Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-210/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 Əmədağa oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əmədağa oğluna və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönədilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X7, X2, Cavabdeh1 Əmədağa oğluna və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İddiaçı ASC-in xeyrinə 2015-ci il 28 yanvar müqaviləsi üzrə 15288.29 ABŞ dolları əsas, 3744.23 ABŞ dolları faiz və 408.76 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 19441.28 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X5 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X7 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X5, X1, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə olan hüquqlarının itirilmiş hesab edilməsi, X5, X1, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən X10 "xxxx" İKB ASC-dən 120 ay müddətinə 38200 ABŞ dolları məbləğində kredit limiti verilmişdir. 2015-ci il 28 yanvar tarixli kredit müqaviləsinə əsasən X10 "xxxx" İKB ASC-dən illik 27%-lə 36 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X5 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi 2015-ci il 25 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 28 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 03-dək X5 2015-ci il 28 yanvar tarixli kredit müqaviləsi üzrə banka 15288.29 ABŞ dolları əsas, 3744.23 ABŞ dolları faiz və 408.76 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 19441.28 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq X10 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, X10 və X8 vəfat etdiyindən onun hüquqi varisi Cavabdeh1 və Cavabdeh2 ilə əvəz olunmalıdır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-in xeyrinə 2015-ci il 28 yanvar tarixli kredit müqaviləsi üzrə 14677.06 ABŞ dolları əsas, 4512.27 ABŞ dolları faiz və 740.54 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 19.929.87 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və manat xidmət haqqının ödənilməsi, tutmanın X5 mülkiyyətindəki və X10 vəfat etdikdən sonra yəni 06 may 2019-cu il tarixdən Cavabdeh1 və Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5 mülkiyyətindəki və X10 vəfat etdikdən sonra yəni 06 may 2019-cu il tarixdən Cavabdeh1 və Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi; X10 ilə İddiaçı ASC arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh1 Əmədağa oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, ekspert tərəfindən verilən rəy ilə razı olduğunu, vərəsəliyi qəbul etdiyini, hazırda faktiki olaraq həmin evdə yaşadığını bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, cərimə və faiz borcu ilə razı olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin Sumqayıt filialı ilə borcalan X11 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə, yəni 28.01.2025-ci il tarixədək 38200 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan "xxxx" İKB ASC-nin Sumqayıt filialı ilə X11 arasında bağlanmış 28.01.2015-ci il tarixli 4-G-1-0-90-15(1) nömrəli Əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən ona 36 ay müddətinə illik 27% olmaqla 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, X11 götürdüyü kredit məbləğini müvafiq qrafik əsasında aylıq 1036.96 (sonuncu ay 1037) ABŞ dolları olaraq ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planına X11 imza etmişdir. İş materiallarında olan 28.01.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, 28.01.2015-ci il tarixdə X11 "xxxx" İKB ASC-dən 25400 ABŞ dolları məbləğində vəsait götürmüşdür. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 16.04.2013-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 mülkiyyətindədir. İş materiallarında olan 28 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin «Sumqayıt» filialı və ipoteka qoyan X11 arasında bağlanmış həmin müqaviləyə əsasən X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 50000 (əlli min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 31.01.2015-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, X6 mülkiyyətində olan ünvan 2 ünvanında mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin «Sumqayıt» filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi X9 məxsusdur. Daimi qeydiyyatda olanlar: X11, X8, Cavabdeh1, Cavabdeh2, X14. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 06 may 2019-cu ildə, Gözəlov Əhmədağa Məmmədəli oğlu 11 dekabr 2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan "xxxx" İKB ASC-nin Sumqayıt filialı ilə X11 arasında 29.06.2017-ci il tarixdə bağlanmış 28.01.2015-ci il tarixli 4-G-1-0-90-15(1) nömrəli Əlavə kredit müqaviləsinə Əlavə Sazişdən görünür ki, 121 ay müddətinə 11.22 % olmaqla kreditin qalıq məbləği 21.448.86 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 06.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m əsas, 58.0 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 55000 (əlli beş min) manat, likvid qiymətinin dəyəri 48 000 (qırx səkkiz min) manat müəyyən edilir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan 06.05.2019-cu il tarixli maliyyə arayışında müəyyən edilir ki, X6 həmin tarixə olan borcu 18089.64 ABŞ dolları əsas borc, 208.47 ABŞ dolları faiz borcu, 4.97 ABŞ dolları cərimə, ümumilikdə 18303.08 ABŞ dolları təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan 03.05.2021-ci il tarixli maliyyə arayışında müəyyən edilir ki, X6 həmin tarixə olan borcu 15288.29 ABŞ dolları əsas borc, 3744.23 ABŞ dolları faiz borcu, 408.76 ABŞ dolları cərimə, ümumilikdə 19441.28 ABŞ dolları təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan 15.02.2022-ci il tarixli maliyyə arayışında müəyyən edilir ki, X6 həmin tarixə olan borcu 14442.12 ABŞ dolları əsas borc, 5063.4 ABŞ dolları faiz borcu, 1040.84 ABŞ dolları cərimə, ümumilikdə 20.546.36 ABŞ dolları təşkil edir. İş materiallarında olan 06.05.2019-15.02.2022-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, ödəniş məbləğindən 05.07.2019-cu il tarixdə 84.34 manat, 08.11.2019-cu il tarixdə isə 117.48 manat gecikmiş faiz borcuna silinmişdir. İş materiallarında olan X9 göndərilən 02.02.2021-ci il tarixli bildiriş məktubundan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 31 nömrəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. Eləcə də 09.02.2021-ci il tarixli İddiaçı ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən 02.02.2021-ci il tarixli bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh X6 06 may 2019-cu ildə ölümündən sonra miras qalan və ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 31 nömrəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi miras qoyanın oğlu, iş üzrə Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilmişdir, hal-hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1306.1.maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışlarından müəyyən edildi ki, X11 vəfat etməmişdən əvvəlki 06.05.2019-cu il tarixə olan borcu 18089.64 ABŞ dolları əsas borc, 208.47 ABŞ dolları faiz borcu, 4.97 ABŞ dolları cərimə, ümumilikdə 18303.08 ABŞ dolları, vəfat etdikdən sonrakı 15.02.2022-ci il tarixə olan borcu 14442.12 ABŞ dolları əsas borc, 5063.4 ABŞ dolları faiz borcu, 1040.84 ABŞ dolları cərimə, ümumilikdə 20.546.36 ABŞ dolları təşkil edir. X6 ölümündən sonra miras qalan və ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 31 nömrəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsini faktiki olaraq qəbul etmiş oğlu, iş üzrə Cavabdeh1 tərəfindən ödənişlər davam etdirilsə də, iddiaçı tərəfindən təqdim olunan 06.05.2019-15.02.2022-ci il tarixlərə olan hesabdan çıxarışdan müəyyən edilir ki, həmin ödənişlər - 05.07.2019-cu il tarixdə 84.34 ABŞ dolları, 08.11.2019-cu il tarixdə 117.48 ABŞ dolları gecikmiş faiz borcuna silinmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, borcalan X11 06 may 2019-cu ildə ölmüşdür, o halda borcalanın borc məbləğindən faydalanması istisna olunduğundan onun ölümündən sonra gecikdirilmiş faiz borcuna görə silinən (84.34 + 117.48 = 201.82 ABŞ dolları) cəmi 201.82 ABŞ dollarının faiz borcuna silinməsi qanunsuz olmuşdur. Ona görə də, 201,82 ABŞ dolları məbləğində pul 06.05.2019-cu il tarixə olan faiz borcu olan 208.47 ABŞ dollarından çıxılmaqla, cəmi 6.65 ABŞ dolları məbləğində faiz borcu müəyyən edilməlidir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə 15.02.2022-ci il tarixə hesablanmış 1040.84 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 4.97 ABŞ dolları olaraq müəyyən edilməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi kredit borcu hissəsində qismən təmin edilərək Cavabdeh1 14442.12 ABŞ Dolları əsas borcu, 6.65 ABŞ Dolları faiz borcu, 4.97 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 14.453.74 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, əmlakın likvid dəyəri mütəxəssis rəyi ilə müəyyən edilmiş 48 000 (qırx səkkiz min) manat müəyyən edilməlidir. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0,03 ha. torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Məhkəmə iddia tələbinin evin hərracdan satılandan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tələb ipoteka predmetinə yönəldiyi halda cavabdehlərin iddiaçı qarşısında qeyd edilənlər barədə notariat qaydada təsdiqlənmiş yazılı öhdəlikləri yoxdur, ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. İddia tələbinin evin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iddia tələbinin evdən istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb ipoteka predmetinə yönəldiyindən oradan istifadə hüququ olan cavabdehlərin istifadə hüquqları itirilməli və bu hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə iddia tələbinin X10 ilə İddiaçı ASC arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, borc alan tərəfindən hələ sağlığında müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 30 manat xidməti haqqı olmaqla, ümumilikdə 70 manat məhkəmə xərcinin 40 manat məbləğindəki hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissə isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X10 ilə İddiaçı ASC arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh1 14442.12 ABŞ Dolları əsas borcu, 6.65 ABŞ Dolları faiz borcu, 4.97 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 14453.74 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla hissəsi habelə, məhkəmə xərcləri üçün 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 48 000 manat müəyyən edilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, Cavabdeh1 və Cavabdeh2 həmin evə istifadə hüquqları itirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə borc məbləğinin bütövlükdə cavabdeh-vərəsə olaraq Cavabdeh1 tutulması qənaətinə gələrkən onun tək vərəsə olması və ipoteka predmetinin likvid dəyəri olan 48 000 manatın ümumilikdə 14453.74 ABŞ Dollarına nisbətdə borcu qarşılamaq imkanının olması halını nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X10 ilə İddiaçı ASC arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 14442.12 ABŞ Dolları əsas borcu, 6.65 ABŞ Dolları faiz borcu, 4.97 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 14.453.74 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla hissəsi habelə, məhkəmə xərcləri üçün 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. Cavabdeh1 və Cavabdeh2 həmin evə istifadə hüquqları itirilmiş hesab edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 4 otaqlı, 135.3 kv.m ümumi, 77.3 kv.m yaşayış, 58.0 kv.m yardımçı sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 48 000 (qırx səkkiz min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-210/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-210/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma - Kredit müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver