Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2005/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 04 may 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 20.07.2010-cu il təvəllüdlü X2 və 07.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün üçün Cavabdeh hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı Cavabdeh ilə 20.06.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların bu nikahlarından 20.07.2010-ci il tarixdə Zəhra, 07.03.2016-ci il tarixdə Dəniz adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, daha sonra xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmışdırlar. Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(012)-4097/2021 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 20.06.2009-cu il tarixdə bağlanmış nikahın pozulması və uşaqların iddiaçının yanında qalması qət edilmişdir. İddiaçı cavabdehlə ayrıldıqdan sonra cavabdeh xeyli müddətdir ki, uşaqların saxlanması üçün tələb olunan xərcləri ödəməkdən imtina edir. Cavabdeh övladlarının saxlanılması üçün heç bir maddi dəstək göstərmir.. Hazırda iddiaçı cavabdehlə birgə nikahdan olan övladlarının saxlanılmasında çətinlik çəkir və hesab edir ki, övladlarının saxlanması üçün o da, maddi cəhətdən köməklik göstərməlidir. Belə olan halda iddiaçının himayəsində olan 20.07.2010-cu il təvəllüdlü X4 və 07.03.2016-cı il təvəllüdlü X1 və onların maddi ehtiyaclarını ödəmək olduqca çətindir. Buna görə də, iddiaçı hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehlə alimentin məbləği barədə razılaşdıqlarını bildirərək, iddianın həmin məbləğdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyi, uşaqların saxlanılması üçün hər ay, hər biri üçün 100 manat, cəmi 200 manat məbləğində alimenti ödəməyə imkanı çatdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.03.2021-ci il tarixli AZ-İİ 612591 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X6 20.07.2010-ci il tarixdə Bakı şəhərində anadan olmuş, “atası” qrafasında Cavabdeh, “anası” qrafasında İddiaçı qızı qeyd edilmişdir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.04.2016-cı il tarixli AZ-İİİ 735604 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X7 07.03.2016-ci il tarixdə Bakı şəhərində anadan olmuş, “atası” qrafasında Cavabdeh, “anası” qrafasında İddiaçı qızı qeyd edilmişdir. Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(012)- 4097/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında 20.06.2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 343 nömrə ilə qeyd edilmiş nikahın pozulması və 20.07.2010-cu il təvəllüdlü X2 və 07.03.2016-cı il təvəllüdlü X3 İddiaçı (ananın) yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin faktiki nikahından 20.07.2010-ci il təvəllüdlü X6 və 07.03.2016-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hazırda ailə faktiki olaraq dağılmış və uşaqlar hazırda iddiaçının yanında qalır. iddiaçı onların saxlanması üçün aliment təyin edilməsini iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin izahatlarından göründüyü kimi cavabdehin minimum yaşayış məbləği həddində aliment ödəmək imkanı yoxdur.Bununla belə uşaqların diqqətə layiq mənafeləri əsas götürülməklə, məhkəmə hesab edir ki, uşaqların hər biri üçün hər ay 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20.07.2010-ci il təvəllüdlü X2 və 07.03.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməlidir. Həmçinin alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 03.03.2022-ci il tarixdən hesablanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 20.07.2010-ci il təvəllüdlü X2 və 07.03.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilsin. Alimentin tutulmasının əvvəli 03.03.2022-ci il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2005/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2005/2022
04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver