Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2302/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1, üçüncü şəxslər “Kənan” X1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin,iddiaçı AR MPM-in 39-cu maddəsinə istinad edərək hesab etmişdir ki, hazırki tələbə müstəsna aidiyyət qaydasında Abşeron rayon məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq iddiaçı tərəfindən irəli sürülən tələb AR MPM-in 39-cu maddəsində göstərilən işlərlə əlaqəli deyildir. AR MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, İddiaçı iddia tələbi birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Məmmədli kəndində olan 13.391 ha torpaq sahəsi ilə bağlı yüklü edilmiş ipoteka müqaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmür. Bundan başqa Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən ər-arvadın əşya üzərində birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti AR MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə baxılması müəyyən edilmişdir. Ona görə də məhkəmə AR MPM-in 35.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı hazırki tələblə bağlı cavabdehlərin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir. İddia ərizəsindən görünür ki, cavabdeh "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 85, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, hazırki iddia ərizəsinə ərazi yurisdiksiyası üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASCyə, Cavabdeh1, üçüncü şəxslər “Kənan” X1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1, üçüncü şəxslər “Kənan” X1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2302/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2302/2023
27.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver