Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-178/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X6 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X6 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 15521,16 ABŞ dolları əsas, 18012,06 ABŞ dolları faiz, 3871,28 ABŞ dolları cərimə və 24.02.2018-ci il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1505,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 38909,8 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 4-cü küçə, dalan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin və digər şəxslərin həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin və digər şəxslərin evdən çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 bankın xeyrinə 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 15521,16 ABŞ dolları əsas, 18012,06 ABŞ dolları faiz, 3871,28 ABŞ dolları cərimə və 24.02.2018-ci il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1505,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 38909,8 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin və digər şəxslərin həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin və digər şəxslərin evdən çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" X5 ASC) “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 25% dərəcəsi ilə 18300 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi 24.12.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərində, habelə onun ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlində kredit borcunun faizləri ilə birlikdə hansı müddətdə və qaydada ödənilməsi göstərilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında mövcud olan öhdəliklər lazımınca icra edilmədiyindən, onun 09.04.2021-ci il tarixə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən Cavabdeh1 xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığından bank hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia faiz hissəsində illik 5 faizdən çox hesablandığı üçün əsassızdır. Belə ki, kreditor olan bankın məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunan Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenum Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, iddia faiz hissəsində əsassız olduğundan gecikdirilmiş gündən başlayaraq 90 təqvim gününədək Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarında qeyd edildiyi kimi, gecikdirilmiş il üçün illik beş faizə mütənasib hesablanmalı, qalan hissədə tam olaraq təmin olunmamalıdır. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.12.2014-cü il tarixli 6-G-1-0-2484-14 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" X3 “MXM” filialı – “Bank”, Cavabdeh1 – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, yəni 24 dekabr 2017-ci il tarixinədək illik 25% dərəcəsi ilə 18300 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, kreditin təminatı 36000 manat dəyərində olan daşınmaz əmlakdır. Həmin müqavilənin 1.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%-i həcmində dəbbə pulu hesablanır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, kredit üzrə faizlər hər ayın 30-u, (hər rübün son ayının 30-u və ya ödəniş qrafikində göstərilmiş) tarixindən gec olmayaraq Borc alan tərəfindən Kreditora ödənilir. Kredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın 30-u, (hər rübün son ayının 30-u və ya ödəniş qrafikində göstərilmiş) tarixədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş faizlər hesab olunur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarında Banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan 24.12.2014-cü il tarixli 6-G-1-0-2484-14 №-li kredit müqaviləsinin 1 saylı Əlavəsindən görünür ki, borcalanın Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda hər ay 727,6 ABŞ dolları məbləğində olmaqla ödəməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imza etmişdir. Həmin ödəniş cədvəlində müqavilə üzrə borcun ödənilməsinin sonuncu günü 24 dekabr 2017-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15521,16 ABŞ dolları əsas borc, 18012,06 ABŞ dolları faiz borcu, 3871,28 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi tarixədək illik 5 faiz hesablanmaqla 1505,3 ABŞ dolları əldən çıxmış fayda qismində borcu olmaqla – cəmi 37404,5 ABŞ dolları məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanıb. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" İKB-nın “MXM” filialına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(012)-3224/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2021-ci il tarixli, 9/6897 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə və maliyyə arayışında borcun hesablandığı tarixə (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan etibarən 5 faiz dərəcəsi ilə hesablanmaqla) olan borcu - kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borc üzrə 15533,75 ABŞ dolları, faiz borcu üzrə 8949,51 ABŞ dolları, maliyyə arayışında borcun hesablandığı tarixə əsas borc üzrə 15533,75 ABŞ dolları, faiz borcu üzrə 11376,66 ABŞ dolları olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki iş üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği (15533,75 ABŞ dolları) iddia tələbində göstərilən əsas borcun məbləğindən (15521,16 ABŞ dolları) çox olduğundan məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 tutulmalı əsas borcun məbləği iddia tələbinə uyğun, faiz borcunun məbləği isə müqavilə müddətinin bitdiyi tarixə ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni 8949,51 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia Cavabdeh1 3871,28 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsi tələbinə aid hissədə qismən təmin edilməli və işin halları nəzərə alınmaqla, dəbbə pulunun məbləği azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində də əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1505,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda üçün pul tutulmalıdır. Eyni zamanda məhkəmə iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 24.12.2014-cü il tarixli 6-G-1-0-2484-14 №-li İpoteka Müqaviləsi ilə "xxxx" X3 “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X7 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 14 dekabr 2021-ci il tarixli, 173 nömrəli müvafiq mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 33250 manat olduğu göstərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi 24 dekabr 2014-cü il tarixli 6-G-1-0-2484-14 №-li İpoteka Müqaviləsinə əsasən iddiaçı "xxxx" X1rşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada daşınar əmlakın rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında Bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeyd olunan iş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan evə tutma yönəldilməsi barədə ipoteka qoyana və ipoteka saxlayana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 33250 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 15521,16 ABŞ dolları məbləğində əsas, 8949,51 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 1505,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 26025,97 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 33250 manat müəyyənləşdirilərək açıq hərracda satılmalı, satışdan əldə olunacaq məbləğ hesabına banka olan borcun ödənilməsi təmin edilməli, satışdan əldə edilən vəsait kifayət etmədikdə qalan borc məbləği ümumi qaydada Cavabdeh1 tutulmalı, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər həmin evdən çıxarılmalı, əmlak boşaldılmalı, cavabdehlərin həmin əmlakdan istifadə hüquqları itirilmiş hesab edilməli və ev Banka təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydyyatına alınmasına görə 10 dövlət rüsumu və xidmət haqqı kimi 20 manat ödənilmişdir. Həmçinin iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə 400 manat, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 145 manat vəsait sərf edilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaitinin 125 manat hissəsi iddiaçıdan, 275 manat hissəsi isə Cavabdeh1 “X7 Mərkəzi” MMC-nin xeyrinə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat pul vəsaitinin isə 45 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi Cavabdeh1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 15521,16 ABŞ dolları məbləğində əsas, 8949,51 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 1505,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26025,97 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 33250 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi təmin edilsin. Əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 həmin evə istifadə hüquqları itirilmiş hesab edilsin, cavabdehlər həmin evdən çıxarılsınlar və ev boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 400 manat məbləğində pul vəsaitinin 125 manat hissəsi İddiaçı ASC-dən, 275 manat hissəsi Cavabdeh1 tutularaq “X7 Mərkəzi” MMC-yə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 manat məbləğində pul vəsaitinin 45 manat hissəsi İddiaçı ASC-dən, 100 manat hissəsi X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-178/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-178/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver