Məhkəmə qərarları › İş №2(012)-185/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-185/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-185/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə 145.456.31 manat əsas, 11.640.63 manat faiz borcu olmaqla ümumilikdə cəmi 157.096.94 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin 8 saylı filialından illik 7 %-lə 300 ay müddətinə 150000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzili 2018-ci il 07 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat mislində cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 12-dək Cavabdeh 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 145456.31 manat əsas, 11640.63 manat faiz borcu olmaqla ümumilikdə cəmi 157096.94 borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə 145456.31 manat əsas, 29493.27 manat faiz borcu olmaqla ümumilikdə cəmi 174949.68 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə 145456.31 manat əsas, 40.739.95 manat faiz və 224.98 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186.421.24 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin vəkilinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin 8 saylı filialı ilə borcalan Cavabdeh arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 300 ay müddətinə, illik 7 %-lə 150.000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat mislində dəbbə pulu ödəməlidir. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh götürdüyü kredit məbləğini müvafiq qrafikə əsasında aylıq 1060,17 (sonuncu ay 1059,47) manat olaraq ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını Cavabdeh imza etmişdir. İş materiallarında olan tərəflər arasında bağlanan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əlavənin 1.1 bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 6cı bəndinə əsasən müqavilə üzrə tələb hüququ Kreditor tərəfindən geri alındığı təqdirdə həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi Kreditorun həmin gün olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanacaq və borcalan tərəfindən ödəniləcək. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 10 sentyabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin 8 saylı filialı və ipoteka qoyan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzili ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 220.000 (iki yüz iyirmi min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzili "xxxx" İKB ASC-nin 8 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 693 nömrəli reyestr kitabının 65296 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh göndərilən xx.xx.2021-ci il tarixli bildiriş məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzili kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. Eləcə də xx.xx.2021-ci il tarixli "xxxx" İKB ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixli bildirişin qeydə alması xahiş edilmiş, tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışında görünür ki, Cavabdeh həmin tarixə olan borcu 145456.31 manat əsas borc, 11640.63 manat faiz borcu, ümumilikdə 157096.94 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışında görünür ki, Cavabdeh həmin tarixə olan borcu 145456.31 manat əsas, 29493.37 manat faiz borcu olmaqla ümumilikdə cəmi 174949.68 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında görünür ki, Cavabdeh həmin tarixə olan borcu 145456.31 manat əsas, 40739.95 manat faiz borcu, 224.98 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186421.24 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/267 №-li rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 07 sentyabr 2018-ci il tarixli 20-İP- AİF-1-0-185-18 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan borcu 159.657,97 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə -------------- 145.456,31 manat; - faiz borcu üzrə -------------- 14.201,66 manat. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 3294/2021 saylı qərardadı ilə mülki iş üzrə təkrar qiymətləndirici rəyi alınmağı qərara alınmış və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, 311/E №-li "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilin hazırki likvid dəyəri 308,500 (üç yüz səkkiz min beş yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3294/2021 saylı qərardadı ilə mülki iş üzrə təkrar qiymətləndirici rəyi alınmağı qərara alınmış və “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 142.84 kv.m-dən ibarət olan mənzilin qiymətləndirmə tarixinə: Bazar dəyəri: 259 400 (iki yüz əlli doqquz min dörd yüz) manat, Likvid dəyəri: 244 800 (iki yüz qırx dörd min səkkiz yüz) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 10/324 №-li ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində inşa edilmiş 12 saylı evin 85 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümum dəyəri təqribən 268500,0 manat (142,84x1880) məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 255000,0 manat məbləğində müəyyən edilir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh öz öhdəliklərinin icrası barədə "xxxx" İKB ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanan 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin 8 saylı filialından illik 7 %-lə 300 ay müddətinə 150000 manat məbləğində kredit götürmüş, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzili 2018-ci il 07 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 220.000 (iki yüz iyirmi min) manat olaraq müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əlavənin 1.1 bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 6-cı bəndinə əsasən müqavilə üzrə tələb hüququ Kreditor tərəfindən geri alındığı təqdirdə həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi Kreditorun həmin gün olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanacaq və borcalan tərəfindən ödəniləcək. İşin materiallarından göründüyü kimi 2020-ci ilin sentyabr ayından borcalan Cavabdeh 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmiş, həmin vaxtdan, yəni 2020-ci ilin sentyabr ayından sonra kredit müqaviləsi üzrə faiz dərəcəsi iddiaçının verdiyi məlumatlara əsasən həmin gün olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən 18%-lə hesablanmış, bu əsasda xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh həmin tarixə olan borcu 145456.31 manat əsas, 40739.95 manat faiz borcu, 224.98 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186421.24 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş 224.98 manat cərimənin məbləği azaldılmalı, 22 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə kredit borcu tələbi üzrə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi kredit borcu hissəsində qismən təmin edilərək iddiaçı "xxxx" İKB ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 145456.31 manat əsas, 40739.95 manat faiz və 22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186.218.26 manat məbləğində kredit borcuna görə pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə ipoteka predmetinin likvid dəyərini müəyyən etmək üçün işdə olan sübutlar hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarında olan tərəflər arasında bağlanan 10 sentyabr 2018-ci il tarixli 20-İP-AİF-1-0-185-18 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmetinin dəyəri 220 000 (iki yüz iyirmi min) manat olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilən qiymətləndiricilərin rəyinə əsasən evin likvid dəyəri 308,500 (üç yüz səkkiz min beş yüz) manat, 244 800 (iki yüz qırx dörd min səkkiz yüz) manat, 255 000,0 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edilən sübutlara müqayisəli şəkildə məcmu halda qiymət verərkən ipoteka predmetinin likvid dəyərinin sonuncu məhkəmə ekspertizasının rəyilə 255.000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi ilə müəyyən edilən qiyməti ilə müqayisədə ötən zaman ərzində qiymət artımı nəzərə alınmaqla real hesab edərək, mübahisəli ipoteka predmeti olan mənzilin likvid dəyəri 255000 (iki yüz əlli beş min) manat müəyyən edilməlidir. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə iddia tələbinin evin hərracdan satılandan bir ay sonra cavabdehin həmin mənzilsən çıxarılması, həmin mənzilin boşaldılması cavabdehin həmin mənzilə istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. İddia tələbinin mənzilin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi halları nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 145456.31 manat əsas, 40739.95 manat faiz və 22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186218.26 manat məbləğində kredit borcu habelə, məhkəmə xərcləri üçün rüsuma görə 20 manat (iyirmi manat), xidmət haqqına görə 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh mənzil hərracdan satılandan bir ay sonra oradan çıxarılmalı, oranı boşaltmalı və onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməli,ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinin likvid dəyəri 255 000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə ekspertizası üzrə 250 manat məbləğində məhkəmə xərci vardır. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ekspertiza xərcinə görə 100 manat iddiaçıdan, 150 manat isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Həmçinin qiymətləndiricinin rəyi üzrə 300 manat məhkəmə xərcinin 100 manatı İddiaçı ASC-dən, 200 manatı Cavabdeh tutulub “X1 Mərkəzi” MMC-nin hesabına keçirilməlidir. Cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına 300 manat ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin məbləğ özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 145456.31 manat əsas, 40739.95 manat faiz və 22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186218.26 manat məbləğində kredit borcu habelə, məhkəmə xərcləri üçün rüsuma görə 20 manat (iyirmi manat), xidmət haqqına görə 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh mənzil hərracdan satılandan bir ay sonra oradan çıxarılsın, oranı boşaltsın və onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinin likvid dəyəri 255 000 manat müəyyən edilsin. Məhkəmə xərci olaraq İddiaçı ASC-dən 100 manat və Cavabdeh 150 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qiymətləndiricinin rəyi üzrə 300 manat məhkəmə xərcinin 100 manatı İddiaçı ASC – dən, 200 manatı da Cavabdeh tutulub “X1 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar