Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-725/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X10 və X8 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-22/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı tikilinin sökülməsi, qanunsuz sənədlərin ləğv edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla yaşayış evi inşa edildiyindən həmin evin sökülməsi, həmin evin tikintisinə dair digər cavabdehlər tərəfindən verilmiş sənədlərin ləğv edilməsi və Cavabdeh vurulmuş maddi zərərə görə 100000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayış sahəsi 52,9 kv.metr, köməkçi sahəsi 22,9 kv.metr olan 3 otaqdan ibarət yaşayış evi Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona verilmiş qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətindədir. Evi Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-5-662 nömrə ilə qeydə alınmış müqaviləyə əsasən almışdır. İstifadəsində 241 kv.metr torpaq sahəsi vardır ki, bunun da 100,3 kv.metri tikililərin altındadır. Evi aldığı vaxtdan ailəsilə birlikdə orada yaşayır. Cavabdeh Mirhafız oğlu 2020-ci ildə evindən 30 sm məsafədə yaşayış evi tikməyə başlamışdır. Onun bu hərəkətinin qanunsuz olması barədə özünə dəfələrlə bildirməyinə tikintini dayandırmasını tələb etməyinə baxmayaraq, o, 4 mərtəbəli ev tikmişdir. Cavabdehin tikdiyi ev ilə onun evinin ara məsafəsi az olduğundan tikinti nəticəsində evinin divarlarında dərin çatlar əmələ gəlmiş, ev qəzalı vəziyyətə düşmüşdür. Nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. Evinə vurulan zərəri 100000 manat məbləğində qiymətləndirir. Belə ki, evinin bazar qiyməti 100000 manat olduğu halda, zərər vurulması nəticəsində evin qiyməti aşağı düşmüşdür. Həm də bu cür qəzalı vəziyyətdə olan evi alan yoxdur. Ara məsafəsi olmadığından evin ətrafında təmir işləri apara bilmir. Onun müraciətinə əsasən "xxxx" MMC-nin eksperti evə baxış keçirərək 03-30/21 nömrəli, 23 aprel 2021-ci il tarixli rəy vermişdir. Həmin rəydə göstərilir ki, “onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci bəndinə əsasən 6 metr aralıda inşa olunmalıdır. Evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikilinin mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3 metr aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətində əyilməsi (yeni inşa olunmuş tikiliyə tərəf axmasından) nəticəsində yaranmışdır. Mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. Evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilər”. Cavabdehin tikdiyi ev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 80-ci maddələrinin tələblərinə zidd olmaqla inşa edildiyindən və onun evinə davamlı olaraq zərər vurduğundan sökülməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla yaşayış evi inşa edildiyindən həmin evin sökülməsi və cavabdehdən vurulmuş maddi zərərə görə 100000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-22/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pulun İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, başa çatmış tikinti obyektlərinin sökülməsi üçün məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Hazırki iş üzrə də sökülməsi xahiş edilən tikinti başa çatdırılmışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, İddiaçı həmin tikilinin sökülməsi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə məhkəmə iddia tələbinin iddiaçının evinə dəyən zərərin əvəzi olaraq, qanunvericiliyin tələblərinin pozularaq binanın tikilməsi səbəbindən evin bazar dəyərinin kəskin şəkildə azalması, habelə iddiaçının və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissələrin təmin olunmasına əsas verən halları sübut etmək vəzifəsini Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi ilə iddiaçı daşımış, lakin iddiaçı özünün izahatından başqa hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı ona dəymiş maddi zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini və zərərin əvəzinin qaytarılması barədə tələbini əsaslandıra bilməmiş, bu barədə iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 03- 30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyində isə cavabdehin təqsirinin (inşaat işlərinin görülməsi xüsusunda) müəyyən edilməsi yalnız formal mülahizələrə əsaslanır ki, bu da iddianın bu hissədə təmin edilməsi üçün kifayət deyildir.
7. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 170.1, 170.2, 171.3, 172.1, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95, 97-ci maddəsinə, “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 2.1.3, 2.1.4, 2.1.5,-ci bəndələrinə və MPM-nin 4.1, 77.1-ci maddələrinə edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-22/2024 nömrəli qətnaməsinin ləğv edib iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayış sahəsi 52,9 kv.m, köməkçi sahəsi 22,9 kv.m olan 3 otaqdan ibarət yaşayış evi Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona verilmiş qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətindədir. Evi Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4ə-5-662 nömrə ilə qeydə alınmış müqaviləyə əsasən almışdır. İstifadəsində 241.0 kv.m torpaq sahəsi vardır ki, bunun da 100,3 kv. tikililərin altındadır. Evi aldığı vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh 2020-ci ildə evindən 30 sm məsafədə yaşayış evi tikməyə başlamışdı. Onun bu hərəkətinin qanunsuz olması barədə özünə dəfələrlə bildirməyinə və tikintini dayandırmasını tələb etməyinə baxmayaraq o, 4 mərtəbəli ev tikmişdir. Cavabdehin tikdiyi ev ilə onun evinin ara məsafəsi az olduğundan tikinti nəticəsində evinin divarlarında dərin çatlar əmələ gəlmiş, evi qəzalı vəziyyətə düşmüşdür. Nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. Evinə vurulan zərəri 100.000 manat qiymətləndirir. Belə ki, evinin bazar qiyməti 100.000 manat olardı, zərər vurulması nəticəsində evin qiyməti aşağı düşmüşdür. Həm də qəzalı vəziyyətdə olan evi alan yoxdur. Ara məsafəsi olmadığından evinin ətrafında təmir işləri apara bilmir. Müraciətinə əsasən "xxxx" MMC-nin eksperti evinə baxış keçirərək 03-30/21 nömrəli 23 aprel 2021-ci il tarixli rəy vermişdir. Həmin rəydə göstərilir ki, “mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci bəndinə əsasən 6.0 metr aralıda inşa olunmalıdır. Evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikilinin mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3 metr aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikintiquraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətində əyilməsi (yeni inşa olunmuş tikiliyə tərəf axmasından) nəticəsində yaranmışdır. Mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. Evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilər”. Məhkəmənin gəldiyi nəticə düzgün deyil. Mübahisəyə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 74, 80-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi haqqında Əsasnamə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanı tətbiq edilməli, cavabdehin tikdiyi ev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 74, 80-ci maddələrinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi haqqında Əsasnamənin tələblərinə zidd olmaqla inşa edildiyindən və evinə davamlı olaraq zərər vurduğundan sökülməli, ona dəymiş ziyan ödənilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66.1ci maddəsinə əsasən tikilib abadlaşdırılmış ərazilərdə tikintinin həyata keçirilməsi nəzərdə tutulduğu hallarda sifarişçi, layihəçi və podratçı bitişik və qonşu obyektlərdə, habelə, həmin obyektlərin elementlərində deformasiya və zədələnmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməli və həmin obyektlərin normal fəaliyyət rejimini təmin etməlidirlər. (Evinin zədələnməsinin qarşısını almaq üçün sfarişçi və podratçı tərəfindən heç bir qabaqlayıcı tədbir görülməmişdir.) Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış ərazilərdə tikintinin aparılması üçün mühəndis-axtarış işləri yerinə yetirilərkən bitişik (yanaşı) və qonşu binaların yükdaşıyan konstruksiyaları ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməlidir. (Cavabdehin tikdiyi evin onun evinə potensial təsiri qiymətləndirilməmişdir) Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların(dəlillər) xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Cavabdeh ara məsafəsinin üzərində ev tikmiş, müvafiq orqan bu qanunsuzluğun qarşısını almamışdır. Həmin Məcəllənin 69.5.1-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi müəyyən edilir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Cavabdeh ev tikməsinə notariat qaydada razılıq verməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi haqqında Əsasnamənin 1-bi bəndində göstərilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.1.3-cü maddəsinə əsasən müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, icra hakimiyyəti tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyinə müraciət edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2 97.3 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan ekspert Amid Əliyevin 25 sentyabr 2024-cü il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” 25 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatət verildiyi tarixdən 1 aydan çox keçməsinə baxmayaraq Mərkəzə mütəxəssis rəyi daxil olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Bu səbəbdən də ekspert ekspertizanın aparılmasından imtina etmişdir. İş materiallarında həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X11 İnstitutunun Abşeron Rayon Məhkəməsinin hakimi Məlahət Abbasovaya ünvanladığı 1 noyabr 2024-cü il tarixli 3-35-3/2-190/2024 nömrəli məktub vardır. Həmin məktubda göstərilir ki, qarşıya qoyulmuş sualların cavablandırılması yerli İcra Hakimiyyəti orqanlarının və FHN-nin Tikintidə X5 Agentliyinin səlahiyyətləri daxilindədir. İstismarda olan binaların təhlükəsizliyi FHN-nin Tikintidə X5 Agentliyi tərəfindən həyata keçirilir. Qarşıya qoyulan sualların cavablandırılması və rəyin alınması üçün yerli İcra Hakimiyyəti orqanlarına və FHN-nin Tikintidə X5 Agentliyinə müraciət edilməlidir. Məhkəmə rəy alınması üçün FHN-nin Tikintidə X5 Agentliyinə müraciət etməmişdir. Məhkəmə iclasında iş üzrə ekspertizanın mütləq təyin edilməsini tələb etmiş və ekspertizanın keçirilməsi üçün lazım olan vəsaiti ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasının audio video çəkilişi buna sübutdur. Rüstəmov X4 Hallar Nazirliyinin və Abşeron rayon icra hakimiyyətinin hərəkətsizliyi nəticəsində qanunsuz ev(dəlillər) tikmiş, nəticədə evi qəzalı vəziyyətə düşərək ona maddi zərər vurmuşdur. Cavabdehin evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikildiyindən, bunun nəticəsində evimə zərər vurulduğundan hazırki iddianı qaldırmaq hüququ vardır. Qətnamə MPM-nin 9, 14 , 97, 217-ci maddələrinin tələbi pozulmaqla çıxarıldığından qanunsuzdur. İş materiallarında "xxxx" MMC-nin 03-30/21 nömrəli 23 aprel 2021-ci il tarixli rəyi vardır. Həmin rəydə göstərilir ki, “mülkiyyətimdə olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Bu rəy MPM-nin 76.1-ci maddəsinə əsasən sübut saylır. İş materiallarında "xxxx" MMC-nin 248 nömrəli 22 dekabr 2022-ci il tarixli məktubunda ona məxsus fərdi yaşayış evinin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2309 nömrəli məktubunda evinə baxış keçirilməsinin təşkil olunması və əlavə materialların təqdim olunması barədə 04 aprel 2024-cü il tarixli ekspert vəsatətini məhkəməyə göndərmişdir. Lakin məhkəmə vəsatətdə göstərilənlərə əməl etmədiyindən ekspert Amid Əliyev məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstititu AZİMETİnin Abşeron rayon məhkəməsinə göndərdiyi 01 noyabr 2024-cü il tarixli, 3-35-3/2- 190//2024 nömrəli məktubunda qarşıya qoyulmuş sualların cavablandırılması və rəyin alınması üçün yerli İcra Hakimiyyəti orqanlarına və FHN-nin Tikintidə X5 Agentliyinə müraciət etməyin məqsədə uyğun olduğunu göstərmişdir. Məhkəmə rəyin alınması üçün yerli İcra Hakimiyyəti orqanlarına və FHN-nin Tikintidə X5 Agentliyinə müraciət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tikinti qeyri-qanuni aparılıb. Tikintiyə icazə alınmayıb. Ara məsafə saxlanılmayıb. Aparılmış tikinti nəticəsində evinə ciddi ziyan dəyib. Evi tikib istifadəyə veriləndən sonra tikintidən su evinin üzərinə tökülür. Divarı nəm olur. "xxxx" MMC-yə müraciət edərək ekspertiza keçirilməsini təmin etmiş, ekspert rəyini işə əlavə etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilsə də ekspertiza keçirilməmişdir. Çatlar getdikcə çoxalır. Ekspertiza keçiriləndən sonra çatlarda aralanmalar artıb. Birinci instansiya məhkəməsi də köhnə evə məxsus sənədləri sübut kimi qiymətləndirərək qərar qəbul edib, təqdim olunan qeydiyyat vəsiqəsi köhnə, sökülmüş evə məxsusdur, hazırda orada cavabdehə məxsus olan dördmərtəbəli ev var, həmin evin inşasına dair heç bir icazə sənədi yoxdur. 2002-ci ildə həmin küçəyə köçəndə cavabdehin atası öz ailəsi ilə orada yaşayırdı, həmin həyəti üç yerə bölüb, evlərini satmışdır. Bundan 10-15 il sonra evinin arxasında olan cavabdehin evini də satmış, sonra dördmərtəbəli evi tikmişlər. 2020-ci ilin sonlarına qədər dörmərtəbəli evi tikiblər, evi cavabdeh tikdirirdi, cavabdehin atasını görmürdü, tikinti işlərini cavabdeh özü aparırdı. Cavabdeh özü dayısı ilə gəlib ondan evin tikilməsinə mane olmamağı xahiş etmiş, həmin evdə özünün yaşayacağının bildirmişdir. Evi cavabdeh tikdirirb, atasının orada heç bir dəstəyi olmayıb. Hazırda da evin üçüncü və dördüncü mərtəbələrində Kənan və bacısı yaşayır. İş materiallarında olan cavabdehin atasının adına olan sənəddə nəzərdə tutulmuş ev sökülüb. Cavabdehin suallara cavabı həqiqəti əks etdirmir, dördmərtəbəli ev tikdiriblər, onun aşağı mərtəbələrində psixologiya mərkəzi, dükan kimi fəaliyyət göstərir. İcra Hakimiyyətinə müraciətinə cavab olaraq məlumat verilib ki, nə cavabdehin, nə də onun atasının adına icazə sənədləri var.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, iddiaçını Xırdalanda yaşayan biri kimi tanıyır, evi yoxdur, dördmərtəbəli ev ona məxsus deyil. Yerli baxış ünvanında ev tikdirməmişdir. Başqasına məxsus evin sökülməsinə razılıq verə bilməz, bu barədə münasibət bildirə bilməz. İddiaçının evinin təxmini yerini bilir, ev Xırdalan şəhəri ərazisindədir, orada ev tikdirməmişdir. Atasının mübahisəli ünvanda mülkiyyətində yaxud sahibliyində ev yoxdur. Atasının orada əmlakının olub-olmaması barədə də məlumatı yoxdur. Atasına etibarnamə verməyinin səbəbi işdə olmağı ilə əlaqədar iclaslarda iştirak edə bilmədiyi üçün onu təmsil etməsi idi. Məhkəmə proseslərindən xəbəri olmayıb. Atasının mübahisəli ünvanda əmlakının olmasını inkar etməməsinin səbəblərini bilmir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu və qiymətləndirici mütəxəssisin təyin edimləsinə etiraz etdiyini bildirmişdir. Rəy iş materiallarına əlavə edilib, bir hüquqşünas kimi yaranmış vəziyyətə uyğun olaraq vəsatət qaldırmışdır. Yerli baxış iclasında iştirak etməməyinin səbəbi Lənkəran Ağır Cinayətlər Məhkəməsində cinayət işinin olmasıdır. Təmsil etdiyi şəxs isə işdə olması ilə əlaqədar yerli baxış iclasında iştirak edə bilməyib. Cavabdeh atasının məhkəmədə iştirakından narazı qalıb, nəticədə onunla müqavilə bağlayıb. Təmsil etdiyi şəxs açıq-aydın bildirir ki, mübahisəli ərazidə ona məxsus əmlak yoxdur, orada hər hansı tikinti işləri həyata keçirməyib. Cavabdeh özü birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməyib, atasının orada verdiyi izahatlara gəldikdə isə həmin izahatlardan heç onun xəbəri yoxdur. İddiaçının evinə dəymiş zərərlə bağlı onu deyə bilər ki, həmin ərazidə qrunt suları olub, evlər bünövrəsiz olduğundan zərər görüb. Dördmərtəbəli ev cavabdehə məxsus deyildir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nümayəndəsi və X7 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
15. İş materiallarında olan Abşeron rayon X2 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22979 B reyestr nömrəli, 1521 B saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yaşayış sahəsi 52,9 kv.metr, köməkçi sahəsi 22,9 kv.metr olan 3 otaqdan ibarət 35/1 saylı yaşayış evi İddiaçı məxsusdur.
16. İş materiallarında olan Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22979 reyestr nömrəli, 1521 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən yaşayış sahəsi 40,2 kv.metr, köməkçi sahəsi 23 kv.metr olan 3 otaqdan ibarət 40 saylı yaşayış evi Nümayəndə1 məxsusdur.
17. İş materiallarında olan "xxxx" MMC-nin 03-30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır (Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcələssinin 69.5.1. bəndinə əsasən 6,0 metr və digər evin arxa hissəsində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından 11,4 metr aralıda inşa olunmalıdır). İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaranmış çatların evin arxa və yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsi vardır (Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikilinin İddiaçı mülkiyyətində olan yaşayış evinin əsas çatların mövcud olduğu otaqlar tərəfində 0,3 metr aralıda yerləşdiyindən, yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi (yeni inşa olunmuş tikiliyə tərəf axmasından) nəticəsində yaranmışdır). İddiaçı mülkiyyətində olan yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri yaranmış çatların üzəri açıldıqda və çatların dərəcəsi, bərkitmə, gücləndirmə işlərinin aparılmasının mümkün olub-olmaması müəyyən olunduqdan sonra qiymətləndirilə bilər.
18. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/210/2309 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin tikililərinin divarlarında və digər konstruktiv elementləri üzərində şaquli və üfüqi çatların olduğu müəyyən edilmişdir. Lakin baxış zamanı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin mütəxəssisləri iştirak etmədiyindən, eləcə də vəsatətin göndərilməsindən bir aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssis rəyi təqdim edilmədiyindən, tədqiq olunan fərdi yaşayış evində aşkar edilmiş çatların səbəbinin və dəymiş ziyanın müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.
19. İşə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin, “Azərinşaatlayihə” DBLKTİ tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və həmin mütəxəsiss rəyinə müvafiq olaraq verilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 3-1616/2-10/5713/2024 nömrəli, 20 fevral 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin giriş hissəsində qapı boşluğunun sol tərəfində və sol tərəfdəki divarda pəncərə boşluğunun üstdən kürsü hissəsinə qədər maili istiqamətli (keçici (açılı eni 5-8 mm-lik) çatlar yaranmışdır. Bundan əlavə daxildə orta arakəsmə divarda qapı boşluğunun üst hissəsində şaquli istiqamətli açılış eni 2-4 mm çat yaranmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 26-cı məhəllədə inşa olunmuş X3 məxsus yeni tikili ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafə təqribən 2.7-3.0 metr təşkil edir. Həmçinin iddiaçının mənzili ilə yaxın məsafədə demək olar ki, ona bitişik daha dördmərtəbəli tikili mövcuddur. Hər iki tikilinin iddiaçının fərdi yaşayış evinə yaxın yerləşməsi səbəbindən və onların özülləri üçün bünövrə çalası qazılarkən (həyətyanı sahədən təqribən 2.0-2.5 metr aşağı səviyyədə) çala divarlarında müvafiq bərkitmə tədbirləri yerinə yetirilməyibsə fərdi yaşayış evinin bünövrələrində çökmə proseslərinə səbəb ola bilməsi ehtimalı var. Mübahisə predmeti olan fərdi yaşayış evinin bərpa edilməsinə dair müvafiq layihə smeta sənədləri sənədləri təqdim edildikdən sonra həmin fərdi yaşayış evinə dəymiş zərərin məbləği müəyyən edilə bilər. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən binada gücləndirmə işlərinin müvafiq layihə smeta sənədləri əsasında yerinə yetirilə bilər.
20. İş materiallarında olan Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin 27 oktyabr 2025-ci il tarixli, AS 10-063/2025 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, mütəxəssislər tərəfindən fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Fərdi yaşayış evinin divarlarında olan çatların bərpa edildikdən sonra yenidən çatların yaranmaması üçün üçün fərdi yaşayış evinin bünövrəsində bərkitmə işləri aparılmalıdır. Fərdi yaşayış evinin çatlamasına səbəb olan yan divarın bünövrəsi ilə qonşu tikili arasında 0.3 m məsafə vardır. Bünövrədə bərkitmə işlərinin aparılması üçün yetərli məsafə olmadığı üçün yaşayış evində olan qüsurları gücləndirmə, bərkitmə və təmir işləri görülməsi yolu ilə aradan qaldırılması mümkün deyil. Bünövrədə bərkitmə işlərinin aparılması üçün yetərli məsafə olmadığı üçün yaşayış evində olan qüsurları gücləndirmə, bərkitmə və təmir işləri görülməsi yolu ilə aradan qaldırılması mümkün deyil. Fərdi yaşayış evinin sökülməsi, istifadəyə yararlı olan tikinti material arının ayrılması, yenidən bünövrə tökülərək yeni evin inşa edilib əvvəkli vəziyyətinə qaytarılması üçün lazım tələb olunan xərc 54950 (əlli dörd min doqquz yüz əlli) manat təşkil edir. Mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda;[ 3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda;[ 3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
24. Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 №-li Fərmanı ilə təstiq edilmiş “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 1.6-cı bəndinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununa uyğun olaraq, bu Qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlamış və başa çatmış tikinti obyektlərinə də şamil edilir. “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 5-bəndinə görə, bu Qaydaların 2.1.3, 2.1.4 və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. 5-bəndinə görə bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərinə görə Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda.
25. Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-22/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 22/2024 nömrəli qətnaməsi zərərin əvəzinin ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 27475 manat zərər məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş, sökülməsi tələb olunan dördmərtəbəli evin ona məxsus olmamasını, həmin yerdə ev inşa etdirməməsini və inşasında iştirak etməməsini, atasının da orada əmlakının olubolmamasından məlumatının olmamasına dair izahat vermişdir ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan izahatını qeyri-mötəbər, ona qarşı qaldırılmış iddia üzrə cavabdehlikdən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş dördmərtəbəli binanı əyani şəkildə müşahidə etməklə cavabdehin həmin binaya aidiyyətinin olub-olmamasını müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilsə də cavabdeh tərəf müayinə yerinə gəlməmişdir. Bundan başqa iş materiallarında olan cavabdehin atası, həmçinin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı verilmiş etirazda evin ona məxsus olmaqla iddianın ona qarşı qaldırılmalı olmasını qeyd etməklə yanaşı, tikintinin onun, bəzən cəm halda onlar tərəfindən inşa edilməsini bildirmişdir. Həmçinin, qeyd olunan etirazda cavabdehin atası göstərmişdir ki, tikinti zamanı cavabdeh onların tikintisinə daxil olaraq iş icraçısını, fəhlələri, bəzən isə tikintiyə nəzarət edən oğlunu nümayişkəranə şəkildə polisə və məhkəməyə vercəyi ilə hədələmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş dördmərtəbəli evdən məlumatlı olmamasına dair izahat vermişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətində olan evin qonşuluğunda inşa edilmiş dördmərtəbəli evin və ya onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi təklif olunsa da cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə yalnız Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22979 reyestr nömrəli, 1521 saylı qeydiyyat vəsiqəsinin surəti təqdim edilmişdir ki, həmin sənədə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən yaşayış ümumi sahəsi 63,5 kv.metr, köməkçi sahəsi 23 kv.metr olan 3 otaqdan ibarət 40 saylı yaşayış evi cavabdehin atası Nümayəndə1 məxsus olmuş, işin mübahisəsiz halı kimi isə həmin ev sökülmüşdür. Sökülməsi tələb olunan tikilinin isə aşağı mərtəbələri qeyri-yaşayış, yuxarı mərtəbələri yaşayış sahəsindən ibarət olan dördmərtəbəli binadan ibarət olmaqla, onun sökülmüş yaşayış evinin yerləşdiyi torpaq sahəsində və ya başqa torpaq sahəsində inşa edilməsinə dair, o cümlədən dördmərtəbəli binadan ibarət tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehin və ya onun atasının mülkiyyətində olmasın dair isə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə kollegyasının iclasında cavabdehin sökülməsi tələb olunan evin ona aidiyyətinin olmamasını və atasına məxsusluğundan isə xəbərinin olmamasını bildirməsinə baxmayaraq, vəkili tərəfindən ekspertiza keçirilməsinə dair vəsatət verməsi də anlaşılan olmamışdır. İddiaçı isə sökülməsini tələb etdiyi dördmərtəbəli tikilinin məhz cavabdeh tərəfindən inşa edildiyini, həmin tikilinin inşası zamanı mübahisələrinin onunla olduğunu, hazırda da evə faktiki sahblik etdiyini və zərərin də məhz onun təqsirli hərəkətləri nəticəsində vurulmasında israr etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaya verilmiş etirazda da iddiaçının məhz cavabdehlə tikintini aparan cavabdehlə mübahsiə etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə almışdır ki, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi nəticəsində də vurulan ziyan da yüksək təhlükə mənbəyinin vurduğu ziyan hesab olunur ki, işin faktiki hallarına görə cavabdeh fərdi qaydada və ya atası ilə birlikdə iddiaçıya münasibətdə yüksək təhlükə mənbəyinin sahibi kimi çıxış etmişlər. Buna görə də məhkəmə kollegiyası cavabdehin fərdi qaydada və ya atası ilə birlikdə, qanundan irəli gələn birgə borclu qismində iddiaçının evinə vurulmuş zərərələ bağlı iddaya cavab verməli olan şəxs kimi qəbul etmişdir.
29. Məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən inşa edilmiş dördmətrəbəli binanın sökülməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının mülkiyyətində olan fərdi evinin yanında hazırkı iş üzrə sökülməsi tələb olunan dörd mərtəbəli bina ilə yanaşı, yeddimərtəbəli çoxmənzilli yaşayış binası da inşa edilmişdir ki, iddiaçı tərəfindən yeddimərtəbəli binanın inşa edən X3 qarşı da tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(102)-1545/2022 saylı qərarı ilə tikilinin sökülməsinin rədd edilməsi hissəsində aşağı instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılmış, yalnız zərər tələbi hissəsində apellyasiya instnasiyası məhkəməsinin qətnaməsi ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraat çərçivəsində tikililər arasında yetərli məsafə olmadığından iddiaçıya məxsus evdə yaranmış qüsurların aradan qaldılmasının mümkünsüzlüyü, vurulmuş zərərin yalnız qəzalı evin sökülməklə yeni evin inşa ediliməklə aradan qaldırılmasının mümkünlüyü müəyyən edilmişdir ki, zərər məbləğinin də qeyd edilən əsaslar üzrə tutulmalı olması nəticəsinə gəlinmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tikilinin sökülməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
30. Məhkəmə kollegiyası zərərin tutulması ilə bağlı iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə isə razılaşmayaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən ara məsfəsi saxlanılmadan tikilinin inşa edilməsi müəyyən edilməkdədir. Bu hal iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 3-1616/2-10/5713/2024 nömrəli, 20 fevral 2025-ci il tarixli ekspert rəyi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin, “Azərinşaatlayihə” DBLKTİ-nin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin 03-30/21 nömrəli, 30 aprel 2021-ci il tarixli, Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin 27 oktyabr 2025-ci il tarixli, AS 10-063/2025 nömrəli mütəxəssis rəyləri ilə təsdiq olunmaqdadır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin, “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, hər iki tikilinin iddiaçının fərdi yaşayış evinə yaxın yerləşməsi səbəbindən və iddiaçının mülkiyyətində olan evində qüsurların əmələ gəlməsi ehtimalı vardır. İş materiallarında olan "xxxx" MMC-nin 03-30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyində isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaranmış çatların evin yan tərəfində yeni tikililərin inşa olunması ilə səbəbli əlaqəsinin olması birmənalı olaraq göstərilmişdir. Belə ki, həmin rəyə əsasən iddiaçının mülkiyyətində olan evdə yaranmış çat və zədələnmələr yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinə görə həmin evin bünövrəsinə düşən yükün təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi (yeni inşa olunmuş tikiliyə tərəf axmasından) nəticəsində yaranmış və iddiaçının evi texniki cəhətdən qəzalı vəziyyətə düşmüşdür.
31. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi iddiaya qarşı etirazda iddiaçının evində yaranmış zədələrin qrunt sularının təsiri nəticəsində əmələ gəldiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunan rəylər mötəbər hesab edilməklə yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı ara məsafəsi gözlənilmədən məhz həmin tikililər inşa edildikdən sonra evində çatların əmələ gəldiyini iddia etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətində olan evə baxış keçirilməklə, iş materiallarında olan və 2021-ci il tarixdə çəkilmiş fotoşəkllərə hazırkı vəziyyət müqayisə edildiyi halda isə yaranmış çatların artması və böyüməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının evinin qəzalı vəziyyətə düşməsində cavabdeh təqsirinin olmasına dair iddianı əsaslı hesab etmişdir.
32. Məhkəmə kollegiyası vurulmuş zərərin həcmi ilə bağlı tələbə münasibətdə qeyd edir ki, mütəxəssis rəyində qeyd olunmaqla yanaşı, yerində müayinə zamanı da ara məsfəsi olmaması səbəbindən iddiaçının evində yaranmış çatların aradan qaldırılması ilə bağlı bərkitmə-gücləndirmə işlərinin aparılmasının mümkün olmaması müşahidə olunmuşdur. Buna görə də vurulmuş zərərin əvəzinin yalnız yeni evin inşa ediliməklə aradan qaldırılmasının mümkünlüyü müəyyən edilmiş və zərər məbləğinin də qeyd edilən əsaslar üzrə tutulmalı olması nəticəsinə gəlinmişdir. Mütəxəssis rəyinə görə isə zərərin aradan qaldırılması ilə bağlı görülməli olan işlərin dəyəri 54950 manat müəyyən edilmişdir. Mütəxəssis rəylərinə əsasən hər iki tikilinin (yeddimərtəbəli və dördmərtəbəli) iddiaçının fərdi yaşayış evinə yaxın yerləşməsi səbəbindən qüsurların əmələ gəlməsi müəyyən edilsə də təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası Mülki Məcəllənin 1113.1 və 1114.2-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya vurulmuş 54950 manat zərər məbləğinin yarısını, yəni 27475 manatın cavabdehdən tutularaq, iddiaçıya verilməli olması nəticəsinə gəlmişdir.
33. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-22/2024 nömrəli qətnaməsi zərərin əvəzinin ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 27475 manat zərər məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərcləri isə cavabdehə aid edilməlidir.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-22/2024 nömrəli qətnaməsi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh vurulmuş zərər qismində 27475 manat (iyirmi yeddi min dörd yüz yetmiş beş) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəsis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 400 (dörd yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin hesabına (VÖEN: **********, Hesab AZ: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC 28 May filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD 200123, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.