Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1781/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı iştirakı ilə İddiaçılar İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh və X8 qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı övladının Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin 1 otağından və həmin evin mətbəxindən, sanitar qovşağından istifadə qaydalarının müəyyən edilməsi, həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, 1994-cü ildən 2020-ci ilin əvvəllərinə qədər cavabdeh və onun ailə üzvləri ilə birgə təsərrüfat idarə etmişdir. Cavabdeh ilə ailə qurduqdan sonra Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 116 saylı evə gəlin köçmüş, 6 il orada yaşadıqdan sonra Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evində yaşamağa başlamışlar. Sonuncu evi qaynanasına mərhum qohumu X5 vəsiyyət etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(012)-1004/2020 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında 12 sentyabr 1994-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 08 may 2006-cı il təvəllüdlü X6 onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. Nikah məhkəmə qaydasında pozulsa da, o, həmin evdə yaşamışdır. Cavabdehdən aliment tələb etdiyinə görə onu evdən qovmuşdur. Onun cehiz əşyaları, qızı üçün aldığı bəzi cehiz əşyaları həmin evdədir. Qeyd edir ki, sözgedən ev bir daxmadan ibarət olmuşdur. Həmin evin şəraitini yaxşılaşdıraraq otaqlarını artırmış, əşyalar ilə təmin etmişdir. Lakin cavabdeh onu öz zəhməti ilə ərsəyə gətirdiyi evdən istifadə etməyə imkan vermir. Qaynanası rəhmətə getdikdən sonra da evə dair çıxarış alınmamışdır. Buna görə də o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(012)-1004/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 12 sentyabr 1994-cü il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 08 may 2006-cı il təvəllüdlü X6 anasının yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Abşeron rayon 2-ci Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 12 aprel 2003cü il tarixli vəsiyyətnamədən aydın olur ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Qara yev küçəsində yerləşən 7 saylı 2 otaqdan ibarət yaşayış evi X5 tərəfindən X4 vəsiyyət edilmişdir. - Abşeron RİHB-in Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli arayışdan aydın olur ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evində 2003-cü ildən 2020-ci ilin sentyabr ayına qədər yaşamışdır. -12.04.2014-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Abşeron rayonu Qobu qəsəbəsi Natavan küçəsi 116 saylı evdə qeydiyyatdadır. -26.08.2015-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Səmədov X14 rayonu Qobu qəsəbəsi Natavan küçəsi 116 saylı evdə qeydiyyatdadır. -12.09.2012-ci il tarixli AZE seriyalı 09478085 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu Qobu qəsəbəsi Natavan küçəsi 116 saylı evdə qeydiyyatdadır. -26.08.2015-ci il tarixli AZE seriyalı 15180326 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 rayonu Qobu qəsəbəsi Natavan küçəsi 116 saylı evdə qeydiyyatdadır. -17.02.2015-ci il tarixli AZE seriyalı 12312847 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 rayonu Qobu qəsəbəsi Natavan küçəsi 116 saylı evdə qeydiyyatdadır. -12.09.1994-cü il tarixli № 398350 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X11 12.09.1994-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Səmədova soyadı verilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə tərəfindən verilmiş 04.11.2020-ci il tarixli 870 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Qobu qəsəbəsi Natavan küçəsi 116 saylı evdə qeydiyyatdadır. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə tərəfindən verilmiş 03.11.2020-ci il tarixli 859 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Qobu qəsəbəsi Qarayev küçəsi 7 saylı evdə yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Qərarlarına göstərildiyi kimi, tərəflər arasında ailə hüquq münasibətləri 1994-cü ildən yarandığı üçün həmin münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin normaları ilə tənzimlənməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin məhkəmə iclasında araşdırılan mübahisələndirilməyən hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh ilə 1994-cü ildən nikaha daxil olmuş, birgə nikahlarından övladları var. Onlar 2003-cü ildən Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə köçmüşlər. Evi cavabdehin anası X7 vərəsəlik qaydasında əldə etmişdir. Tərəflərin nikahlarına 29 iyul 2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı sözügedən evdə 2020-ci ilin sentyabr ayınadək yaşamışdır. Cavabdeh iddiaçını mənzildən çıxarmış, bir daha qayıdıb yaşamağına imkan verməmiş və onu mənzilə buraxmamışlar. Ona görə də iddiaçı iddiasının təmin edilməsini, övladı ilə birlikdə evə köçürülməsini və istifadə qaydalarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı qızının cavabdehin anasına məxsus evə 2003-cü ildə gəlin köçərək 2020-ci ilin sentyabr ayınadək yaşaması işin mübahisə edilməyən halıdır. Eyni zamanda İddiaçı mübahisə edilən evə, həmin evin sahibinin razılığı ilə köçürülmüşdür. İddiaçı mübahisə edilən evdən çıxarılana qədər 17 il cavabdehlə birgə yaşayaraq istifadə etmişdir. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki İddiaçı mübahisəli mənzildə istifadə hüququ olduğundan, Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı mənzilinə azyaşlı övladı ilə birgə köçürülməlidir. Məhkəmə qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu baxımdan, iddiaçının “istifadə qaydalarının müəyyən edilməsi” tələbini əsaslı hesab edərək evin 1 otağından və həmin evin mətbəxindən, sanitar qovşağından istifadə istifadələrini mümkün hesab edir. Nəticə etibarı ilə məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı, övladı - 08 may 2006-cı il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin 1 otağından və həmin evin mətbəxindən, sanitar qovşağından istifadəsi mümkün hesab edilməklə həmin evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı, övladları - 08 may 2006-cı il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin 1 otağından və həmin evin mətbəxindən, sanitar qovşağından istifadəsi mümkün hesab edilməklə həmin evə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-1781/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1781/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver