Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1859/2022 30.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentdən azad edilmə və aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-752/2019 saylı icra sənədinə əsasən, təyin edilmiş alimentdən azad edilməyi və həmin icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq 2021-ci ilin dekabr ayı daxil olmaqla hesablanmış 11704 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların nikahları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(011)-752/2019 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından anadan olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanmaları və xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Bildirir ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 qeyd etdiyi qətnamə ilə analarının himayəsinə verilsə də, faktiki olaraq anadan olduqları vaxtdan indiyə qədər onunla yaşayırlar. Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-752/2019 saylı sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq 2021-ci ilin dekabr ayı daxil olmaqla Cavabdeh 11704 manat borcunun olduğu göstərilir. Hesab edir ki, birgə nikahdan anadan olan uşaqlar onunla yaşadığı üçün həmin borc məbləği silinməli aliment öhdəliyindən azad edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, hesab edir ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Xətai rayon Məhkəməsinin 2(011)-752/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi çıxarılandan və uşaqlarının onunla qalması qət ediləndən sonra uşaqları həm onunla, həm ataları ilə qalmışlar. O, uşaqların atası ilə bağlılıqlarının pozulmasının tərəfdarı olmamış, uşaqların mənəvi sağlam böyüməsini təmin etmək üçün əlaqənin kəsilməsinin uşaqların mənafeinə uyğun olmadığını düşünmüş, atası ilə ünsiyyətinə mane olmamışdır. Eyni zamanda övladı Mərdəlini əvvəl 64 saylı orta məktəbdə təhsil aldığı üçün dərsdən, sinif yoldaşlarından ayırmamış, məktəbini dəyişməmişdir. Uzun məsafə qət edib, yaşayış evindən övladını 64 saylı orta məktəbə aparıb, gətirmişdir. Pandemiya dövründə isə məktəblər bağlı olmuşdur. Sonrakı dövrdə İsmayılı Məmmədli kənd orta məktəbinə köçürmüş, Mərdəlini isə yuxarı sinifdə oxuduğu üçün köçürməmişdir. İddiaçı uzun illər aliment ödəməsə də, o, halal zəhmətiylə, min bir əziyyətlə uşaqları saxlamışdır. Onun yaşayış evi uşaqların yaşaması üçün tam şəraitlidir. İddiaçı əgər uşaqların onunla qalmasını arzulayırdısa bunu daha əvvəl də edə bilərdi, iddianın 3 il sonra verilməsi onun aliment qətnaməsinin icrasını tələb etməyindən sonra olmuşdur. Hesab edir ki, qanuni qüvvədə qətnamə var və heç bir orqan qətnamə üzrə tutulmuş vəsaiti silməməlidir. İddiaçı iddia ərizəsi uşaqların onun himayəsinə verilməsinin səbəbini və əsasını göstərə bilməmişdir. İddiaçının yeganə məqsədi uşaqların qeydinə qalmamaq, özü üçün yaşamaq, aliment ödəməmək və uşaqları saxlamamaqdır. Göstərilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 752/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1632 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, cavabdeh İddiaçı birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulmasına 05 mart 2019-cu il tarixdən başlanması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1632 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, cavabdeh İddiaçı birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulmasına 05 mart 2019-cu il tarixdən başlanması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-752/2019 saylı icra sənədinə əsasən, təyin edilmiş alimentdən azad edilməyi və həmin icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq 2021-ci ilin dekabr ayı daxil olmaqla hesablanmış 11704 manat aliment borcunun silinməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-752/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 hal-hazırda anaları Cavabdeh yanında yaşayırlar. Bu fakt iddiaçının izahatı ilə öz təsdiqini tapmış və həmin halı təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh alimentin borcunun silinməsinə əsas verən halları məhkəmədə sübuta yetirə bilmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-752/2019 saylı icra sənədinə əsasən, təyin edilmiş alimentdən azad edilməyi və həmin icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq 2021-ci ilin dekabr ayı daxil olmaqla hesablanmış 11704 manat aliment borcunun silinməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 752/2019 saylı icra sənədinə əsasən, təyin edilmiş alimentdən azad edilməyi və həmin icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq 2021-ci ilin dekabr ayı daxil olmaqla hesablanmış 11704 manat aliment borcunun silinməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1859/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1859/2022
30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver