Məhkəmə qərarları › İş №2(1-8)-948/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-948/2026

11.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-948/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə yazılı icraat qaydasında ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 26cı məhəllədə yerləşən, 3 otaqlı, yaşayış sahəsi 52,9 kv.metr, köməkçi sahəsi 22,9 kv.metr olan **/* saylı yaşayış evi İddiaçı məxsusdur.

2. Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 26cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 40,2 kv.metr, köməkçi sahəsi 23 kv.metr olan ** saylı yaşayış evi nümayəndə2 məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh (bundan sonracavabdeh), Abşeron Rayon İcra Hakimiyyəti və AR Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə X4rşı tikilinin sökülməsi, qanunsuz sənədlərin ləğv edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla yaşayış evi inşa edildiyindən həmin evin sökülməsi, həmin evin tikintisinə dair digər cavabdehlər tərəfindən verilmiş sənədlərin ləğv edilməsi və cavabdehdən vurulmuş maddi zərərə görə 100.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı o, ##.##.1965-ci il təvəllüdlüdür və II qrup əlil olaraq ayda 250 manat pensiya alır. Oğlu 2021-ci ilin yanvar ayından hərbi xidmətdədir. Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 3 otaqlı, yaşayış sahəsi 52,9 kv.metr olan yaşayış evi Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyətindədir. Evi Abşeron rayon 2ci Dövlət Notariat Kontorunda bağlanmış müqaviləyə əsasən almışdır. İstifadəsində 241 kv.metr torpaq sahəsi vardır ki, bunun da 100,3 kv.metri tikililərin altındadır. Evi aldığı vaxtdan ailəsilə birlikdə orada yaşayır. Cavabdeh 2020-ci ildə evindən 30 sm məsafədə yaşayış evi tikməyə başlamışdır. Onun bu hərəkətinin qanunsuz olması barədə özünə dəfələrlə bildirməyinə və tikintini dayandırmasını tələb etməyinə baxmayaraq, o, 4 mərtəbəli ev tikmişdir. Cavabdehin tikdiyi ev ilə onun evinin ara məsafəsi az olduğundan tikinti nəticəsində evinin divarlarında dərin çatlar əmələ gəlmiş, ev qəzalı vəziyyətə düşmüşdür. Nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. Evinə vurulan zərəri 100.000 manat məbləğində qiymətləndirir. Belə ki, evinin bazar qiyməti 100.000 manat olardı, zərər vurulması nəticəsində evin qiyməti aşağı düşmüşdür. Həm də bu cür qəzalı vəziyyətdə olan evi alan yoxdur. Ara məsafəsi olmadığından evin ətrafında təmir işləri apara bilmir. Onun müraciətinə əsasən “xxxx” MMC-nin ## ##### 2021-ci il tarixli ekspert rəyində göstərilir ki, “onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə **/* saylı ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinə əsasən 6 metr aralıda inşa olunmalıdır. Evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikilinin mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3 m aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətində əyilməsi, yeni inşa olunmuş tikiliyə tərəf axması nəticəsində yaranmışdır. Mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. Evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilər. Cavabdehin tikdiyi ev AR Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 80-ci maddələrinin tələblərinə zidd olmaqla inşa edildiyindən və onun evinə davamlı olaraq zərər vurduğundan sökülməlidir.

5. xxxx” MMC-nin ## ##### 2021-ci il tarixli rəyinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə **/* saylı ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından AR Şəhərsalma və Tikinti Məcələssinin 69.5.1. bəndinə əsasən 6,0 metr və digər evin arxa hissəsində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından 11,4 metr aralıda inşa olunmalıdır. İddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə **/* saylı ünvanda yerləşən fərdi yaşayış evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikilinin iddiaçının mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3 metr aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi, yəni yeni inşa olunmuş tikiliyə tərəf axması nəticəsində yaranmışdır). İddiaçının mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. İddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə **/* saylı ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilər.

6. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X3 ##.##.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iş üzrə tərəflərin heç biri ödənıiş etmədiyindən Agentliyin mütəxəssislərin iştirakı təmin olunmamışdır.

7. “X2 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə **/* saylı ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəmənin ##.##.2022-ci il tarixli qərardadında qoyulmuş sualların tam cavablandırılması üçün mütəxəssis tərəfindən həmin ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların olduğu müəyyən edilmişdir. Yaranmış qüsurların (çatların) dərəcəsini müəyyən etmək, bərkitmə, gücləndirmə işlərinin aparılmasına dair mühəndis konstruktorunun hesabatına zərurət yaranmışdır. Odur ki, həmin hesabat təqdim olunduqdan sonra qərardadda qoyulmuş suallarla bağlı mütəxəssis rəyinin verilməsi mümkündür.

8. AR Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə **/* saylı ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikililərinin divarlarında və digər konstruktiv elementləri üzərində şaquli və üfüqi çatların olduğu müəyyən edilmişdir. Lakin baxış zamanı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X3 mütəxəssisləri iştirak etmədiyindən, eləcə də vəsatətin göndərilməsindən bir aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssis rəyi təqdim edilmədiyindən, tədqiq olunan fərdi yaşayış evində aşkar edilmiş çatların səbəbinin və dəymiş ziyanın müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.

9. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X3 ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin ## #### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə AR Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəfimizdən hazırda hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. Məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin cəlb edilməsi tövsiyə edilmişdir. AR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat

10. İnstitutunun (Azimeti) ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qoyulmuş sualların cavablandırılması yerli İcra Hakimiyyəti orqanlarının və FHN-nin Tikintidə Təhlükəsizliyə X3 səlahiyyətləri daxilindədir. İstismarda olan binaların təhlükəsizliyi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təfəfindən həyata keçirilir. Qarşıya qoyulan sualların cavablandırılması və rəyin alınması üçün yerli İcra Hakimiyyəti orqanlarına və FHNnin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilməsi məqsədəuyğundur. 11.Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilməməsi qət edilmişdir. 12.Birinci instansiya məhkəməsi qeyd etmişdi ki, iddiaçının ona dəyən real zərərin tutulması tələblərinin söykəndiyi hallar nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin qonşuluq hüququna və mülki hüquq pozuntusuna (deliktə) dair normaları müzakirə edilə bilərdi. Belə ki, iddiaçı, cavabdehin qonşu ərazidə inşa etdiyi binanın onun evinə maddi zərər vurduğunu, özünə və ailə üzvlərinə təhlükə yaratdığını bildirmişdi. Məhkəmə tərəfindən bir neçə dəfə ekspertiza aparılması təmin edilmiş, lakin iddiaçının evinə dəyən zərərlə cavabdehin apardığı inşaat işləri arasında səbəbli əlaqənin olubolmamasına,

13. habelə zərərin həcminə dair suallar ekspertlər tərəfindən cavablandırılmamışdır. Bunun səbəbi kimi isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X3 mütəxəssis rəyinin təqdim olunmadığı göstərilmişdir. 14.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona dəymiş maddi zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini və zərərin əvəzinin qaytarılması barədə tələbini əsaslandıra bilməmiş və bu barədə iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin ## ##### 2021-ci il tarixli rəyində isə cavabdehin təqsirinin (inşaat işlərinin görülməsi xüsusunda) müəyyən edilməsi yalnız formal mülahizələrə əsaslanırdı, ki, bu da iddianın bu hissədə təmin edilməsi üçün kifayət etmirdi. 15.Birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 170.1, 170.2, 171.3, 172.1, 1096.1, 1096.2-ci maddələrinə, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 95, 97-ci maddəsinə, “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 2.1.3, 2.1.4, 2.1.5,-ci bəndələrinə, habelə MPM-nin 4.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat 16.İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 3 otaqlı, yaşayış sahəsi 52,9 kv.m olan yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evi Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunda bağlanmış müqaviləyə əsasən almış və reyestrdə qeydə alınmışdır. Evinin istifadəsində 241,0 kv.m torpaq sahəsi vardır və bunun 100,3 kv.m tikililərin altındadır. O, evini aldığı vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh 2020-ci ildə evindən 30 sm məsafədə yaşayış evi tikməyə başlamışdır. Özünün bu hərəkətinin qanunsuz olduğunu dəfələrlə bildirməyinə və tikintini dayandırmasını tələb etməsinə baxmayaraq, cavabdeh 4 mərtəbəli ev tikmişdi. Cavabdehin tikdiyi ev ilə onun evinin ara məsafəsi az olduğundan, tikinti nəticəsində evinin divarlarında dərin çatlar əmələ gəlmiş və evi qəzalı vəziyyətə düşmüşdü. Nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. Evinə vurulan zərəri 100.000 manat qiymətləndirmişdir. Belə ki, evin bazar qiyməti 100.000 manat olardı, zərər vurulması nəticəsində isə evin qiyməti aşağı düşmüşdür. Həm də qəzalı vəziyyətdə olan evi alan olmamışdır. Ara məsafəsi olmadığından, evinin ətrafında təmir işləri apara bilməmişdir. Müraciətinə əsasən “xxxx” MMC-nin ## ##### 2021-ci il tarixli rəyinə əsasən mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi 26-cı məhəllə **/* saylı ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından 6.0 metr aralıda inşa olunmalı idi. Evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi olmuşdu. Evin yan tərəfində inşa olunmuş yeni tikilinin mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3 metr aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətində əyilməsi (yeni inşa olunmuş tikiliyə tərəf axmasından) nəticəsində yaranmışdı. Mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdə idi. Evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilərdi. Məhkəmənin gəldiyi nəticə düzgün deyil. Cavabdeh evi qanuna zidd inşa etdiyindən və evinə davamlı olaraq zərər vurduğundan sökülməli və ona dəymiş ziyan ödənilməlidir. 18.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə sədrlik edən, məruzəçi, Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə qismən təmin edilərək cavabdehdən vurulmuş zərərə görə 27.475 manatın tutularaq iddiaçıya verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 19.Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq ilk öncə qeyd etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş, sökülməsi tələb olunan 4 mərtəbəli evin ona məxsus olmadığını, həmin yerdə ev inşa etdirmədiyini və inşasında iştirak etmədiyini, atasının da orada əmlakının olub-olmamasından məlumatının olmadığına dair izahat vermişdir ki, cavabdehin qeyd olunan izahatını qeyri-mötəbər, ona qarşı qaldırılmış iddia üzrə cavabdehlikdən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. 20.Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş 4 mərtəbəli binanı əyani şəkildə müşahidə etməklə cavabdehin həmin binaya aidiyyətinin olub-olmadığını müəyyən etmək üçün mübahisəli əraziyə baxış keçirilsə də cavabdeh müayinə yerinə gəlməmişdir. Cavabdehin atası, həmçinin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı verilmiş etirazda evin ona məxsus olmaqla iddianın ona qarşı qaldırılmalı olmasını qeyd etməklə yanaşı, tikintinin onun, bəzən cəm halda onlar tərəfindən inşa edilməsini bildirmişdir. 21.Məhkəməyə təqdim edilən etirazda cavabdehin atası göstərmişdir ki, tikinti zamanı cavabdeh onların tikintisinə daxil olaraq iş icraçısını, fəhlələri, bəzən isə tikintiyə nəzarət edən oğlunu nümayişkəranə şəkildə polisə və məhkəməyə vercəyi ilə hədələmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş 4 dmərtəbəli evdən məlumatlı olmamasına dair izahat vermişdir. 22.Məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş 4 mərtəbəli evin və ya onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi təklif olunsa da cavabdeh məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. 23.Cavabdeh tərəfindən məhkəməyə yalnız Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surəti təqdim edilmişdir ki, həmin sənədə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 63,5 kv.metr olan ** saylı yaşayış evi cavabdehin atası nümayəndə2 məxsus olmuş və işin mübahisəsiz halı kimi həmin ev sökülmüşdür. 24.Sökülməsi tələb olunan tikilinin aşağı mərtəbələri qeyri-yaşayış, yuxarı mərtəbələri yaşayış sahəsindən ibarət olan 4 mərtəbəli binadan ibarət olmaqla, onun sökülmüş yaşayış evinin yerləşdiyi torpaq sahəsində və ya başqa torpaq sahəsində inşa edilməsinə dair, o cümlədən 4 dmərtəbəli binadan ibarət tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehin və ya onun atasının mülkiyyətində olmasın dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 25.Məhkəmə kollegyasının iclasında cavabdehin sökülməsi tələb olunan evin ona aidiyyətinin olmamasını və atasına məxsusluğundan isə xəbərinin olmamasını bildirməsinə baxmayaraq, vəkili tərəfindən ekspertiza keçirilməsinə dair vəsatət verməsi də anlaşılan olmamışdır. 26.İddiaçı isə sökülməsini tələb etdiyi 4 mərtəbəli tikilinin məhz cavabdeh tərəfindən inşa edildiyini, həmin tikilinin inşası zamanı mübahisələrinin onunla olduğunu, hazırda da evə faktiki sahblik etdiyini və zərərin də məhz onun təqsirli hərəkətləri nəticəsində vurulmasında israr etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaya verilmiş etirazda da iddiaçının məhz cavabdehlə tikintini aparan cavabdehlə mübahsiə etməsi öz təsdiqini tapmışdır. 27.Bununla yanaşı məhkəmə kollegiyası nəzərə almışdır ki, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi nəticəsində vurulan ziyan da yüksək təhlükə mənbəyinin vurduğu ziyan hesab olunur ki, işin faktiki hallarına görə cavabdeh fərdi qaydada və ya atası ilə birlikdə iddiaçıya münasibətdə yüksək təhlükə mənbəyinin sahibi kimi çıxış etmişlər. 28.Buna görə də məhkəmə kollegiyası cavabdehin fərdi qaydada və ya atası ilə birlikdə, qanundan irəli gələn birgə borclu qismində iddiaçının evinə vurulmuş zərərələ bağlı iddaya cavab verməli olan şəxs kimi qəbul etmişdir. 29.Məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən inşa edilmiş 4 mətrəbəli binanın sökülməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının mülkiyyətində olan fərdi evinin yanında hazırkı iş üzrə sökülməsi tələb olunan 4 mərtəbəli bina ilə yanaşı, 7 mərtəbəli çoxmənzilli yaşayış binası da inşa edilmişdir ki, iddiaçı tərəfindən 7 mərtəbəli binanı inşa edən İsgəndərov Araz Əlabbas oğluna qarşı da tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırılmış, AR Ali Məhkəməsi Mülki kollegiyasının ## ##### 2022-ci il tarixli qərarı ilə tikilinin sökülməsinin rədd edilməsi hissəsində aşağı instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılmış, yalnız zərər tələbi hissəsində apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. 30.Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd etmişdir ki, hazırkı icraat çərçivəsində tikililər arasında yetərli məsafə olmadığından, iddiaçıya məxsus evdə yaranmış qüsurların aradan qaldılmasının mümkünsüzlüyü, vurulmuş zərərin yalnız qəzalı evin sökülməklə yeni evin inşa ediliməklə aradan qaldırılmasının mümkünlüyü müəyyən edilmişdir ki, zərər məbləğinin də qeyd edilən əsaslar üzrə tutulmalı olması nəticəsinə gəlinmişdir. 31.Məhkəmə kollegiyası qeyd etmişdir ki, tikilinin sökülməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. 32.Məhkəmə kollegiyası zərərin tutulması ilə bağlı iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə isə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən ara məsfəsi saxlanılmadan tikilinin inşa edilməsi müəyyən edilməkdədir. Bu hal iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli ekspert rəyi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X3, “Azərinşaatlayihə” DBLKTİ-nin ##.##.2024-cü il tarixli, “xxxx” MMC-nin ## ##### 2021-ci il tarixli, “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli mütəxəssis rəyləri ilə təsdiq olunmuşdur. 33.Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X3, “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssis rəyində qeyd olunmuşdur ki, hər iki tikilinin iddiaçının fərdi yaşayış evinə yaxın yerləşməsi səbəbindən və iddiaçının mülkiyyətində olan evdə qüsurların əmələ gəlməsi ehtimalı olduğunu qeyd etmişdir. 34.“xxxx” MMC-nin ## ##### 2021-ci il tarixli rəyində isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaranmış çatların evin yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsinin olması birmənalı olaraq göstərilmişdir. 35.Belə ki, ## ##### 2021-ci il tarixli rəyə əsasən iddiaçının mülkiyyətində olan evdə yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi, yəni yeni inşa olunmuş tikiliyə tərəf axması nəticəsində yaranmış və iddiaçının evi texniki cəhətdən qəzalı vəziyyətə düşmüşdür. 36.Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi iddiaya qarşı etirazda iddiaçının evində yaranmış zədələrin qrunt sularının təsiri nəticəsində əmələ gəldiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. 37.Məhkəmə kollegiyası rəyləri mötəbər hesab etməklə qeyd etmişdir ki, cavabdeh ara məsafəsi gözləmədən məhz həmin tikililəri inşa etdikdən sonra iddiaçının evində çatlar əmələ gəlmişdir. 38.Məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətində olan evə baxış keçirilməklə, iş materiallarında olan və 2021-ci il tarixdə çəkilmiş fotoşəkllərə hazırkı vəziyyət müqayisə edildiyi halda isə yaranmış çatların artması və böyüməsi müəyyən edilmişdir. 39.Buna görə də məhkəmə kollegiyası iddiaçının evinin qəzalı vəziyyətə düşməsində cavabdehin təqsirinin olmasına dair iddia tələbini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası vurulmuş zərərin həcmi ilə bağlı tələbə münasibətdə qeyd etmişdir ki, mütəxəssis rəyində qeyd olunmaqla yanaşı, yerində müayinə zamanı ara məsfəsi olmaması səbəbindən iddiaçının evində yaranmış çatların aradan qaldırılması ilə bağlı bərkitməgücləndirmə

40. işlərinin aparılmasının mümkün olmaması müşahidə olunmuşdur. 41.Məhkəmə kollegiyası qeyd etmişdir ki, vurulmuş zərərin əvəzinin yalnız yeni evin inşa ediliməklə aradan qaldırılmasının mümkünlüyü müəyyən edilmiş və zərər məbləğinin də qeyd edilən əsaslar üzrə tutulmalı olması nəticəsinə gəlinmişdir. Mütəxəssis rəyinə görə isə zərərin aradan qaldırılması ilə bağlı görülməli olan işlərin dəyəri 54.950 manat müəyyən edilmişdir. Mütəxəssis rəylərinə əsasən hər iki tikilinin (7 mərtəbəli və 4 mərtəbəli) iddiaçının fərdi yaşayış evinə yaxın yerləşməsi səbəbindən qüsurların əmələ gəlməsi müəyyən edilsə də təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmamışdır. 42.Buna görə də məhkəmə kollegiyası AR Mülki Məcəlləsinin 1113.1 və 1114.2-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya vurulmuş 54.950 manat zərər məbləğinin yarısını, yəni 27.475 manatın cavabdehdən tutularaq iddiaçıya verilməli olması nəticəsinə gəlmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 43.İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi, habelə cavabdehdən vəkil və məhkəmə xərclərinin tam məbləğdə onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 44.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili ilə yaxın məsafədə, ona bitişik vəziyyətdə cavabdehə məxsus olmayan daha bir tikili mövcud olmuşdur. Lakin iddiaçıya dəymiş zərərin həmin tikili ilə necə əlaqəli olması ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Beləliklə, məbləğ təyin edilərkən ekspert rəyində göstərilən məbləğin yarıya endirilməsi üçün hər hansı əsas olmamışdır. Belə ki, iddiaçıya dəymiş zərər yalnız evin divarlarında yaranmış çatlar və zədələnmələrlə bağlı olmamışdır. Cavabdeh tərəfindən tikilmiş bina dördmərtəbəli olduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalı idi. Bu baxımdan cavabdeh tərəfindən tikilmiş bina qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu hal ekspertiza rəyində də qeyd edilmişdir. Beləliklə, qanunvericiliyin tələblərinin pozulması nəticəsində tikilmiş bina iddiaçının evinə cəmi 0,3 metr məsafədə olduğuna görə təbii olaraq həddindən artıq sıxlıq və təhlükəlilik yaratmış, hava sirkulyasiyasının və gün işığının düşməsinin qarşısını almış, insanların və nəqliyyat vasitələrinin evə daha rahat hərəkət edə bilməsinə mane olmuşdur. Bu hallar da mənzilin bazar qiymətini aşağı salmışdır. Lakin məhkəmə tərəfindən dəymiş zərərin məbləği təyin edilərkən bu hallar qətiyyən nəzərə alınmamışdır. Yəni Mülki Məcəllənin 21.2-ci maddəsində göstərilmiş “hüququ pozulmuş şəxsin ... hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)” nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozularaq aparılmış tikinti işləri iddiaçının evinə münasibətdə normalara uyğun həyata keçirilmədiyindən iddiaçı tikinti zamanı həddindən artıq toz-torpaq, səs-küy və təhlükəyə məruz qalmışdır. Mülki Məcəllənin 171.3-cü maddəsində qeyd edilmişdir: “Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.” Məhkəmə iddiaçıya ödənilməli olan məbləği təyin edərkən bu halı da nəzərə almamışdır. 45.Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 46.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. İddiaçının qonşuluğunda yerləşən evin məhz tərəfinin inşa edilməsini sübut edən mötəbər və etibarlı sübut tapılmamışdır. Qətnamədə istinad edilən hallar məhkəmənin öz mülahizələrinə və etimallarına əsaslanmışdır ki, bu da hüququn ümumi prinsiplərinə və ədalətə zidd olmuşdur. Məhkəmə, tikilinin mülkiyyətçisini müəyyən etmək üçün qanunla müəyyən edilmiş bütün hüquqi vasitələrdən və araşdırma alətlərindən istifadə etməmişdir. Müvafiq dövlət qurumlarına sorğu göndərilməmiş, tikilinin kimə aid olduğunu müəyyən etmək üçün lazım olan bütün sübutlar təmin edilməmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilən qeydiyyat vəsiqəsi, evin ataya məxsus olduğunu təsdiq edən təkzib edilməz və mötəbər bir sübut olmuşdur. Lakin məhkəmə bu sübutu nəzərə almayıb və onun etibarlılığını inkar etmişdir. Bu vəziyyət göstərmişdir ki, məhkəmə mülkiyyət məsələsini düzgün qiymətləndirməmiş və bu da onun qərarının hüquqi cəhətdən yanlış olduğunu sübut etmişdir. Məhkəmənin verdiyi qərarın əsaslandırılmasında bir neçə səhv yanaşma mövcud olmuşdur. Məsələn, iddiaçının mülkiyyətində olan evlə tərəfinin inşa edildiyi iddia edilən tikili arasında məsafə məsələsi də məhkəmənin qiymətləndirməsinə daxil edilmişdir. Lakin bu məsələlər mülkiyyətin müəyyənləşdirilməsi ilə əlaqəli olmamışdır. Tərəf, tikilinin inşasında iştirak edibetməməyinin bu işin mülkiyyətçisinin kim olduğunu müəyyənləşdirmək üçün heç bir əhəmiyyət daşımadığını göstərmişdir. Məhkəmə, bu məsələnin məhkəməyə nə dərəcədə təsir etməli olduğunu düzgün qiymətləndirməmişdir. Məhkəmə, tikilinin mülkiyyətinə dair atanın təqdim etdiyi etirazı nəzərə alaraq, bu etirazın mötəbər sübut olaraq qəbul edilməsinin doğru olduğunu iddia etmişdir. Lakin, bu etirazda verilən məlumatlar yalnız subyektiv mülahizələr olmuşdur və heç bir hüquqi təsirə malik olmamışdır. Atanın qeyd etdiyi "bəzən cəm halda onlar tərəfindən inşa edilməsi" ifadəsi, tikilinin mülkiyyətçisinin kim olduğunu müəyyənləşdirən əsaslı sübut olmamışdır. Bu ifadə yalnız tikilinin inşasında bir neçə şəxsin iştirakını göstərmişdir, amma mülkiyyətin kimə aid olduğunu müəyyən etmir. Həmçinin, məhkəmənin gətirdiyi digər bir dəlil, iddiaçının evinin qonşuluğunda tikilən binaya məhkəmənin etdiyi baxış zamanı tərəfin orada olmamış olması ilə əlaqədar olmuşdur. Lakin, bu məsələnin mülkiyyət məsələsi ilə heç bir əlaqəsi olmamışdır. Tərəfin yerli baxışda iştirak etməməyinin tikilinin mülkiyyətinə təsir etmədiyini göstərmişdir. Məhkəmə, bu məsələyə səhv yanaşmışdır. Məhkəmə tərəfindən gətirilən digər bir dəlil də tikilinin mülkiyyətinə dair sənədlərin məhkəməyə təqdim edilməməsidir. Lakin, tərəfi tərəfindən təqdim edilən qeydiyyat vəsiqəsi tikilinin ataya məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə, tikilinin mülkiyyətini müəyyən etmək üçün öz təşəbbüsü ilə əlavə araşdırma aparmalı idi. Bu cür araşdırma olmadan müvafiq qərarın verilməsi qanunvericiliyə uyğun olmamışdır. Qətnamədə göstərilən bir digər əsas, tikilinin sökülməsi məsələsi olmuşdur. Məhkəmə, tikilinin ataya məxsus olmadığını iddia edərək, tikilinin sökülməsini əsas götürmüşdür. Lakin, bu yanaşma hüquqi olaraq düzgün olmamışdır. Hətta tikili sökülsə belə, onun yerində yenidən inşa edilən evin mülkiyyətçisinin kim olduğunu müəyyənləşdirmək üçün sübut yoxdur. Son olaraq, məhkəmə, mülkiyyət məsələsini araşdırarkən yalnız etimallara əsaslanmışdır. Bu cür yanaşma hüquqi etibarlılığı olmayan, yanlış bir qiymətləndirmə olmuşdur və məhkəmə bu məsələyə ciddi yanaşmamışdır. Məhkəmənin, sübutları və dəlilləri düzgün qiymətləndirməməsi, nəticədə əsassız və hüquqi cəhətdən səhv bir qətnaməyə gətirib çıxarmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması vacib olmuşdur. Məhkəmə yalnız mötəbər sübutlarla qərar verməli və tərəflərin bərabərliyi prinsipi əsasında ədalətli və doğru qərar qəbul etməlidir. 47.Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 48.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 49.Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 50.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 51.Maddə. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 52.Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 53.Maddə 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 54.Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 55.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 56.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 57.Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 58.Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 59.Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 60.Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil. 61.Maddə 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla). 62.Maddə 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 63.Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 64.Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 65.Maddə 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 66.Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 67.Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 68.Maddə 92.4.1.Tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 69.Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 70.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 71.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 72.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 73.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 74.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 75.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 76.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 77.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri 78.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 79.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, tərəflərin ayrıayrılıqda

80. verdikləri kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 81.Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. 82.Apellyasiya məhkəməsi ilk öncə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsindəki iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş, sökülməsi tələb olunan 4 mərtəbəli evin ona məxsus olmadığını, həmin yerdə ev inşa etdirmədiyini, evin inşasında iştirakının olmadığını, atasının da orada əmlakının olmasından məlumatsız olması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər cavabdehə qarşı qaldırılmış iddia üzrə cavabdehlikdən yayınmaq cəhdindən başqa bir şey deyil. 83.Əksinə, apellyasiya məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş 4 mərtəbəli binanı əyani şəkildə müşahidə etməklə cavabdehin həmin binaya aidiyyətinin olub-olmadığını müəyyən etmək üçün mübahisəli əraziyə baxış keçirilsə də, cavabdeh müayinə yerinə gəlməmişdir. Cavabdehin atası, həmçinin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı verilmiş etirazda evin ona məxsus olmaqla, iddianın ona qarşı qaldırılmalı olmasını qeyd etməklə yanaşı, tikintinin onun, bəzən cəm halda onlar tərəfindən inşa edilməsini bildirmişdir. 84.Apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş 4 mərtəbəli evə və ya onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunması dəfələrlə cavabdehə təklif olunsa da, o məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə yalnız Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətini təqdim etmişdir ki, həmin sənədə əsasən də Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən ** saylı ev yaşayış sahəsi 63,5 kv.metr olmaqla 3 otaqdan ibarətdir. Hazırda isə həmin ev sökülüb və yerində sözügedən 4 mərtəbəli ev inşa edilib. 85.Hazırda iddiaçı tərəfindən sökülməsi tələb olunan 4 mərtəbəli tikilinin aşağı mərtəbələri qeyri-yaşayış sahələri, yuxarı mərtəbələri isə yaşayış sahəsi olmaqla cavabdehin faktiki sahibliyindədir. Məhkəmə kollegyasının iclasında isə cavabdeh, sökülməsi tələb olunan evin ona aidiyyətinin olmadığını və atasına məxsusluğundan isə xəbərinin olmadığını bildirsə də, məhz onun vəkili tərəfindən ekspertiza keçirilməsinə dair vəsatət verilməsi anlaşılan deyil. 86.Bütün bu hallar isə iddiaçının sökülməsini tələb etdiyi 4 mərtəbəli tikilinin məhz cavabdeh tərəfindən inşa edildiyini, həmin tikilinin inşası zamanı mübahisələrinin onunla olduğunu, hazırda da evə faktiki sahblik etdiyini və zərərin də məhz onun təqsirli hərəkətləri nəticəsində vurulmasında israr etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaya verilmiş etirazda da iddiaçının məhz cavabdehlə tikintini aparan cavabdehlə mübahsiə etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı apellyasiya məhkəməsi həm də nəzərə almışdır ki, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi nəticəsində vurulan ziyan da yüksək təhlükə mənbəyinin vurduğu ziyan hesab olunur ki, işin faktiki hallarına görə cavabdeh fərdi qaydada və ya atası ilə birlikdə iddiaçıya münasibətdə yüksək təhlükə mənbəyinin sahibi kimi çıxış etmişlər. 87.Buna görə də apellyasiya məhkəməsi, cavabdehin fərdi qaydada və ya atası ilə birlikdə, qanundan irəli gələn birgə borclu qismində iddiaçının evinə vurulmuş zərərələ bağlı iddaya cavab verməli olan şəxs kimi qəbul etmişdir. 88.Apellyasiya məhkəməsi iddiaçının cavabdeh tərəfindən inşa edilmiş 4 mətrəbəli binanın sökülməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının mülkiyyətində olan fərdi evinin yanında hazırkı iş üzrə sökülməsi tələb olunan 4 mərtəbəli bina ilə yanaşı, 7 mərtəbəli çoxmənzilli yaşayış binası da inşa edilmişdir ki, iddiaçı tərəfindən 7 mərtəbəli binanı inşa edən İsgəndərov Araz Əlabbas oğluna qarşı da tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırılmış və AR Ali Məhkəməsi Mülki kollegiyasının ## ##### 2022-ci il tarixli qərarı ilə tikilinin sökülməsinin rədd edilməsi hissəsində aşağı instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılmış, yalnız zərər tələbi hissəsində apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. 89.Apellyasiya məhkəməsi əlavə olaraq onu da qeyd etmişdir ki, hazırkı icraat çərçivəsində tikililər arasında yetərli məsafə olmadığından, iddiaçıya məxsus evdə yaranmış qüsurların aradan qaldılmasının mümkünsüzlüyü, vurulmuş zərərin yalnız qəzalı evin sökülməklə yeni evin inşa ediliməklə aradan qaldırılmasının mümkünlüyü müəyyən edilmişdir ki, zərər məbləğinin də qeyd edilən əsaslar üzrə tutulmalı olması nəticəsinə gəlmişdir. 90.Apellyasiya məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, tikilinin sökülməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, zərərin tutulması ilə bağlı iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən ara məsafəsi saxlanılmadan tikilinin inşa edilməsi müəyyən edilmişdir. Bu hal işə əlavə edilmiş çoxsaylı mütəxəsis və ekspert rəyləri ilə də təsdiq olunmuşdur. X1 Nazirliyi Tikintidə Təhlükəsizliyə X3, “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssis rəyində qeyd olunmuşdur ki, hər iki tikilinin iddiaçının fərdi yaşayış evinə yaxın məsafədə yerləşməsi, iddiaçının mülkiyyətində olan evdə qüsurların əmələ gəlməsinə səbəb olmuşdur. “xxxx” MMCnin rəyində də iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaranmış çatların evin yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsinin olması birmənalı olaraq göstərilmişdir. 91.Belə ki, ## ##### 2021-ci il tarixli rəyə əsasən iddiaçının mülkiyyətində olan evdə yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi, yəni yeni inşa olunmuş tikiliyə tərəf axması nəticəsində yaranmış və nəticədə iddiaçının evi texniki cəhətdən qəzalı vəziyyətə düşmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi iddiaya qarşı etirazda iddiaçının evində yaranmış zədələrin qrunt sularının təsiri nəticəsində əmələ gəldiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. 92.Apellyasiya məhkəməsi sözügedən rəyləri mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, cavabdeh ara məsafəsini gözləmədən, məhz sözügedən tikililər inşa olunduqdan sonra iddiaçının evində çatlar əmələ gəlmişdir. 93.Apellyasiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan evə baxış keçirilməklə, iş materiallarında olan və 2021-ci il tarixdə çəkilmiş fotoşəkllər evin hazırkı vəziyyəti ilə müqayisə olunduqda yaranmış çatların artması və böyüməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının evinin qəzalı vəziyyətə düşməsində cavabdehin təqsirinin olmasına dair iddiaçının hazırkı tələbi əsaslı olmuşdur. 94.Apellyasiya məhkəməsi vurulmuş zərərin həcmi ilə bağlı tələbə münasibətdə qeyd etmişdir ki, mütəxəssis rəyində qeyd olunmaqla yanaşı, yerində müayinə zamanı da ara məsfəsi olmaması səbəbindən iddiaçının evində yaranmış çatların aradan qaldırılması ilə bağlı bərkitmə-gücləndirmə işlərinin aparılmasının mümkün olmaması müşahidə olunmuşdur. Vurulmuş zərərin əvəzinin yalnız yeni evin inşa ediliməklə aradan qaldırılmasının mümkünlüyü müəyyən edilmiş və zərər məbləğinin də qeyd edilən əsaslar üzrə tutulmalı olması nəticəsinə gəlinmişdir. Mütəxəssis rəyinə görə zərərin aradan qaldırılması ilə bağlı görülməli olan işlərin dəyəri 54.950 manat müəyyən edilmişdir. Mütəxəssis rəylərinə əsasən hər iki tikilinin (7 mərtəbəli və 4 mərtəbəli evlərin) iddiaçının fərdi yaşayış evinə yaxın yerləşməsi səbəbindən qüsurların əmələ gəlməsi müəyyən edilsə də təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmamışdır. Buna görə də AR Mülki Məcəlləsinin 1113.1 və 1114.2-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya vurulmuş 54.950 manat zərər məbləğinin yarısının, yəni 27.475 manatın cavabdehdən tutularaq iddiaçıya verilməli olması nəticəsinə gəlinmişdir. 95.Göstərilənlərə əsasən, kassasiya məhkəməsi tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 96.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı və cavabdeh Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar