Məhkəmə qərarları › İş №2(012)-1865/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1865/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1865/2022 31.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Mamad qızının və İddiaçı3, cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Mamad qızının və İddiaçı3 cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin qarşı pul tələbi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 Mamad qızı və İddiaçı3 cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin qarşı pul tələbi və vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 Mamad qızı və İddiaçı3 ərizə təqdim edərək, iş üzrə sənədləri düzəltmək üçün sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı1, İddiaçı2 Mamad qızı və İddiaçı3 iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiklərindən, cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 isə mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyindən ərizə təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 Mamad qızının və İddiaçı3 iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Mamad qızının və İddiaçı3 cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinin qarşı pul tələbi və vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar