Məhkəmə qərarları › İş №2(012)-1728/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1728/2022

12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1728/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh vəkili-nümayəndəsi Vəkil Novruz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binsında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 10 may 2004-cü ildə doğulmuş X9 və 27 fevral 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, hər ay cəmi 400 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 12.04.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin “xahiş etdi” hissəsində 10 may 2004-cü il təvəllüdlü X3 “X10” kimi oxunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 09 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 10 may 2004-cü ildə doğulmuş X10 və 27 fevral 2014-cü ildə doğulmuş X13 adlı iki uşaqları var. Onların arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2010-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Uşaqlar iddiaçının yanında qalır və uşaqların saxlanılması üçün cavabdeh heç bir köməklik göstərmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını, ehiyacını demək olar ki, iddiaçı çəkir, uşağın təlim-tərbiyəsi, maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. İddiaçı bildirmişdir ki, böyük qızı Nəzrin ali təhsil müəssisəsində (Bakı İncəsənət və Mədəniyyət Universiteti) ödənişli təhsil alır. İllik təhsil haqqı 1800 manat təşkil edir. Buna görə də, alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, o, NGT X7 Cəmiyyətində işləməklə rəsmi olaraq aylıq qazancı 551 manatdır. Ona görə də ondan alimentin tutulması Azərbaycan Respublikası Ailə məcəlləsinin 78.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 76.1.2.2 maddəsi ilə tutulmalıdır. Yəni, rəsmi qazancı olan 551 manatın 1/3 hissəsi həcmində aliment tutulmalıdır. Odur ki, İddiaçı ona qarşı verdiyi yetkinlik yaşına çatmayan 10 may 2004-cü il təvəllüdlü X4 və 27 Fevral 2014-cü il təvəllüdü X1 üçün hər uşağa görə 200 manat olmaqla hər ay cəmi 400 manat məbləğində alimentin tutulması barədə iddia tələbinin qismən təmin edilməsi, aylıq qazancı olan 551 manatın 1/3 hissəsi həcmində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı, iddia tələbini müdafiə etdiyini bildirərək, qətnamə ilə nikahın pozulduğunu, uşaqların onunla birlikdə yaşadığını, nikah pozulduqdan sonra da 11 il bir yerdə yaşadıqlarını, boşanma ilə bağlı onun heç bir məlumatı olmadığını, heç bir zaman aliment almadığını qeyd etmişdir.Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil Novruz oğlu məhkəmə iclasında iddia tələbinə verilən etirazı müdafiə edərək, bildirmişdir ki, cavabdeh iddia tələbini qismən qəbul edir. Birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehin 551 manat əmək haqqının 1/3 hissəsinin tutulmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən 14.10.2004-cü il tarixdə verilmiş AZ-İ № 512097 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 10 may 2004-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qızıdır. -2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07.04.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 297184 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 27.02.2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qızıdır. -X5 sonra prosesin davam etdirilə bilməməsi barədə 27.12.2021-ci il tarixli 2021- 002749 nömrəli arayışdan görünür ki, bu Arayış İddiaçı və Cavabdeh 27.12.2021-ci il tarixində 16:00-17:00 saatlarında keçirilən illin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər X5 sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci 100% ödəmişdir. Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən 09.12.2002-ci il tarixdə verilmiş Nikahın Bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X14 arasında 09.12.2022-ci ildə rəsmi nikah bağlanmış, arvada Qurbanova soyadı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2010-cu il tarixli, 2(078)-17/2010 saylı qətnaməsinin surətindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2010-cu il tarixli, 2(078)-17/2010 saylı qətnaməsi ilə Cavabdeh ilə X14 arasında Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən qeydə alınmış 09 dekabr 2002-ci il tarixli, 347 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, 10 may 2004-cü il təvəllüdlü X4 anası X8 yanında saxlanılması, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12, ev 66-da qeydiyyatda olan Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi aliment qismində 10 dekabr 2009-cu il tarixdən başlayaraq, 10 may 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 18, mənzil 4-də qeydiyyatda olan , Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi 141-də yaşayan X12 xeyrinə tutulması qət edilmişdir. -Naxçıvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən 14.05.2010-cu il tarixdə verilmiş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah 14.05.2010-cu il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 38 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilən Naxçıvan Muxtar Respublikası tərəfindən İddiaçı ünvanlanmış 10 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2010-cu il tarixli 2(078)-17/2010 nömrəli icra sənədi olunması üçün 20 may 2010-cu il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Bakı şəhəri 44 nömrəli dövlət notariat kontorunda təsdiq edilmiş 24 iyun 2010-cu il tarixli ərizə ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək borclu Cavabdeh ilə barışdığınızı və icra sənədinin icraatına xitam verilməsini xahiş etdiyinizdən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-17/2010 nömrəli 02 iyul 2010-cu il tarixli qərardadı ilə icra sənədinin icraatına xitam verilmişdir. -İş materiallarına əlavə olunan əmək haqqı məlumatlarından görünür ki, Cavabdeh əmək haqqı 551 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1. maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, оnlаrı tərbiyə еtmək vаlidеynlərin həm hüququ, həm də bоrcudur. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.02.2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. İddia tələbindən eyni zamanda görünür ki, İddiaçı tərəfindən Cavabdeh ilə birgə nikahından anadan olan 10 may 2004-cü ildə doğulmuş X4 və 27 fevral 2014-cü ildə doğulmuş X2 üçün yetkinlik yaşına çatanadək hər uşağa görə 200 manat olmaqla, hər ay cəmi 400 manat məbləğ xahiş olunur. Lakin iddiaçı cavabdehin maddi imkanının yaxşı olması ilə əsaslandırsa da, cavabdehin həmin pulu verməsi üçün maddi imkanının olubolmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat +1.000 manat yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehdən dövlət nəfinə 43,60 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı qızının xeyrinə 10.05.2004-cü il təvəllüdlü X4 və 27.02.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 193 manat, cəmi 386manat məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli 15 fevral 2022-ci il tarixdən hesablansın. Cavabdeh 43,60 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar