Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-211/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin mənzilin hər 1 kvadrat metrinin dəyəri 500 manat olmaqla 30600 manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəmişdir. Bununla bağlı cavabdeh iddiaçıya mənzilin 30600 manat ümumi pay dəyərinin tam ödənilməsi və iddiaçının cavabdehə borcunun qalmaması barədə 09 aprel 2018-ci il tarixli maliyyə arayışı vermişdir. Yaşayış binasının tikintisi başa çatsa da cavabdeh mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırır. Bununla bağlı mənzilin 10 gündən gec olmayaraq iddiaçının istifadəsinə maneəsiz şərait yaratmaqla təhvil verilməsini özündə ehtiva edən 15 fevral 2021-ci il tarixdə pretenziya cavabdehə göndərilmişdir. Lakin hal-hazıradək dəyəri ödənilmiş və müqavilə əsasında iddiaçıya məxsus olan mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. Onu da qeyd edir ki, 09 aprel 2018-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədə mənzilin nömrəsinin göstərilməməsi texniki səhvdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, Cavabdeh MMC-nin keçmiş təmsilçisi Əsgərov Kamil 2 ildir ki, Bakı İstintaq Təcridxanasındadır. 2020-ci ildən etibarən Cavabdeh MMC-nin direktoru X1r. Həmçinin İddiaçı Cavabdeh MMC-də briqadir işləmişdir. İddiaçı iddia ərizəsində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili tələb etsə də, belə bir boş mənzil Cavabdeh MMC-nin arxivində aşkar edilməmişdir və həmin binada olan bütün mənzillər satılmışdır. Cavabdeh MMC-nin Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində 7 mənzil vardır, lakin 09 aprel 2018-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədə isə mənzilin nömrəsi yoxdur və üstünlük hüququ yeni alıcıdadır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili payçı İddiaçı mülkiyyətinə verməyi, payçı İddiaçı isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 30600 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 09.04.2018-ci il tarixli, 26 №-li maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən Cavabdeh MMC-yə məxsus Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilin dəyərini 30600 manatı ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili payçı İddiaçı mülkiyyətinə verməyi, payçı İddiaçı isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 30600 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 09.04.2018-ci il tarixli, 26 №-li maliyyə arayışından göründüyü kimi İddiaçı həqiqətən Cavabdeh MMC-yə məxsus Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilin dəyərini 30600 manatı ödəmişdir. Lakin 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədə mənzilin nömrəsi qeyd edilməmiş,iddiaçının nümayəndəsi bunu texniki səhv olduğunu bildirsədə,hansı nömrəli mənzilin mübahisə predmeti olduğunu göstərməmiş, bununla bağlı hər hansı bir sübut təqdim etmədiyindən,bu hal mübahisə predmetinin müəyyən edilməsini də qeyri-mümkün etmişdir.Halbuki bununla bağlı sübutlar təqdim etmək vəzifəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfin üzərində olmuşdur.Məhkəmə qeyd olunan faktiki halları nəzərə alaraq iddinın təmin olunmasını qeyri–mümkün hesab edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-211/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-211/2022
13.04.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver