Məhkəmə qərarları › İş №2(102)-292/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-292/2023

01.02.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-292/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-292/2023 Açar sözlər: sübutetmə yükü, sübutların qiymətləndirilməsi Bakı şəhəri, 01 fevral 2023-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1564/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixli müqavilə ilə Cavabdeh MMC (bundan sonra – cavabdeh) Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili (bundan sonra – mübahisəli mənzil) payçı İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 30600 manat məbləğində müəyyən olunmuşdur. 2. xx.xx.2018-ci il tarixli maliyyə arayışın da iddiaçının mübahisəli mənzilin dəyəri olan 30600 manatı ödədiyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilin hər 1 kvadrat metrinin dəyəri 500 manat olmaqla, 30.600 manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəmiş, bununla bağlı sonuncuya borcunun qalmaması barədə maliyyə arayışı almışdır. Yaşayış binasının tikintisi başa çatsa da, cavabdeh mənzili ona tə hvil verməkdən boyun qaçırır. Bununla bağlı mənzilin 10 gündən gec olmayaraq onun istifadəsinə maneəsiz şərait yaratmaqla təhvil verilməsini özündə ehtiva edən xx.xx.2021-ci il tarixdə pretenziya məktubu da cavabdehə göndərilmişdir. Lakin hal-hazıradək həmin mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir.

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin nömrəsinin texniki səhv olaraq göstərilmədiyini bildirmişdir.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdehin keçmiş təmsilçisi Əsgərov Kamil 2 ildir ki, Bakı İstintaq Təcridxanasındadır. 2020-ci ildən etibarən direktor X1r. İddiaçı özü isə Cavabdeh MMC-də briqadir işləmişdir. Eləcə də, iddiaçı iddia ərizəsində mənzil t ələb etsə də, həmin binada olan bütün mənzillər satılmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli müqavilədə isə mənzilin nömrəsi yoxdur və üstünlük hüququ yeni alıcıdadır.

7. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(012)-211/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən müqavilədə mənzilin nömrəsi qeyd edilməmişdir.İddiaçının nümayəndəsi bunu texniki səhv olduğunu bildirsə də, hansı nömrəli mənzilin mübahisə predmeti olduğunu göstərməmiş, bununla bağlı hər hansı bir sübut təqdim etmədiyindən, bu hal mübahisə predmetinin müəyyən edilməsini də qeyri-mümkün etmişdir. Halbuki bununla bağlı sübut təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.

9. Birinci i nstansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil nömrəsinin qeyd edilməməsi cavabdehi öhdəlikdən azad etmir. Adı çəkilən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edərək mənzilin dəyərini – 30.600 (otuzmin altı yüz) manat pulu cavabdehə tam şəkildə ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında bu faktın əksini sübut edəcək hər hansı dəlil olmadığı halda qətnamədə c avabdehin heç bir öhdəliyinin olmaması nəticəsinə gəlinməsi qanunsuzdur. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385; 425; 430; 452-ci maddələrinə istinad etməli olduğu halda etməmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instasiya məhkəməsi) 02 sentyabr 2022-ci il tarixli, 2(105)-1564/2022 nömrəli qətnaməsi ilə (hakimlər Telman Quliyev sədrliyi və məruzəsi ilə, İlqar Dəmirov və Lətifə Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzilə dair Cavabdeh MM C və İddiaçı arasında bağlanmış 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədə mənzilin nömrəsi qeyd edilməmiş, iddiaçının nümayəndəsi bunu texniki səhv olduğunu bildirsə də, hansı nömrəli mənzilin mübahisə predmeti olduğunu göstərməmiş, bununla bağlı hər hansı bir sübut təqdim etmədiyindən, bu hal mübahisə predmetinin müəyyən edilməsini qeyri-mümkün etmişdir.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.

15. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mənzilin alınması ilə əlaqədar ödəmiş olduğu 30.600 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmək hüququ vardır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması b arədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələr tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuşdur.

19. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona veril məsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

25. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

35. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətini iddiaçı mülkiyyət hüququnun pozulması, cavabdehin fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə vermək vəzifəsi olması ilə əsaslandırsa da, iddiaçının istinad etdiyi binanın 3-cü giriş 11-ci mərtəbəsində 61,2 kv.m 1 otaqlı mənzilə dair müqavilədə həmin mənzilin nömrəsi göstərilmədiyindən və həmin binanın 3-cü giriş, 11-ci mərtəbəsində boş mənzil olmadığından iddianın bu qaydada təmin edilməsi mümkün deyildir.

38. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən f ərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

39. Göstərilən maddi hüquq normasının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilin ona təhvil verilməsi barədə tələbinin təmin edilməsi mümkün deyildir.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1564/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar