Məhkəmə qərarları › İş №2(012)-2247/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2247/2025

08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2247/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən xx.xx.2010-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ödənilən 220 manat sabit pul məbləğində alimentin miqdarının pensiya məbləğinə nisbətən müəyyən edeməsi və 60 manat mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2023cü il tarixli, 2(012)-2826/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə onun rəsmi nikah pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı sabit pul miqdarında 220 manat alimentin tutulması qət edilmişdir. O, İİİ qrup əllildir və hal-hazırda 150 manat pensiya alır, rəsmi olaraq heç bir yerdə işləmir. Heç bir başqa qazancı yoxdur. Bir gözdən əlil olduğuna görə işləyə bilmir. Hər ay 220 manat məbləğində aliment ödənilməsinə maddi imkanı yoxdur. Məşğulluq haqqında xx.xx.2025-ci il tarixli arayışa görə işsizdir. Bunlara əsasən alimentin miqdarının azaldılması və onun sabit pul məbləğindən pensiya məbləğinə nisbətən müəyyən edilməsi barədə iddiası təmin olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahından 25 oktyabr 2010-cu il tarixdə doğulmuş X2 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(012)-2826/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra 25 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 anası Cavabdeh yanında saxlanılması, 25 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması və alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məşğulluq haqqında xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən işsizdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqsnda xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı İİİ qrup əlildir və xx.xx.2012-ci il tarixdən 150 manat məbləğində pensiya alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğini hazırda ödəyə bilmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq cavabdehin himayəsindədir. İddia ərizəsindən görünür ki, İddiaçı İİİ qrup əlil olmasına və ayda 150 manat pensiya almasına istnad etmişdir. Halbuki işdən görünür ki, bu hallar alimentin təyin edilməsi barədə işə baxlarkən də məlum idi. Aliment müəyyən olunduqdan sonra o, özünün maddi vəziyyətində mənfi, cavabdehin isə maddi vəziyyətində müsbət dəyişiklik olması barədə ərizəsinə hər hansı mötəbər sübut əlavə etməmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, hazırki iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən, İddiaçı tərəflərin maddi vəziyyətində bu və ya digər dəyişikliklərin olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılması barədə onun iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar