Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2290/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X3, Üçüncü şəxs X2 hüquqi varisi X5 iştirakı ilə, İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna, üçüncü şəxs "xxxx" MTK-ya, üçüncü şəxs X2 hüquqi varisi X6 qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008-ci il tarixli reyestrilə təsdiq edilmiş icarə hüququnun alğı-satqı müqaviləsinin və bundan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi Xırdalan şəhər, 2 saylı notarila kontora həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008-ci il tarixli reyestrilə təsdiq edilmiş icarə hüququnun alğı-satqı müqaviləsinin və bundan irəli gələn bütün hüquqi nəticələrin, bələdiyyə qərarları, eskiz layihə, tərəflər arasında bağlanmış icarə müqavilələri, müvafiq icra qurumlarından verilmiş rəylər, çıxarış və digər torpaq ayırma sənədlərin ləğv edilməsinin Xırdalan şəhər, 2 saylı notarila kontora həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008-ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Masazır bələdiyyəsi ilə X4 arasında 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsi bağlanmışdır. X1 "xxxx" MTK-ya öz icarə hüquqlarını 25 dekabr 2008-ci il tarixli, 3M-4-596 saylı icarə hüququnu alğı-satqı müqaviləsinə əsasən satmışdır (subicarə). Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 dekabr 2008-ci il Çıxarışından (Seriya MH ******* saylı, Reyestr nömrəsi **********16; Qeydiyyat nömrəsi-**********) məlum olur ki, torpağın mülkiyyətçisi Abşeron rayon Masazır bələdiyyəsi, xeyrinə yüklü edilən şəxs "xxxx" MTK-dır. Bağlanmış müqavilənin predmetinə əsasən Masazır bələdiyyəsi mülkiyyətində olan 0,50 ha torpaq sahəsini MTK-ya icarəyə vermişdir. İcarəçi tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə görə müqavilədə göstərilən razılaşdırılmış məbləği bələdiyyə büdcəsinə hər il olmaqla ödəniş həyata keçirməli idi. Lakin uzun müddətdir ki, MTK müqaviləsindən irəli gələn öhdəliyi pozaraq torpaqdan istifadəyə görə 10000 manat icarə haqqı borcu yaranmış və bu borc bu günə kimi MTK tərəfindən ödənilməmişdir. Məsələ ilə bağlı tərəfə yazılı xəbərdarlıq edilsə də tərəf 10000 manat icarə haqqını bələdiyyə büdcəsinə ödənilməsini təmin etməmişdir. Belə ki, tərəfin notariat qaydada təqdim etdiyi yazılı ərizədən məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin və bununla əlaqədar yaranmış bütün nəticələrin xitam verilməsinə və hüquqların dövlət qeydiyyatı haqqında Daşınma Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə etiraz etmir. Masazır bələdiyyəsinin ümumi iclasının 25 avqust 2020-ci il tarixli, 12/2 saylı qərarı ilə "xxxx" MTK-nın Masazır bələdiyyəsi arasında bağlanılmış Torpaq icarə müqaviləsinə xitam verilməsi ilə bağlı 21 avqust 2020-ci il tarixli, 05 saylı ərizəsi qəbul edilmiş, Masazır bələdiyyəsi "xxxx" MTK arasında bağlanılmış 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 3M-4-596 saylı icarə hüququnun alğı-satqı müqaviləsinin və 26 dekabr 2008-ci il tarixli Çıxarışın (Seriya MH 00270033 saylı; reyestr nömrəsi:**********16; qeydiyyat nömrəsi: **********) ləğv edilməsi məqsədilə bələdiyyə Qərarının surəti 2 saylı X14 Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilməsi qeyd edilmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmuş, onların 30 sentyabr 2020-ci il tarixli məktubundan bəlli olur ki, qeyd edilən müqavilənin ləğvi barəsində notarial qaydada təsdiq edimiş sənəd təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Məsələ ilə bağlı 2 saylı notarial kontoruna müraciət olunsa da, notariat kontoru 3M-4-596 saylı icarə hüququnun alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmə qətnaməsi təqdim edildiyi təqdirdə baxılması göstərilmişdir. Bundan əlavə üçüncü şəxs X5 heç bir hüququ pozulmamışdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X2 hüquqi varisi X8 məhkəmə iclasına izahatında bildirdi ki, mərhum atası X4 ilə "xxxx" MTK arasında 2008-ci ildə bağlanan müqaviləyə əsasən icarə haqları satılsa da, "xxxx" MTK onlara 30000 manat borclu qalmış və hələdə ödəniş etməmişdir. "xxxx" MTK ilə aralarında olan müqavilə pozulduğu halda, o, "xxxx" MTK-nın Abşeron Rayon Masazır Bələdiyyəsinə olan borcunu ödəməyə razıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontorunun, üçüncü şəxs "xxxx" MTK-nın nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır Bələdiyyəsinə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi **********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 24.12.2008-ci il tarixdə X2 xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarə hüququnun satılmasına dair 25 dekabr 2008-ci il tarixli, 3M-4-596 saylı alğı-satqı müqaviləsinə əsasən, satıcı X4 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinin ********** qeydiyyat №-li 24.12.2008-ci il tarixli **********16 reyestr №-li çıxarışa və 25 dekabr 2008-ci il tarixli 5114 №-li arayışına əsasən özünün icarəsində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin icarə hüquqlarını 30000 manata alıcı "xxxx" MTK-ya satmışdır. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisində "xxxx" MTK-nin nümayəndəsi tərəfindən yazılmış ərizədən görünür ki, uzun müddətdən bəri "xxxx" MTK torpaqdan təyinatı üzrə istifadə etməmişdir. Hal-hazırda həmin torpaq sahəsinə razılığa əsasən, "xxxx" ASC istifadə edir. Masazır Bələdiyyəsi ilə "xxxx" MTK arasında bağlanmış 27 iyul 2007-ci il tarixli 27 saylı icarə müqaviləsinə, bununla əlaqədar yaranmış bütün nəticələrə xitam verilməsinə və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın (reyestr nömrəsi:**********16; qeydiyyat nömrəsi: ********** və qeydiyyat tarixi 26.12.2008-ci il) ləğv edilməsinə etiraz etmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X11 Xidmətindən verilmiş 31.05.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 27.08.2010-cu ildə vəfat etmiş X2 ölümünün 12.10.2010-cu ildə Abşeron rayonunun Masazır icra nümayəndəliyi tərəfinfən dövlət qeydiyyatına alındığı, həmçinin bu barədə AZ-İ seriyalı, 426879 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Abşeron RİHB-nin Masazır kənd üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 426879 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 12.08.2010-cu ildə vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Masazır bələdiyyəsi ilə X4 arasında 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsi bağlanmışdır. X1 "xxxx" MTK-ya öz icarə hüquqlarını 25 dekabr 2008-ci il tarixli, 3M-4-596 saylı icarə hüququnu alqı-satqı müqaviləsinə əsasən satmışdır(subicarə). Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 dekabr 2008-ci il Çıxarışından(Seriya MH ******* saylı, Reyestr nömrəsi **********16; Qeydiyyat nömrəsi-**********) məlum olur ki, torpağın mülkiyyətçisi Abşeron rayon Masazır bələdiyyəsi, xeyrinə yüklü edilən şəxs "xxxx" MTK-dır. İcarəçi tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə görə müqavilədə göstərilən razılaşdırılmış məbləği bələdiyyə büdcəsinə hər il olmaqla ödəniş həyata keçirmək öhdəliyi gütürmüş, lakin uzun MTK müqaviləsindən irəli gələn öhdəliyi pozaraq torpaqdan istifadəyə görə icarə borcu yaranmış və bu borc MTK tərəfindən ödənilməmişdir. 27 iyul 2007-ci il tarixli, 27 saylı torpaq icarə müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx" MTK-nın 21 avqust 2020-ci il tarixli, 05 saylı ərizəsi qəbul edilmiş və Masazır bələdiyyəsinin ümumi iclasının 25 avqust 2020-ci il tarixli, 12/2 saylı qərarı ilə 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsinə xitam vermişdir.Beləliklə yuxarıda qeyd olunan faktiki hallardan göründüyü kimi icarə müqaviləsindən irəli gələn öhdəliklək yerinə yetirilmədiyindən, 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli icarə hüququnun alğı-satqı müqaviləsinin bağlanmaına əsas olmuş 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsinə bələdiyyə tərəfindən xitam verildiyindən 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsi də ləğv edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir. Həmin Qanunun 19.4-cü maddəsinə əsasən, torpaqlarin icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Azərbaycan Respublikası “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 1.8-ci maddəsinə əsasən, yerli büdçənin gəlirlərinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən olan gəlirlər aid edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, torpaq icarə müqaviləsi əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikası “Vergi Məcəlləsi”nin 11-ci maddəsinə əsasən, vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü, Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları maddəsinin 4-cü bəndində göstərilir ki, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə icarə hüququna xitam verilir. Həmin maddənin 6-cı bəndində göstərilir ki, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə icarə hüququna xitam verilir. Həmin maddənin 7-ci bəndində göstərilir ki, torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə icarə hüququna xitam verilir. Həmin maddənin 8-ci bəndində göstərilir ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə icarə hüququna xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 709-cu maddəsinə əsasən, icarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir. Həmin Məcəllənin 709-cu maddəsinə əsasən, icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-cu maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Həmin Məcəllənin 719.1-cu maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2290/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2290/2021
27.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver