Məhkəmə qərarları › İş №2(012)-1840/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1840/2023

25.04.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1840/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızına qarşı tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızına qarşı tərəflər arasında bağlanmış payçı, müqavilələrinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Səfərova Nigar Dünyamalı qızı arasında bağlanmış ********* saylı 15 fevral 2020ci il tarixli Payçı müqaviləsinin ləğv edilməsi cavabdeh Səfərova Nigar Dünyamalı qızının Abşeron ray., H.Əİiyev pr. 30-cu məhəllə, 41-cı bina, 43 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Səfərova Nigar Dünyamalı qızı arasında 15 fevral 2020-ci il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh Səfərova Nigar Dünyamalı qızına Abşeron ray., H.Əliyev pr. 30-cu məhəllə, 41-cı bina, mən.43, sahəsi 59.4 kv.m olan, 2 otaqlı mənzil satılmışdır. "xxxx" ASC Səfərova Nigar Dünyamalı qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən X9 Dünyamalı qızma 53 200 (əlli üç min iki yüz) manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əsasən Səfərova Nigar Dünyamalı qızı aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 17-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 1530 manat (min beş yüz otuz) manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Kristal Abşeron MTK ilə "xxxx" ASC arasında X3 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. ABB ASC ilə Kristal Abşeron MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh, Səfərova Nigar Dünyamalı qızı kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 53 200 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcədə kredit müqaviləsinin 7.3, 13.2,13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Səfərova Nigar Dünyamalı qızı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron ray., H.Əliyev pr. 30-cu məhəllə, 41-cı bina, mən.43, sahəsi 59.4 kv.m olan, 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Səfərova Nigar Dünyamalı qızı məxsus olan Abşeron ray., H.Əliyev pr. 30-cu məhəllə, 41-cı bina, mən.43, sahəsi 59.4 kv.m olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh Səfərova Nigar Dünyamalı qızına dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X4 tərəfindən Cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetinnəmişdir. Cavabdeh, Abşeron ray., H.Əİiyev pr. 30-cu məhəllə, 41-cı bina, mən.43, sahəsi 59.4 kv.m olan, 2 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında bağlanmış 15 fevral 2020-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, MTK pay qismində çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə tikilməkdə olan 41cı binada, 1-ci blok, 7-ci mərtəbə, 43 №-li, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 66528 manat məbləğində pul vəsaitini İddiaçınə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli 421 saylı Kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı ilə İddiaçı arasında imzalanmış 15 fevral 2020ci il tarixli ********* №-li müqavilənin predmeti olan mənzilin alınması məqsədi ilə Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızına 240 ay müddətinə 53200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə təmsilçi X6 (zamin) və İddiaçı arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 421-K.A saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin X2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 421 saylı Kredit müqaviləsinə əsasən 53200 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı və İddiaçınə ünvanlanmış 02 fevral 2023-cü il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı və İddiaçı banka olan ödəniş cədvəli üzrə 1530 manat məbləğində borcun ödənilməzsə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borcu tələb etməklə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızının zamini İddiaçınə müraciət ediləcəyi, İddiaçı isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızına məxsus olan Xırdalan şəhəri, H.Əİiyev pr. 30, 41 saylı, 7 mərtəbəli bina, 59.4 kv.m ümumi sahəsi olan 2 otaqlı 43 №-li mənzili öz sahibliyinə keçirərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdar olunmuşlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında 15 fevral 2020-ci il tarixli ********* nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 421 saylı Kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı ilə İddiaçı arasında imzalanmış 15 fevral 2020-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əİiyev pr. 30, 41 saylı, 7 mərtəbəli bina, 59.4 kv.m ümumi sahəsi olan 2 otaqlı 43 №-li mənzilin alınması məqsədi ilə Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızına 240 ay müddətinə 53200 manat məbləğində kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətiı ilə İddiaçı (zamin) və Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı (borclu) arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 421-K.A saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 421 saylı kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı kredit müqaviləsi ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 53200 manatın 240 ay müddətinə ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda da iddiaçı kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə payçı müqaviləsinin ləğv edilməsini, cavabdehin mənzili boşaldılaraq ona təhvil verilməsini tələb edir. cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılırş Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.1.maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı ilə Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında bağlanmış 15 fevral 2020-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə qiymətinin qalan 53200 manata bərabər tutulan məbləği “Payçı” “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Yenə həmin müqavilənin 8.12-ci bəndinə əsasən payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəf tərəflər arasında bağlanan öhdəliyi vaxtında icra etmədiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməli, tərəflər arasında bağlanan İddiaçı ilə Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında bağlanmış 15 fevral 2020-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən payçı müqaviləsi ləğv edilməli, Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı İddiaçınə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əİiyev pr. 30, 41 saylı, 7 mərtəbəli bina, 59.4 kv.m ümumi sahəsi olan 2 otaqlı 43 №-li mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında bağlanmış 15 fevral 2020-ci il tarixli ********* nömrəli payçı müqaviləsi ləğv edilməli, Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı İddiaçınə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əİiyev pr, məhəllə 30, 41 saylı, 7 mərtəbəli bina, 59.4 kv.m ümumi sahəsi olan 2 otaqlı 43 №-li mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı arasında bağlanmış 15 fevral 2020-ci il tarixli ********* nömrəli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Səfərova (Nəbiyeva) Nigar Dünyamalı qızı İddiaçınə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əİiyev pr, məhəllə 30, 41 saylı, 7 mərtəbəli bina, 59.4 kv.m ümumi sahəsi olan 2 otaqlı 43 №-li mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar