Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2105/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 02 may 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay onun himayəsində olan oğlu X3 və qızı X4 hər biri üçün 200 (iki yüz) manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında rəsmi nikahdan xx.xx.2009-cu ildə X5 və xx.xx.2010-cu ildə X6 dünyaya gəlmişdir. Hal-hazırda həyat yoldaşı ondan ayrı qalır və uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Buna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Bildirdi ki, cavabdeh razılaşsa, 180 manat məbləğində aliment məbləğinin müəyyən olunmasına razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh birgə nikahdan olan xx.xx.2009-cu ildə X1 və xx.xx.2010-cu ildə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəməyə etiraz etmədiyini, lakin maddi imkanı zəif olduğundan 100 manat ilə 150 manat arasında məbləğdə aliment ödəyə biləcəyini və bir il yarımdır uşaqları görə bilmədiyini qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ 609745 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 454 saylı qeyd edilmişdir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, tərəflər xx.xx.2009-cu ildə X1 və xx.xx.2010-cu ildə X2 valideynləridir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahından xx.xx.2009-cu ildə X5 və xx.xx.2010-cu ildə X6 anadan olmuşdur. Hazırda ailə faktiki olaraq dağılmış və uşaqlar hazırda iddiaçının yanında qalır. İddiaçı onların saxlanması üçün aliment təyin edilməsini iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşaqların hər biri üçün hər ay 180 manat olmaqla cəmi 360 manat məbləğində aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu ildə X1 və xx.xx.2010-cu ildə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Həmçinin alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2009-cu ildə X1 və xx.xx.2010-cu ildə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2105/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2105/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver