manat sаbit pul məbləğində аlimеnt tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 3.4. maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədən kənar qaydada iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 25.09.2007-ci il təvəllüdlü X4 və 09.08.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.02.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar