Məhkəmə qərarları › İş №2(012)-182/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-182/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-182/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh1 vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə 10997.45 USD əsas, 15071.89 USD faiz, 3261.45 USD cərimə və kredit müqaviləsi üzrə 26.12.2017-ci il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1213.2 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 30543.99 USD borcun 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanm Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımıçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımıçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımıçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və digər şəxslərin Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımıçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Xırdalan” filialından illik 25%:lə 36 ay müddətinə 19000 USD məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətindəki Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi 2014-cü il 26 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. 09 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 10997.45 USD əsas, 15071.89 USD faiz, 3261.45 USD cərimə və kredit müqaviləsi üzrə 26.12.2017-ci il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1213.2 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 30543.99 USD borcu vardır. 2014-cü ilin 26 dekabr tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş olunur. Sonradan İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə 15653.79 ABŞ dolları əsas, 9117.32 ABŞ dolları faiz, 3261.45 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1213.2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29 245.76 ABŞ dolları borcun 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və digər şəxslərin Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, 2 otaqlı, 62.2 kv.m. ümumi, 44.2 kv.m. yaşayış, 18.0 kv.m. yardımçı sahədən və istifadədə olan 0.08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər iclasın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 dekabr 2014-cü il tarixli 27-G-1-0-535-14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1 illik 25%-lə 36 ay müddətinə 19000 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İş materiallarında olan 26 dekabr 2014-cü il tarixli 27-G-1-0-535-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafik əsasında aylıq 755.44 USD olaraq ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş planına Cavabdeh1 imza etmişdir. İş materiallarında olan 26.12.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 19000 USD (on doqquz min ABŞ dolları) məbləğində kredit götürmüşdür. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 03.12.2014-cü il tarixli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 və digər cavabdehlərin paylı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 26 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin «Xırdalan» filialı və ipoteka qoyan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qız arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 62.2 kv.m ümumi, 44.2 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi ipoteka qoyanlar tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın qiyməti 55000 (əlli beş min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 27.12.2014-cü il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin «Xırdalan» filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 116 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadırlar. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 13.04.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 09.04.2021-ci il tarixə ümumi borcu 30543.99 USD təşkil edir. Belə ki, əsas borcu 10997.45 USD, 15071.89 USD faiz borcu, 3261.45 USD. cərimə, əldən çıxmış fayda 1213.2 USD (26.12-2017-ci il tarixdən 09.04.2021-ci il tarixədək əsas borca hesablanmış 5%). İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 göndərilən 25.01.2021-ci il tarixli məktubda 5 gün müddətində borcunu ödəməyi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı və tutmanın ipoteka predmetinə yönəldiləcəyi əks olunmuşdur. 18.02.2021-ci il tarixli İddiaçı ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən 10.02.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarına əlavə olunan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanan 26 dekabr 2014-cü il tarixli 27-G-1-0-535-14 saylı kredit və ipoteka müqaviləsinə əlavə 29.03.2015-ci il tarixli əlavədən görünür ki, “36 ay” sözləri “50 ay” sözləri ilə əvəz edilmiş və kreditin müddəti 50 ay hesab edilmişdir. “26.12.2017” sözləri “26.02.2019” sözləri ilə əvəz edilmiş və kreditin son müddəti “26.02.2019” hesab edilmişdir. Bundan sonra 29.03.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavə edilmiş, lakin ipoteka qoyanlardan yalnız Cavabdeh1 ilə müqavilə bağlanmış, digər ipoteka qoyanlarla isə belə bir müqavilə bağlanmamışdır. Həmçinin ipotekanın əlavə qeydiyyatı tələb olunduğu halda ipotekanın əlavə qeydiyyatı da aparılmamışdır. İş materiallarında olan iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən 24.09.2021-ci il tarixli 9/6558 nömrəli ekspert rəyindən Cavabdeh1 26.12.2017-ci il tarixə əsas borcunun 15,653.79 ABŞ dolları, faiz borcunun 4,042.82 ABŞ dolları 23.04.2021-ci il tarixə əsas borcunun 15.065.79 ABŞ dolları, faiz borcunun 9,117.32 ABŞ dolları olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 28.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində olan 0.08 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 62.2 kv.m-dən, 44.2 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 55.000 (əlli beş min) AZN bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45.000 (qırx beş min) AZN müəyyən edilir. İş materiallarında olan iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən 08.02.2022-ci il tarixli 9/97 nömrəli ekspert rəyindən Cavabdeh1 26.02.2019-cu il tarixinə (müqavilə müddəti bitən tarixə) əsas borc üzrə 15,653.79 ABŞ dolları, faiz borcu üzrə 8.373,63 ABŞ dolları 26.02.2019-cu il tarixdən sonrakı dövrdə 09.04.2021-ci il tarixə 5%-lə hesablanan faiz borcu 713,25 ABŞ dolları. Qeyd edilir ki, 24.09.2021-ci il tarixli, 9/6558 saylı ilkin məhkəmə-mühasibat ekspertizasının rəyinin nəticələri ilə hazırki rəyin nəticələri arasında yaranmış fərq onunla izah olunur ki, ilkin ekspert rəyində hesablamalar ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə 26.12.2017-ci il tarixinədək və həmin tarixdən 23.04.2021-ci il tarixinədək olan müddət ərzində aparılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 28.02.2022-ci il tarixli hesabatdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində olan 0.08 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 47.000 (qırx yeddi min) AZN müəyyən edilir. Ödəniləsi məbləğ 375 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, işin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olmaqla təmin edilərək 15.653,79 ABŞ dolları, faiz borcu hissəsində qismən təmin edilərək 8.373,63 ABŞ dolları, cərimə borcunun məbləği azaldılaraq 150 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 713,25 ABŞ dolları, cəmi 24.890,67 ABŞ dolları, qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 62.2 kv.m ümumi, 44.2 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Məhkəmə burada qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin müddətinin uzadılması barədə 29.03.2015-ci il tarixli əlavə saziş barədə borcalandan başqa, digər ipotekaqoyanlarla əlavə müqavilə bağlanmadığından, ipoteka qoyanların məsuliyyətinin həddi 29.03 2015-ci il tarixədək olan borc məbləği ilə şərtlənəcəkdir, həmin borc məbləği isə iş materiallarından göründüyü kimi 15653,79 ABŞ dolları təşkil edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsində ipoteka predmeti

55. 000 manat qiymətləndirilmişdir. İş materiallarında olan qiymətləndiricilərin rəyinə əsasən ipoteka predmetlərinin likvid dəyəri 45 000 manat və 47.000 manat qiymətləndirilmişdir. Məhkəmə müqayisəli təhlil edərək ipoteka predmetinin likvid dəyərinin 47.000 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iddia tələbinin evdən istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb ipoteka predmetinə yönəldiyindən oradan istifadə hüququ olan cavabdehlərin istifadə hüquqları itirilməli, cavabdehlər – ipoteka qoyan mülkiyyətçi olduğundan, mənzildən çıxmaqla bağlı onun razılığı tələb edilmədiyindən ev hərracda satıldıqdan 1 ay sonra evdən çıxarılmalıdırlar. Digər şəxslərin kimliyi müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbinin evin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə təmin edilərək 15.653,79 ABŞ dolları, faiz borcu hissəsində qismən təmin edilərək 8.373,63 ABŞ dolları, cərimə borcu üzrə 150 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 713,25 ABŞ dolları, cəmi 24.890,67 ABŞ dolları (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) və 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləği tutulub iddiaçıya verilməli, tələb Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 62.2 kv.m ümumi, 44.2 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, əldə edilən pulun 15.653,79 ABŞ dollarına müvafiq manatla hissəsi borcun ödənilməsinə yönəldilməli, qalan məbləğ isə cavabdehlərə qaytarılmalı, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri – ilkin satış qiyməti 47 000 (qırx yeddi min) manat müəyyən edilməli, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 62.2 kv.m ümumi, 44.2 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evindən çıxarılmalı və onların ora istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidməti haqqı olmaqla, ümumilikdə 60 manat məhkəmə xərcinin 30 manat məbləğindəki hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissə isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar 375 (üç yüz yetmiş beş) manat xidmət haqqının 187,5 manatı iddiaçıdan, 187,5 manatı isə cavabdehlərdən tutularaq "xxxx" MMC-nin “Kapital Bank” Hesab № AZ37NABZ******************** saylı hesabına köçürülməli, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 150 manat məhkəmə xərcinin 75 manatı iddiaçıdan, 75 manatı isə cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Digər qiymətləndiricinin xərci cavabdeh tərəfindən çəkilmişdir. Bu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 15.653,79 ABŞ dolları, faiz borcu üzrə 8.373,63 ABŞ dolları, cərimə borcu üzrə 150 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 713,25 ABŞ dolları, cəmi 24.890,67 ABŞ dolları (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) və 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləği tutulub İddiaçı ASC-yə verilsin. Tələb Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 62.2 kv.m ümumi, 44.2 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, əldə edilən pulun 15.653,79 ABŞ dollarına müvafiq manatla hissəsi borcun ödənilməsinə yönəldilsin, qalan məbləğ isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qaytarılsın. İpoteka predmeti olan həmin əmlakın likvid dəyəri – ilkin satış qiyməti 47 000 (qırx yeddi min) manat müəyyən edilsin. Həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 62.2 kv.m ümumi, 44.2 kv.m yaşayış, 18 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evindən çıxarılsınlar və onların ora istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndiricinin xərci olaraq 375 (üç yüz yetmiş beş) manat xidmət haqqının 187,5 manatı İddiaçı ASC-dən, 187,5 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin “Kapital Bank” Hesab № AZ37NABZ******************** saylı hesabına köçürülsün. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 150 manat məhkəmə xərcinin 75 manatı İddiaçı ASC-dən, 75 manatı isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar