Məhkəmə qərarları › İş №2(012)-22/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-22/2024

29.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-22/2024 29.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı tikilinin sökülməsi, qanunsuz sənədlərin ləğv edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla yaşayış evi inşa edildiyindən həmin evin sökülməsi, həmin evin tikintisinə dair digər cavabdehlər tərəfindən verilmiş sənədlərin ləğv edilməsi və Cavabdeh vurulmuş maddi zərərə görə 100000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il təvəllüdlüdür və İİ qrup əlil kimi ayda 250 manat pensiya alır. Oğlu 2021-ci ilin yanvar ayından hərbi xidmətdədir. Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayış sahəsi 52,9 kv.metr, köməkçi sahəsi 22,9 kv.metr olan 3 otaqdan ibarət yaşayış evi Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona verilmiş qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətindədir. Evi Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-5-662 nömrə ilə qeydə alınmış müqaviləyə əsasən almışdır. İstifadəsində 241 kv.metr torpaq sahəsi vardır ki, bunun da 100,3 kv.metri tikililərin altındadır. Evi aldığı vaxtdan ailəsilə birlikdə orada yaşayır. Cavabdeh Mirhafız oğlu 2020-ci ildə evindən 30 sm məsafədə yaşayış evi tikməyə başlamışdır. Onun bu hərəkətinin qanunsuz olması barədə özünə dəfələrlə bildirməyinə və tikintini dayandırmasını tələb etməyinə baxmayaraq, o, 4 mərtəbəli ev tikmişdir. Cavabdehin tikdiyi ev ilə onun evinin ara məsafəsi az olduğundan tikinti nəticəsində evinin divarlarında dərin çatlar əmələ gəlmiş, ev qəzalı vəziyyətə düşmüşdür. Nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. Evinə vurulan zərəri 100000 manat məbləğində qiymətləndirir. Belə ki, evinin bazar qiyməti 100000 manat olardı, zərər vurulması nəticəsində evin qiyməti aşağı düşmüşdür. Həm də bu cür qəzalı vəziyyətdə olan evi alan yoxdur. Ara məsafəsi olmadığından evin ətrafında təmir işləri apara bilmir. Onun müraciətinə əsasən "xxxx" MMC-nin eksperti evə baxış keçirərək 03- 30/21 nömrəli 23 aprel 2021-ci il tarixli rəy vermişdir. Həmin rəydə göstərilir ki, “onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinə əsasən 6 metr aralıda inşa olunmalıdır. Evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır. (Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikilinin mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3m aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətində əyilməsi (yeni inşa olunmuş tikiliyə tərəf axmasından) nəticəsində yaranmışdır.) Mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. Evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilər”. Cavabdehin tikdiyi ev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 80-ci maddələrinin tələblərinə zidd olmaqla inşa edildiyindən və onun evinə davamlı olaraq zərər vurduğundan sökülməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla yaşayış evi inşa edildiyindən həmin evin sökülməsi və cavabdehdən vurulmuş maddi zərərə görə 100000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə3 iddia tələbini müdafiə etdilər. İşirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22979 B reyestr nömrəli, 1521 B saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yaşayış sahəsi 52,9 kv.metr, köməkçi sahəsi 22,9 kv.metr olan 3 otaqdan ibarət 35/1 saylı yaşayış evi İddiaçı məxsusdur. İşdə olan Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22979 reyestr nömrəli, 1521 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən yaşayış sahəsi 40,2 kv.metr, köməkçi sahəsi 23 kv.metr olan 3 otaqdan ibarət 40 saylı yaşayış evi Nümayəndə1 məxsusdur. İşdə olan "xxxx" MMC-nin 03-30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır (Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcələssinin 69.5.1. bəndinə əsasən 6,0 metr və digər evin arxa hissəsində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından 11,4 metr aralıda inşa olunmalıdır). İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır (Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikilinin İddiaçı mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3 metr aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikintiquraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi (yeni inşa olunmuş tikiliyə tərəf axmasından) nəticəsində yaranmışdır). İddiaçı mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilər. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iş üzrə tərəflərin heç biri ödənıiş etmədiyindən Agentliyin mütəxəssislərin iştirakı təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X3 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəfimizdən hazırda hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. Məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin cəlb edilməsi tövsiyə edilmişdir. İşdə olan “X5 və Ekspertiza Mərkəzi” MMC-yə xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəmənin xx.xx.2022-ci il tarixli 2(012)-199/2023 saylı qərardadında qoyulmuş sualların tam cavablandırılması üçün mütəxəssis tərəfindən həmin ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların olduğu müəyyən edilmişdir. Yaranmış qüsurların (çatların) dərəcəsini müəyyən etmək, bərkitmə, gücləndirmə işlərinin aparılmasına dair mühəndis konstruktorunun hesabatına zərurət yaranmışdır. Odur ki, həmin hesabat təqdim olunduqdan sonra qərardadda qoyulmuş suallarla bağlı mütəxəssis rəyinin verilməsi mümkündür. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2309 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin tikililərinin divarlarında və digər konstruktiv elementləri üzərində şaquli və üfüqi çatların olduğu müəyyən edilmişdir. Lakin baxış zamanı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisləri iştirak etmədiyindən, eləcə də vəsatətin göndərilməsindən bir aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssis rəyi təqdim edilmədiyindən, tədqiq olunan fərdi yaşayış evində aşkar edilmiş çatların səbəbinin və dəymiş ziyanın müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun (Azimeti) xx.xx.2024-cü il tarixli 3-35-3/2-190/2024 saylı məktubundan görünür ki, qoyulmuş sualların cavablandırılması yerli İcra Hakimiyyəti orqanlarının və FHN-nin Tikintidə X3 Agentliyinin səlahiyyətləri daxilindədir. İstismarda olan binaların təhlükəsizliyi FHN-nin Tikintidə X3 Agentliyi təfəfindən həyata keçirilir. Qarşıya qoyulan sualların cavablandırılması və rəyin alınması üçün yerli İcra Hakimiyyəti orqanlarına və FHN-nin Tikintidə X3 Agentliyinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər qonşudurlar və onlara (cavabdehin atasına) Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllədə fərdi yaşayış evləri məxsusdur. İddiaçı iddia edir ki, cavabdehin onun evinə yaxın ərazidə tikinti işləri aparması nəticəsində ona məxsus ev yararsız vəziyyətə düşmüşdür. Buna görə də həmin ev sökülməli və cavabdehdən vurulmuş maddi zərərə görə 100000 manat pul tutularaq ona ödənilməlidir. Bu zaman iddiaçı tələbini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 80-ci maddələri ilə əsaslandırmış və onun təşəbbüsü ilə tərtib edilmiş "xxxx" MMC-nin 03-30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyinə istinad etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda;[ 3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda;[ 3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə görə bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 97.5-ci maddəsinə görə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 5-bəndinə görə bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərinə görə Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunan normaların tələblərindən görünür ki, başa çatmış tikinti obyektlərinin sökülməsi üçün məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Hazırki iş üzrə də sökülməsi xahiş edilən tikinti başa çatdırılmışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, İddiaçı həmin tikilinin sökülməsi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə, məhkəmə iddia tələbinin iddiaçının evinə dəyən zərərin əvəzi olaraq, qanunvericiliyin tələblərinin pozularaq binanın tikilməsi səbəbindən evin bazar dəyərinin kəskin şəkildə azalması, habelə iddiaçının və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissələrin təmin olunmasına əsas verən halları sübut etmək vəzifəsini Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi ilə iddiaçı daşımış, lakin iddiaçı özünün izahatından başqa hər hansı bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.3-cü maddəsinə görə əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 172.1-ci maddəsinə görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının ona dəyən real zərərin tutulması tələblərinin söykəndiyi hallar nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin qonşuluq hüququna və mülki hüquq pozuntusuna (deliktə) dair normaları müzakirə edilə bilər. Belə ki, iddiaçı, cavabdehin qonşu ərazidə inşa etdiyi binanın onun evinə maddi zərər vurduğunu, özünə və ailə üzvlərinə təhlükə yaratdığını bildirir. Məlum olduğu kimi, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir daşınmaz əmlak qonşunun əmlakı sayılır. Qonşu daşınmaz əmlakın mülkiyyətçiləri öz hüququnu həyata keçirərkən qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən daşınmaz əmlakın mülkiyyətçisindən təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Eyni zamanda, tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, qonşulara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun, yaxud həmin sahələrdəki qurğuları zədələsin. Bu qaydaların pozulması nəticəsində vurulan ziyan mülki hüquq pozuntusu (delikt) sayılır. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, yəni delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki hüquq pozuntusuna dair normalar çərçivəsində cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Bununla bağlı məhkəmə tərəfindən bir neçə dəfə ekspertiza aparılması təmin edilmiş, iddiaçının evinə dəyən zərərlə cavabdehin apardığı inşaat işləri arasında səbəbli əlaqənin olub-olmamasına, habelə zərərin həcminə dair suallar ekspertlər tərəfindən cavablandırılmamış, buna səbəb kimi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinin təqdim olunmadığı göstərilmişdir. Beləliklə, məhkəmə bu hallara məcmu halda qiymət verərək belə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini və zərərin əvəzinin qaytarılması barədə tələbini əsaslandıra bilməmiş, bu barədə iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 03-30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyində isə cavabdehin təqsirinin (inşaat işlərinin görülməsi xüsusunda) müəyyən edilməsi yalnız formal mülahizələrə əsaslanır ki, bu da iddianın bu hissədə təmin edilməsi üçün kifayət deyildir. Məhkəmə bu nəticəyə gələrkən mülki işin icraat vaxtının uzanmasını (iddia ərizəsi xx.xx.2021-ci il tarixdə daxil olub) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunu da nəzərə alır. Belə ki, bu məktubdan görünür ki, iş üzrə tərəflərin heç biri ödəniş etmədiyindən Agentliyin mütəxəssislərin iştirakı təmin olunmamışdır. MPM-nin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda məhkəmə hesab edir ki, İddiaçı tikilinin sökülməsi barədə subyektiv hüquqa malik deyildir, vurulmuş maddi zərərin ödənilməsi barədə tələbinin əsası kimi istinad etdiyi halları isə hazırki mərhələdə sübut edə bilməmişdir. Ona görə də məhkəmə iddianın əsasını formal mülahizələr kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar