Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1889/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxxxxx” MMC arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış ABB YM-0228 nömrəli (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) alqı-satqı müqaviləsinin ləğv edilməsi, “xxxxxxxxxxx” MMC-dən iddiaçının xeyrinə 19000 manat əsas borcun, 3800 manat məbləğində illik 5 % olmaqla, cəmi 22800 manat məbləğində pulun geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləninin və 5-xx-xx-2015-XS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsini, tərəfindən ödənilmiş 19000 manat əsas borcun, 3800 manat məbləğində illik 5 % olmaqla, cəmi 22800 manat məbləğində pulun “xxxxxxxxxxx” MMC-dən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxx” MMC ilə iddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli mənzilin alqı-satqısına dair müqaviləyə əsasən tərəfindən ümumilikdə 29.640 manat məbləğində pul ödənilərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 28 saylı küçədə inşa edilən 5 saylı binada, ümumi sahəsi 31.2 kv.metr olan 1 otaqlı 96 saylı mənzili satın alınmışdır. Mənzilin satın alınması ilə əlaqədar olaraq 10000 manat məbləğində ilkin ödəniş edilmiş, geridə qalan məbləğin ödənilməsi üçün isə “xxxxxxxxxxxxxxx” ASC-dən 19640 manat məbləğində kredit götürülmüşdür. Hazırda “xxxxxxxxxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək binanın tikintisini dayandırmış və iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Bank tərəfindən isə kredit öhdəliklərinin ödənilməsi tələb olunur, lakin “xxxxxxxxxxx” MMC-nin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən ödənişlərin edilməsi də iddiaçı tərəfindən dayandırılmışdır. Artıq müqavilənin bağlanmasından 5 il müddət keçməsinə baxmayaraq tikinti başa çatmamış və “xxxxxxxxxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçının pulunu özündə saxlamaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən “xxxxxxxxxxx” MMC-yə xx xxxx 2018-ci il tarixdə rəsmi olaraq müraciət edilmiş, ödənilmiş vəsaitin iddiaçıya geri qaytarılması xahiş olunmuş, lakin cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. 2019-cu ilin oktyabr ayında rəsmi olaraq yenidən müraciət olunmuş, yenə də onun müraciətinə cavab verilməmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilərsə müəyyən etmək mümkündür ki, həqiqətən də cavabdeh müəssisə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən bugünədək 19000 manat məbləğində pul ödənildiyindən və cavabdeh həmin pul məbləğini özündə qeyri-qanuni saxladığından əlavə olaraq hər il 5%məbləğində pul ödəməlidir. Hazırda o, ailəsi ilə birlikdə kirayədə yaşayır, cavabdeh isə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmiş olsaydı, iddiaçı öz mənzilinə köçmüş olardı. Beləliklə də, əlavə kirayə haqqı ödəmək məcburiyyətində qalmazdı. Odur ki, onunla cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləninin və 5-xx-xx-2015-XS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsini, tərəfindən ödənilmiş 19000 manat əsas borcun, 3800 manat məbləğində illik 5 % olmaqla, cəmi 22800 manat məbləğində pulun “xxxxxxxxxxx” MMC-dən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib etiraz ərizəsini təqdim edərək izahatında göstərdi ki, İddiaçı xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) mənzilin alqı-satqı müqaviləsinəəsasən, ümumi dəyəri 29,640manat olaraq, ilkin 10,000manat öz vəsaiti hesabına və qalıq 19,640manatı isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə kreditləşmə üsulu ilə ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28saylı küçədə inşa edilən 5saylı binanın, mərtəbə 12,ümumi sahəsi 31.2kv.metr olan 1otaqlı 96saylı mənzili almışdır. İddiaçı iddia tələbində müqavilə bağlandığı andan yaşayış binasının təhvil verilmədiyini, MMC-in öhdəliklərini icra etməməsi səbəbindən tərəfindən ödənilmiş 19000 manat məbləğini tələb edir. cavabdeh “xxxxxxxxxxx” MMC xx xxxx 2015ci il tarixli, ABB YM-0228 saylı alqı-satqı müqaviləsi üzrə mənzilin təhvil verilməsi öhdəliyindən yayınmır və təhvil veriləcək. Hazırda həmin müqavilə üzrə sözügedən mənzilin yerləşdiyi yaşayış binasının 10-cu mərtəbəsinin inşası yekunlaşır. xx.xx.2015-ci il tarixli ABB YM-0228 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbinəgəldikdə isə, həmin müqavilənin 10-cu bəndinə müqavilənin ləğvinə dair tələblər öz əksini tapmışdır.Müqavilənin 10-cu bəndinə görə, alıcıtərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri pozularsa cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ vardır. Müqavilənin ləğv edilməsi halında, alıcı tərəfindən cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzindəalıcıya qaytarılacaqdır.Həmin müqavilədə cavabdeh cəmiyyət ilə iddiaçı alıcı arasında yaranmış hüquq münasibətlərini tənzimləyir.Müqavilə öhdəliklərinə qanunvericliyə və müqavilənin şərtlərinə uyğun tərzdə əməl edilməsi mülki dövriyyəni təmin edən mühüm şərtlərdən biridir. Mülki dövriyyənin təmin edilməsi də mülki qanunvericiliyin prinsiplərindən biridir. İddiaçı 19000 manat məbləğin ödənişinin əsası sübut etməli olduğu halda heç bir sübut əlavə edilməmişdir. İddia tələbinin təsviri və əsaslandırım hissəsi ilə tanış olduqda tam aydın olmasa da belə ehtimal olunur ki, tələb olunan məbləği iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödəmişdir. Çünki iddiaçı qeyd etdiyi kimi aldığı mənzil “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin vasitəsilə maliyyələşdirilməklə müvafiq aylar üzrə illik faiz dərəcəsi ilə kreditləşdirilmişdir. Halbuki qeyd olunan xüsusatları iddiaçı tərəf məhkəməyə bildirmir. Eyni zamanda, iddiaçının tələb etdiyi məbləğin hansı hissəsinin əsas borca, faiz məbləğinə və ya cərimə məbləğinə aid olması aydınlaşdırılması üçün üçüncü şəxs olan Banka müraciət olunmalıdır. İlk öncəİddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış müvafiq (naməlum) Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə borclu İddiaçı təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28saylı küçədə inşa edilən 5saylı binanın, mərtəbə 12,ümumi sahəsi 31.2kv.metr olan 1otaqlı 96saylı mənzilin dəyərini ödəmək məqsədilə razılaşdırılmışmüddətinə illik müvafiqdərəcəsiilə 19640manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin tələbinə görə təminat predmeti həmin mənzildir. Məhz bu səbəbdən mənzilə dair mübahisənin tərəflərindən biri də təminat predmetini saxlayan və maraqlarına toxunan Bankdır. İddiaçı cavabdeh Cəmiyyətin xx.xx.2015-ci il tarixli ABB YM- 0228 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyindən ödədiyi 19000 manat məbləğini hər il üçünqanunsuz saxlanmasıkimi qiymətləndirir və faydalanmadığınagörə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 3800 manatzərərini tələb edir. Bu tamamilə əsassız və qanunsuzdur. İddiaçının beş il müddətində ödənilmiş vəsaiti özgənin vəsaiti qanunsuz saxlama kimi qiymətləndirmək mövcud maddi hüquq normalarına ziddir. Lakin iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC qarşısında müvafiq Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqavilə üzrə istifadə etdiyi 19640 manat vəsaitin razılaşdırılmış müddətində hissə-hissə ödənişə dair öhdəlik götürmüş və öhdəliyini icra etmişdir. Qeyd olunan izahdan göründüyü kimi, iddiaçının Bank qarşısında razılaşdırılmış müddətinə götürdüyü kredit öhdəliyini vaxtından əvvəl 5 il müddətinə icra etməklə digər mənzilin alqı-satqı müqaviləsi üzrə mənzilin təhvil verilməsini gecikdirilməsi ödənilmiş vəsaitin qanunsuz saxlanması və saxlanmağa görə mənfəətin itirilməsi, yaxud geri qaytarılmaması faydalanmaqdan məhrum edilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı xx.xx.2018-ci il tarixində ərizəiləcəmiyyətə müraciət edərək sözügedən mənzilə görə tərəfindən ödənilmiş 10000 manat məbləğdən 1000 manat dəbbə pulu və banka ödənilmiş faiz məbləği tutulmaqla qalıq məbləğin qaytarılmasını xahiş etmişdir. Lakin,iddiaçı cəmiyyətə xx.xx.2019-cu il tarixində ərizəilə müraciət edərək,mənzilə ehtiyacı yarandığına görə sözügedən mənzilin özünə geri qaytarılmasını və ödədiyi 10000 manat məbləğini hesaba köçürüb mənzilin satışdan çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən 2019-cu ilin oktyabr ayında təkrar olaraq cəmiyyətə müraciət olunmamış və o, pretenziya qaydalarına əməl etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan “Cəmiyyət” “xxxxxxxxxxx” MMC ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Cəmiyyət” “xxxxxxxxxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 12, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31,2 kv.metrdən ibarət, 1 otaqlı 96 saylı təmirli və mebel ilə təchiz olunmuş mənzili “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən “Cəmiyyət” inşa olunmuş/olunan yaşayış kompleksinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 12, ümumi sahəsi 31,2 kv.metrdən ibarət, 1 otaqlı 96 saylı təmirli və mebel ilə təchiz olunmuş mənzili “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin 1 kv.metrlik sahəsinin qiyməti 650 manat olmaqla, təmirsiz qiyməti cəmi 20280,00 manat müəyyən edilmişdir. Mənzilin “Cəmiyyət” tərəfindən təmir olunmasına görə, 1 kv.metrlik sahəsinin qiyməti 200 manat və təmirli mənzilin mebel dəsti ilə təchiz olunması üçün əlavə 3120,00 manat hesablanaraq müqavilənin ümumi dəyəri 29640,00 manat müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndində əsasən müqavilə qiymətinin 10000 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 19640 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2 (iki) faizi həcmində minimum 1000 manat olmaqla cəmiyyətə dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx xxxx 2015-ci il tarixli, ABB YM - 0228 saylı “xxxxxxxxxxx” MMC və İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 12, ümumi sahəsi 31,2 kv.metrdən ibarət, 1 otaqlı 96 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış aldıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsulioyyət daşıyır. Müqavilənin 10.2-ci bəndində əsasən müqavilənin ləğv edilməsi halında “Alıcı” tərəfindən cəmiyyətə ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və “Cəmiyyət”ə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar “Cəmiyyət”in birbaşa və dolayı bütün məsrəfləri və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin tələbləri) çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində “Alıcı”ya qaytarılacaqdır. İşdə olan “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş ABB YM-2228 saylı, xx xxxx 2015ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 12, ümumi sahəsi 31,2 kv.metrdən ibarət, 1 otaqlı 96 saylı mənzilin alınması üçün ilkin ödəniş kimi 10000 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan İddiaçı tərəfindən ödənilmiş mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə 9360 manat məbləğində pul ödənişləri etmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC “Borcalan”a Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28saylı küçədə inşa edilən 5saylı binanın, mərtəbə 12,ümumi sahəsi 31.2kv.metr olan 1otaqlı 96saylı mənzilin dəyərini ödəmək məqsədilə 19640manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.3, 5.4 və 7.3-cü bəndlərinə əsasən “Borcalan”a kredit 120 ay müddətinə verilir, kreditin müddəti xx xxxx 2025-ci il tarixdə bitir və kredit üzrə əsas borc və fazilər aylıq 259,60 manat məbləğində bərabər hissələrlə ödənilir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı kredit müqaviləsinə əsasən 19640manat məbləğində 120 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı “xxxxxxxxxxx” MMC-yə müraciət edərək ödədiyi 19000 manat məbləğində pulun və aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqı müqavilənin ləğv edilməsini xahiş etmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxx” MMC-yə ünvanlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin MXK/0524 saylı, xx xxxxxxx 2020ci il tarixli məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS- AAAF-RO saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 120 ay müddətinə 19,640.00 manat məbləğində kredit rəsmiləşdirilmiş, həmin kredit müqaviləsi üzrə (sonuncu ödəniş xx.xx.2018-ci il tarixində 260.00 manat olmaqla) hazırki dövrədək cəmi 9,360.20 manat, bundan 3,901.47 manat əsas borc, 5,458.73 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2020-ci il tarixinə İddiaçı xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF- RO saylı kredit müqaviləsi üzrə Bank qarşısında 15,738.53 manat əsas borc, 3,905.50 manat faiz borcu olmaqla, ümumilikdə 19,644.03 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcüddur. İşdə olan İddiaçı tərəfindən “xxxxxxxxxxx” MMC-yə ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 saylı “mənzilin alqı-satqısı haqqında” müqavilənin ləğv olunması və ilkin ödəniş kimi ödədiyi 10000 manat puldan 1000 manat dəbbə pulunu “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ümumi ödədiyi pul vəsaitindən faiz ödənişləri tutulduqdan sonra qalıq qalan pul vəsaitinin ona geri qaytarılmasına dair sərəncam verilməsi ilə bağlı müraciət etmişdir. İşdə olan İddiaçı tərəfindən “xxxxxxxxxxx” MMC-yə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı geri qaytardığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 12, ümumi sahəsi 31,2 kv.metrdən ibarət, 1 otaqlı 96 saylı mənzilin xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 saylı “mənzilin alqı-satqısı haqqında” müqavilənin geri qaytarılması, mənzilə dair ödədiyi 10000 manatı qeyd olunan mənzilin hesabına köçürdüb satışdan çıxarılmasına dair sərəncam verilməsi ilə bağlı müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 646-cı maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 saylı mənzilin alqısatqısı haqqında bağlanmış müqavilənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxx” MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 12, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31,2 kv.metrdən ibarət, 1 otaqlı 96 saylı təmirli və mebel ilə təchiz olunmuş mənzilin alqı-satqısına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən müqavilənin qiyməti 29640 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin 10000 manatı iddiaçının öz şəxsi vəsaiti hesabına ilkin ödəniş, yerdə qalan 19640 manat məbləğ isə iddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 5xx-xx-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən borcverən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı “xxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərinin icra edilməsi məqsədilə 19640 manat məbləğində kredit vermiş, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan mənzil üzərində mülkiyyət hüquqları rəsmiləşdirildikdən sonra əmlakın ipoteka ilə rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı “xxxxxxxxxxx” MMC ilə müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən 10000 manat ilkin ödəniş edilmiş, yerdə qalan məbləğ “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş kredit məbləği əsasında “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilmişdir. Lakin cavabdeh “xxxxxxxxxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək binanın tikintisini dayandırması səbəbindən müqavilə üzrə öhdəliklərin icrasından imtina edərək mənzili geri qaytararaq ödədiyi məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Buna görə də, “xxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış müqavilənin ləğv olunmasını və ödədiyi məbləğin ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0228 saylı müqavilə ləğv olunmalıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə hesab edir ki, İddiaçı ABB YM - 0228 saylı, xx xxxxx 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilənin ləğv olunduğundan həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən ödənilmiş ilkin ödəniş iddiaçıya müqavilə şərtlərinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı tərəfindən mənzilə dair 10000 manat məbləğində ilkin ödəniş şəxsi vəsaiti hesabına olunmuşdur, mənzilin dəyərinin yerdə qalan məbləği isə iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCdən əldə edilmiş mənzilə dair verilmiş kredit müqaviləsi hesabına ödənildiyindən, iddiaçı tərəfindən aylıq ödənişlər “xxxxxxxxxxx” MMC-yə deyil, kredit müqaviləsi üzrə kredit borcu üzrə aylıq ödənişlər şəkildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə aparılmış aylıq ödənişlər kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinə yönəlmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin MXK/0524 saylı, xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki,“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS- AAAF-RO saylı kredit müqaviləsinə əsasən, İddiaçı 3,901.47 manat əsas, 5,458.73 manat məbləğində faiz borcu “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxxxxxxxxx” MMC-yə ödənilmiş 13901.47 manat məbləğində pul vəsaiti İddiaçı qaytarılmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçının gecikdirilmiş pul məbləğinə cavabdehdən daha böyük məbləğdə pul tələb etmək hüququ yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxx” MMC iddiaçıya qaytarmalı olduğu 3800 manat məbləğində pul vəsaitini 3 il müddətə gecikdirdiyindən həmin vaxt üçün borc məbləğinə illik beş faiz hesablanmaqla (2017-2018-ci il üçün 800 manat, 2018- 2019-cu il üçün 800 manat, 2019-2020-ci il üçün 800) manat olmaqla, cəmi 2400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 saylı mənzil alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsi ləğv edilməli, xx xxxx 2015-ci il tarixli, ABB YM-0228 saylı mənzil alqı-satqı müqavilə üzrə İddiaçı tərəfindən “xxxxxxxxxxx” MMC-yə ödənilmiş 13901.47 manat və 2400 manat faiz borcu olmaqla, cəmi 16301,47 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilə ləğv edilsin, tərəflər ilkin vəziyyətə qaytarılsın. İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsi ləğv edilsin. İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı müqaviləsi əsasında İddiaçı tərəfindən “xxxxxxxxxxx” MMC-yə ödənilmiş 13901,47 (on üç min doqquz yüz bir manat, qırx yeddi qəpik) manat, 2400 (iki min dörd yüz) manat faiz borcu olmaqla, cəmi 16301,47 (on altı min üç yüz bir manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti “xxxxxxxxxxx” MMC-dən alınaraq İddiaçı geri qaytarılsın. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1889/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1889/2020
29.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver