Məhkəmə qərarları › İş №2(012)-1842/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1842/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1842/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 08 iyun 2014-cü il təvəllüdlü X5 və 29 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin, 29 avqust 2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək 100 manat məbləğində pulun və 50 manat mediasiya haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun Cavabdeh ilə 13 sentyabr 2013cü il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Birgə nikahlarından 08 iyun 2014-cü il təvəllüdlü X5 və 29.08.2019-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Onların aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, həmin qətnamə ilə birgə nikahdan anadan olmuş uşaqların onun himayəsində saxlanılması müəyyən edilmişdir. Uşaqlar onun yanında qalır və uşaqların saxlanılması üçün cavabdeh heç bir köməklik göstərmir.İddia ərizəsində hər uşağa görə 200 manat aliment cavabehdən tutularaq ona ödənilməsini xahiş etmiş,lakin məhkəmə tərəfindən hər uşağa görə 150 manat aliment tutularsa həmin məbləğə etirazı olmayacaqdır.Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, 29 avqust 2019cu il təvəllüdlü X3 üç yaşına çatanadək 100 manat məbləğində pulun tutulmasını da hal-hazırda istəmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 549837 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 08.06.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X4 tərəfindən qeydə alınmış AZ-İV № 621020 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 29.08.2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3281/2020 saylı, 28.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 13 sentyabr 2013-cü il tarixdə qeydə alınmış, 682 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 08 iyun 2014-cü il təvəllüdlü X5 və 29.08.2019-cu il təvəllüdlü X3 anaları X2 yanında qalmaları qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən, bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi,həmçinin iddiaçının məhkəmə iclasında iddia ərizəsində göstərdiyindən fərqli olaraq cavabdeh tərəfindən hər uşğa görə 150 manat aliment ödənilərsə etirazı olmayacağı barədə verdiyi izahaı da nəzərə alaraq hesab edi rki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin cavabdehin əlavə aliment ödəməyə maddi cəhətdən imkanını olması barədə sübutlar müəyyən olunmadığını,bundan başqa bununla da bağlı iddiaçının hazırda tələbi olmaması barədə izahatını da nəzərə alarq hesab edir ki, 29 avqust 2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək 100 manat məbləğində pulun cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,həmin xərc məhkəmə xərclərinə aid olmadığındn,iddia tələbi bu hisədə də rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 22.02.2022-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 56 (əlli altı) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 22.02.2022-ci il tarixindən başlayaraq 08.06.2014-cü il təvəllüdlü X5 və 29.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 29 avqust 2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək 100 manat məbləğində pulun və 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar