Məhkəmə qərarları › İş №2(012)-2271/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2271/2021

02.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2271/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı İddiaçı cavabdeh Xırdalan şəhər 23 saylı Bağçasına qarşı əmək haqqı tələbi barədə iddia ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı İddiaçı cavabdeh Xırdalan şəhər 23 saylı Bağçasına qarşı əmək haqqı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pandemiya dövründə cavabdeh təşkilat tərəfindən ona ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.1 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. İddia ərizəsinin məzmunundan və xahiş etdi hissəsindən göründüyü kimi iddiaçının tələbləri dəqiq və aydın deyildir,öz tələblərini əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən , hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı iddiaçı məhz hansı aylar üçün, hansı məbləğdə əmək haqqı tələbləri dəqiq göstərməklə yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı İddiaçı cavabdeh Xırdalan şəhər 23 saylı Bağçasına qarşı əmək haqqı tələbi barədə iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi iddiaçıya izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar