Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2095/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 16000 manat maddi, 14000 manat mənəvi olmaqla, ümumilikdə 30000 manat pulun cavabdehdən dərhal alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə ilk dəfə Cavabdeh 3000 manat, sonuncu dəfə isə Xırdalan şəhərində yerləşən notariusun içərisində 1500 manat olmaqla ümumilikdə 23000 manat pul vermiş, həmin pulları Şamaxinka adlanan ərazidə yerləşən lombarddan özünə məxsus zinət əşyalarını qoyaraq götürmüş, bu səbəbdən Könül adlı şəxsdən borca vermiş puldan iyun ayından dekabr ayınadək hər ay 600-800 manat pul alaraq həmin lombarda ödəmişdir. Könülün sonradan pulu ödəməməsi səbəbindən Unibankda depozitdə olan özünə məxsus 6000 manat pulunu bankla müqaviləsini pozaraq götürüb lombarda olan borcuna ödəmişdir. Belə ki, məsələ ilə bağlı “Uğurmedia xəbər və yayım agentliyi”nə, ona yardım etməsi, borcunun cavabdehdən alıb ona verməsində və hadisənin ictimailəşdirilməsi üçün, 2022-ci il 7 aprel tarixində kömək istəmişdir. Belə ki, 07 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən X6 və X3 təsisçisi, baş redaktoru X1 onun X5 qizi tərəfindən 23000 manat pulunun dələduzluq ilə, ələ keçirilməsi, eləcə də, hədə qorxu gəlinməsi və ölümlə hədələnməsi ilə bağlı müraciəti əsasında toplanmiş material Bakı şəhəri, Nəsimi RPİ-dən, Abşeron RPİ-nə daxil olmuşdur. Lakin cavab olaraq, X6 və X3 təsisçisi, baş redaktoru X2, Abşeron RPİ-dən,Cinayat işi başlanmasının rədd edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərar daxil olmuşdur və məsələnin mülki xarater daşıması qeyd olunmuş və bunun üçün də, pul tələbi ilə bağlı məhkəməyə müraciət olunması qeyd olunmuşdur. Cavabdeh Məlağa qızı Pİ-də verdiyi izanatında ondan 2021-ci ilin iyun ayında faizla 1000 manat, sonrada müxtəlif vaxtlarda yenə faizlə pul götürdüyünü, sonuncu dəfə 2021-ci ilin dekabr ayında Xırdalan şəhərində yerləşən notariusda 1500 manat faizlə pul aldığını ümumilikdə 13700 manat əsas, 2230 manat isəbir aylıq faiz borcu yarandığını, ümumi olaraq 15930 manat borcu olduğunu etiraf etmişdir. Beləliklə, Cavabdeh Məlağa qızının ona borcu var və həmin pulu heç bir yol ilə cavabdehdən ala bilmir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçını faizə pul verməklə məşğul olan şəxs kimi tanımışdır. Lakin o, iş qurmaq adıyla iddaçıdan pul almamışdır. Belə ki, 2018-ci ildən Masazırda onun uşaq bağçası fəaliyyət göstərmiş və iddiaçıdan ümumilikdə 13700 manat pul götürmüşdür. Lakin o, 2 ayın faizini ödəmədiyi üçün iddiaçıya ümumilikdə 15373 manat pulu qaytarmağı razılaşmışlar. Bağçası bağlandığına görə həmçinin sağlamlığıyla əlqədar əməliyyat olunduğu üçün son dövrlər faizi ödəyə bilməmişdir, lakin o, 2021-ci ilin iyun ayından dekabr ayına kimi faizləri ödəmişdir. Bununla bağlı çeklər də vardır. O, uşaq bağçasının ikinci filialını açmaq üçün yenidən iddiaçıdan faizə pul götürmüş və iddiaçı ona 1500 manat pul vermişdir. Odur ki, o, 13700 əsas borcu qəbul edir, faiz borcunu isə qəbul etmir. Bu səbəbdən o, iddiaçıya hissə-hissə ödəməklə 13700 manat pulu qaytarmağa razıdır. Lakin o, kirayədə qalır, 2 azyaşlı uşağı var, yoldaşı isə taksi fəaliyyətiylə məşğuldur. Bu səbəbdən pulu aybaay ödəməklə qaytara bilər. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatında göstərmişdir ki, o, ərizə və izahatın Uğur Media rəhbəri tərəflndən təhqirlərə, təzyiqlərə və şantajlara məruz qalmışdır, Tərlan onu dələduzluqda ittiham edərək şəkillərini sosial mediada yayımlayacağı ilə şantaj etmişdir. Zəng vuraraq onu qorxutmuşdur. İddiaçı 2021-ci ilin iyun ayında faizlə 1000 manat, sonrada müxtəlif vaxtlarda yenə faizlə pul götürmüş, sonuncu dəfə 2021-ci ilin dekabr ayında Xııdalan şəhərində yerləşən notariusda 1500 manat faizlə pul almış, ümumilikdə 13700 manat əsas, 2230 manat isə 1 aylıq faiz borcu yaranmışdır. Ümumi olaraq onun 15930 manat borcu olmuşdur. O, heç kəsi ölümlə hədələməmişdir, Tərlan adlı şəxsi təhqir edibetməməsini xatırlamır. O, oktyabr ayından etibarən 15930 manat pul borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı 2021-ci ilin iyun ayından başlayaraq ayrı- ayrı vaxtlarda Cavabdeh borca pul vermiş, Cavabdeh məhkəmə iclasında iddiaçıya 13700 (on üç min yeddi yüz) manat borcu olduğunu etiraf etmişdir.iddiaçı isə,həm iddia ərizəsində ,həm də məhkəm iclasında cavabdehin ona 16000(on altı min ) manat borcu olduğunu və14000(on dörd min) manat məbləğində mənəvi zərəri vurduğunu bildirsədə,lakin həmin borc məbləği və 14000(on dörd min) manat məbləğində mənəvi zərəri təstiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən,məhkəmə cavabdehin qəbul etdiyi miqdarda iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 13700 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2095/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2095/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver