Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2143/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh “Cavabdeh”nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” (üçüncü şəxslər X6 və "xxxx" MMC) qarşı əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə dəyən ziyanın ödənilməsi tələbinə dair mülki işə 19 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” (üçüncü şəxslər X6 və "xxxx" MMC) qarşı əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə dəyən maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh”ndən İddiaçı xeyrinə ümumilikdə 30000 (otuz min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X14 xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yol vərəqəsi əsasında idarə etdiyi Cavabdehnə məxsus olan xüsusi təyinatlı KC 3579 markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtokran tipli avtomobil ilə Abşeron rayonu Novxanı-Saray yolu ilə Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz“ gölünün yanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 37 maddəsinin 4-cü hissəsinin 4-cü bəndinin tələblərini pozaraq həmin tələblərə əməl etməyərək İddiaçı və X7 tərəfindən yolun sağ kənarında dayanmış “İsuzu FVZ 23S” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən elektrik dirəkləri boşaldılan zaman idarə etdiyi KC 3579 markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil digər avtomobildən boşaldılan dirəyə dəyərək, dirəyin bir tərəfi İddiaçı Cəlil oğlunun baş nahiyəsinə, digər tərəfi isə X1 ayağına dəymiş, nəticədə ehtiyatsızlıqdan İddiaçı ağır kəllə-beyin travması, baş beyinin hər iki alın payının epidural hematoması, alın sümüyünün çoxsaylı parçalı, çökmüş və yerdəyişmiş, burun sümüklərində parçalı, yerdəyişmiş sınıqları, əsas sümüyün və sol əng sümüyünün, yerdəyişməyən sınıqları, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına, Nurlan Rzayevə sol ayağın 1-2-3-cü ayaq darağı sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurulmasına səbəb olmuş və Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)- 432/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən cavabdehin işçisi X11 qəti olaraq, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh şirkətin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Sağlamlığının 40 % itirmiş, üçüncü dərəcəli əlil olmuşdur. Hazırda əmək fəaliyyəti ilə məşğul ola bilmir. Baş vermiş cinayət hadisəsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu baxımdan sağlamlığına dəymiş ziyan nəticəsində keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. İddiaçı məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilmədiyini, bütün məhkəmə iclaslarında onun iştirakı olmadan ədalətli qərar qəbul etməyi xahiş etmişdir. Cavabdeh “Cavabdeh”nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər X6 və "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək Kəllədaxili travma Açıq kəllə beyin travması (40 % əmək qabiliyyətinin itirilməsi) diaqnozu ilə üçüncü dərəcəli əlillik verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-432/2021 saylı hökmün surətindən görünür ki, X14 Azərbaycan Respublikası CMin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X14 Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X11 qəti olaraq, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X9 xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalında həbs edilməsi, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X14 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış KC 3579 markalı, **-AC-*** və “İsuzu FVZ 23S” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillər ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınması, iş üzrə 100 manat məbləğində ekspertiza xərcinin təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, təqsirləndirilənin hüquqi yardımı ödəməkdən azad edilməsi və Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi 78 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 472 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyəti Cavabdeh tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli 170 k nömrəli Əmrdən görünür ki, X14 30 sentyabr 2021-ci il tarixli ərizəsi əsasında 01 oktyabr 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2.a bəndinə uyğun olaraq işdən azad edilmiş, onunla bağlanılmış, 07 yanvar 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyəti Cavabdeh 03 may 2023-cü il tarixli 120 nömrəli arayışdan görünür ki, KV 3579 markalı **- AC-*** dövlət nişanlı avtokran xx.xx.2022-ci il tarixinədək Cavabdeh balansında olub, xx.xx.2022-ci ildə Cəmiyyətin əmri ilə silinmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, X14 xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yol vərəqəsi əsasında idarə etdiyi Cavabdehnə məxsus olan xüsusi təyinatlı KC 3579 markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtokran tipli avtomobillə Abşeron rayonu Novxanı-Saray yolu ilə Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz“ gölünün yanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 37 maddəsinin 4-cü hissəsinin 4-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkmiş şəxsi tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada özünün şəxsiyyətini təsdiq edən və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməli və sonra hadisə yerinə qayıtmalı olduğu halda, həmin tələblərə əməl etməyərək İddiaçı və X7 tərəfindən yolun sağ kənarında dayanmış “İsuzu FVZ 23S” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən elektrik dirəkləri boşaldılan zaman idarə etdiyi KC 3579 markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil digər avtomobildən boşaldılan dirəyə dəyərək, dirəyin bir tərəfi İddiaçı Cəlil oğlunun baş nahiyəsinə, digər tərəfi isə X1 ayağına dəymiş nəticədə ehtiyatsızlıqdan İddiaçı ağır kəllə-beyin travması, baş beyinin hər iki alın payının epidural hematoması, alın sümüyünün çoxsaylı parçalı, çökmüş və yerdəyişmiş, burun sümüklərində parçalı, yerdəyişmişsınıqları, əsas sümüyün və sol əng sümüyünün, yerdəyişməyən sınıqları, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan az ağır zərər vurulmasına, Nurlan Rzayevə sol ayağın 1-2-3-cü ayaq darağı sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurulmasına səbəb olmuş və Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-432/2021 saylı hökmünə əsasən X14 Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişdir. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh”ndən İddiaçı xeyrinə ümumilikdə 30000 (otuz min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin müəyyən edilən faktiki hallarına qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının səhhətinə vurulan az ağır ziyana görə həm ziyanvuranın, həm də ziyanvuranın hadisə zamanı idarə etdiyi xüsusi təyinatlı KC 3579 markalı, **-AC- *** dövlət qeydiyyat nömrə nişanlı avtokran tipli avtomobillin sahibi Cavabdeh birgə mülki məsuliyyəti vardır. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək, cavabdehə münasibətdə mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan məbləğ hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdehndən mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, cavabdehin zərəri ödədikdən sonra hadisəni törətmiş X11 qarşı ödənmiş pulun geri qaytarılması ilə bağlı reqres hüququ vardır. Belə ki, MM-nin 114.1.maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tərəflər hər ikisi dövlət rüsumundan azaddır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2143/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2143/2023
19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver