Məhkəmə qərarları › İş №2(012)-212/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-212/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma - Kredit müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-212/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC (əvvəlki adı- İddiaçı İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9377,11 ABŞ dolları əsas, 13113,02 ABŞ dolları faiz, 2661,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26265,04 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı İKB ASC-dən illik 26 % ilə 36 ay müddətinə 12800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən, 3 otaqlı, 50.7 kv.m ümumi, 39.0 kv.m yaşayış və 11.7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi 2015-ci il 07 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 03-dək Cavabdeh1 2015-ci il 07 yanvar tarixli kredit müqaviləsi üzrə banka 9377,11 ABŞ dolları əsas, 13113,02 ABŞ dolları faiz və 2661,66 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 25151,79 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 03 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9377,11 ABŞ dolları əsas, 13113,02 ABŞ dolları faiz, 2661,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26265,04 ABŞ dolları borcu vardır. 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 10.3.2-ci bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı İKB ASC Cavabdeh1 illik 26 % ilə 36 ay müddətinə 12800 ABŞ dolları məbləğində kredit vermiş, öhdəliklərin təminatı üsulu kimi o, mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir.Krediti ödənildiyi dövrdə 2 dəfə devalvasiya baş vermiş və bu səbəbdən də ödənişlər aparılmamışdır. Hazırda tələb edilən məbləğ tam ödənilə bilinməsə də, hissə-hissə ödənilə bilər. Belə ki, 1 il müddətinə aya 300 manat və 1 ildən sonra isə aya 500 manat ödəməklə borc tam bağlana bilər. Oğlu hərbiçidir və aya 585 manat əmək haqqı alır. Eyni zamanda, ipoteka qoyulan evin bazar qiyməti heç 20000 manat da təşkil etmir və ev satılsa belə borcu bağlamayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, işiylə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı İKB ASC Cavabdeh1 illik 26 % ilə 36 ay müddətinə 12800 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 33500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 9377,11 ABŞ dolları əsas, 13113,02 ABŞ dolları faiz, 2661,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26265,04 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 235,06 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 235,06 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə xx.xx.2021-ci il tarixədək Cavabdeh1 "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-yə olan əsas borcu 9300,52 ABŞ dolları, faiz borcu 6197,63 ABŞ dolları, faiz borcu (illik 5 %-lə) 1761,60 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 03 yanvar 2022-ci il tarixli, 352 E №-li ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 50,7 kv.m ümumi, 39,0 kv.m əsas, 11,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 38000 manat, likvid dəyərinin 30000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ilə "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC) arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3611/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı rəyindən məlum olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 235,06 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 235,06 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə Cavabdeh1 "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-yə olan əsas borcu 9300,52 ABŞ dolları, faiz borcu 6197,63 ABŞ dolları, faiz borcu (illik 5 %-lə) 1761,60 ABŞ dolları təşkil edir. "xxxx" MMC-nin 03 yanvar 2022-ci il tarixli, 352 E №-li ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 50,7 kv.m ümumi, 39,0 kv.m əsas, 11,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 38000 manat, likvid dəyərinin 30000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 2661,66 ABŞ dolları məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 100 ABŞ dolları məbləğində olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələb etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı rəyinə əsasən isə faiz borcu (illik 5 %-lə) 1761,60 ABŞ dolları müəyyən edilmişdir. Lakin iddiaçı "xxxx" ASC tərəfindən iddia tələbinin artırılmasına dair ərizə təqdim edilmədiyindən, Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ məbləğində əldən çıxmış fayda, 100 ABŞ dolları cərimə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı rəyini nəzərə alaraq, 9300,52 ABŞ dolları əsas, 6197,63 ABŞ dolları faiz olmaqla, cəmi 16711,40 ABŞ dolları borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2, həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməli və onlar əmlakdan çıxarılmalı, həmin əmlak boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi 33500 manat qiymətləndirilmişdir. Lakin məhkəmə "xxxx" MMC-nin 03 yanvar 2022-ci il tarixli, 352 E №-li ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də 30000 manat müəyyən edilməlidir. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı mühasibatlıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 31,85 manat Cavabdeh1, 18,15 manat isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 9300,52 ABŞ dolları əsas, 6197,63 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16711,40 ABŞ dolları və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilsin. İddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilsin. Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilsin, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılsın, həmin əmlakın boşaldılsın və Banka təhvil verilsin. İddia tələbi satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissədə rədd edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı mühasibatlıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 31,85 manat Cavabdeh1, 18,15 manat isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar